Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-6257/2024 17.10.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Məmmədli Samirə Məhəmməd qızının sədrliyi, Axund-zadə Ayşən Elimxan qızının katibliyi, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin nümayəndəsi X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs MMC-nin qanuni təmsilçisi X1, MMC-nin nümayəndəsi “Leqal” Vəkil Bürosunun vəkili Nümayəndə iştirakları ilə, Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının İXM-nin 215.1-ci maddəsinin tələblərinin pozulması ilə əlaqədar Azərbaycan Respublikasının Səhiyyə Nazirliyindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Səhiyyə Nazirliyindən daxil olmuş materiala əsasən ünvan 1 ünvanında yerləşən "xxxx" MMC-yə məxsus klinikada xx.xx.2024-cü il tarixdə saat 12:15-də plandan kənar yoxlama keçirilərkən lisenziyadan kənar iş və fəaliyyətlə (mikrobiooloji və narkoloji) məşğul olması faktı aşkarlanmışdır. Bu barədə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin X4nin mütəxəssisi A.T.Salmanov tərəfindən xx.xx.2024-cü il tarixdə, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin nümayəndəsi X5 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək məhkəmədən Şəxs MMC-nin barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs MMC-nin nümayəndəsi “Leqal” Vəkil Bürosunun vəkili Nümayəndə etirazla məhkəməyə müraciət edərək bildirmişdir ki, Şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyindən alınmış lisenziyaya əsasən özəl tibbi fəaliyyətin ambulator, stasionar və səyyar tibbi xidmətləri göstərilməsi sahəsində fəaliyyətə başlamışdır. Yüksək ixtisaslı həkim komandası və müasir tibbi avadanlıqların istifadəsi ilə əhaliyə keyfiyyətli xidmət göstərməkdədir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi (SN) tərəfindən vətəndaşın müraciəti əsasında plandankənar yoxlama keçirilmiş və bunun əsasında MN№2094960 saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Həmin yoxlamanın nəticələrinə əsasən guya lisenziyada göstərilən işlərdən və xidmətlərdən əlavə fəaliyyətlə məşğul olduğumuz mikrobioloji və narkoloji analizlərin də keçirilməsini təşkil etdiyimiz göstərilmişdir. Hesab edirik ki, müəssisəmizdə keçirilən narkoloji analizlər hər kəsə açıq şəkildə apteklərdə satılan tərdi istifadəyə yararlı testlərdir. Eyni zamanda yalnız daxili yoxlama və ya ehtiyat tədbiri kimi açıq satışda olan narkoloji testlər işçilərimiz üçün hər hansısa xüsusi məqsəd olmadan keçirilib. Bu halda isə lisenziya tələb olunmur. Bu cür testlər açıq satışda olan məhsullar olduğu üçün tibb müəssisəsi bu testləri tərdi istifadə səviyyəsində tətbiq edilmişdir, yəni test nəticələri barədə nə rəsmi hüquqi sənəd və ya tibbi xidmət kimi təqdim olunmayıb, bu səbəbdən lisenziya zərurəti yaranmır. İstifadə olunmuş məhsul ilə bağlı zəruri açıqlamaları aşağıda nəzərinizə çatdırırıq: X9 Rapid Test tibbi diaqnostika məqsədilə istifadə olunan sürətli tanınan testlərindən biridir. Bu testlər Hightop şirkəti tərəfindən istehsal olunur və infeksiyalar, xəstəliklər və digər sağlamlıq problemlərinin tez və effektiv şəkildə aşkarlanması üçün praktiki və sürətli bir həll təklif edir. Testlər adətən bir addımda, xüsusi laboratoriya avadanlığına ehtiyac olmadan həyata keçirilir və qısa müddət ərzində nəticə verir. X9 X10? X9 Rapid Test xəstəliklərin və sağlamlıq vəziyyətlərinin tez aşkarlanması üçün istifadə olunan bir diaqnostik vasitədir. Testlər 10-20 dəqiqə ərzində nəticə verir və klinikalarda, səhiyyə mərkəzlərində, bəzən isə ev şəraitində belə istifadə edilə bilər. Onların daşınması asan və nəticələri tez olduğu üçün geniş tətbiq sahəsinə malikdir. X9 X12 İşə Yarayır? X9 Rapid Testlər müxtəlif sağlamlıq vəziyyətlərinin diaqnozunda istifadə edilir. Funksiyaları bunlardır: Xəstəliklərin sürətli diaqnozu: Hightop testləri, xüsusilə infeksiyaların və yoluxucu xəstəliklərin erkən və tez diaqnozunu təmin edir. Məsələn: COVİD-19 Testi: SARS-CoV-2 virusunu aşkar edən antigen və ya antikor testləri. Hamiləlik Testi: Bu testlər sidikdə hCG (insan koryonik qonadotropin) hormonunu aşkarlayaraq erkən hamiləlik diaqnozu qoyur. Narkotik Testi: Narkotik maddələrin istifadəsini aşkarlamaq üçün istifadə olunur. Bu testlər sidik və ya tüpürcək nümunələrində narkotik maddələrin metabolitlərini tez bir zamanda müəyyən edir. Digər Sağlamlıq Yoxlamaları: Bəzi testlər malyariya, vərəm və sifilis kimi xəstəliklərin diaqnozunda istifadə edilir.X9 X11 İşləyir? Bu testlər adətən sidik, qan, tüpürcək və ya burun sürüntüsü kimi bioloji nümunələr əsasında işləyir. Testin mərhələləri aşağıdakı kimidir: Nümunə alınır (məsələn, qan, sidik, tüpürcək və ya burun sürüntüsü). Nümunə test dəstinin xüsusi bir yerinə tətbiq edilir. Test bir neçə dəqiqə ərzində nəticəni göstərir (adətən 10-20 dəqiqə ərzində). Test nəticəsi müsbət və ya mənfi olaraq müəyyən edilir (məsələn, hamiləlik testi üçün bir və ya iki xətt görünür). Üstünlükləri: Tez Nəticələr: 10-20 dəqiqə ərzində diaqnoz verir. İstifadə Asanlığı: Laboratoriya avadanlığına ehtiyac olmadan tətbiq edilir. Həssaslıq: Düzgün istifadə edildikdə adətən dəqiq nəticələr verir. Daşınabilmə: Asan daşınır və hər yerdə istifadə oluna bilər. Yuxarıda qeyd olunanlardan aydın olur ki, bu testlərdən şəxsən istifadə edərək testin nəticəsini əldə etmək mümkündür. "Lisenziyalar və icazələr haqqında" Azərbaycan Respublikasının Qanunun 1 nömrəli əlavəsinə əsasən özəl tibb fəaliyyəti ilə məşğul olmaq üçün lisenziya alınmalıdır. Qanuna əsasən, lisenziya yalnız rəsmi tibbi xidmətlər göstərildikdə və ya bu xidmətlərdən hüquqi sənəd kimi istifadə edildikdə tələb olunur. Fərdi məqsədlə istifadə olunan və rəsmi tibbi xidmət kimi təqdim olunmayan testlər bu qanun çərçivəsinə daxil edilmir. Buna görə də, işçilərin açıq satışda olan narkoloji testlərlə yoxlanması rəsmi tibbi xidmət hesab olunmur və lisenziya tələb etmir. Daxili və fərdi istifadə üçün nəzərdə tutulan testlər üçün xüsusi lisenziya tələbi yoxdur. Mikrobiloji testlərin nəticələri ilə bağlı bütün zəruri işlərin icrası müqavilə bağlanmış şirkət tərəfindən həyata keçirilir. Narkoloji testlərlə bağlı qeyd etmək istəyirik ki, bu kimi testlərin satışı açıq şəkildə həyata keçirilir. Məhz klinikamızda həmin vaxt istifadə olunan testlər daxili və fərdi istifadə üçün nəzərdə tutulan testlərdir. Hansı ki, xüsusi məqsəd üçün istifadə olunmur və lisenziya tələb etmir. Özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olaraq qeyd etmək istəyirik ki, lisenziya tələbi olunsa belə bu kimi xidmətlər bioloji klinik laboratoriya xidmətinə aid edilir ki, bununla bağlı cəmiyyətimizə aid icazə mövcuddur. Yuxanda qeyd olunan müddəalann tələblərinin pozulması ilə aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Azərbaycan Respublikası İnzibati Xatalar Məcəlləsinin 53.1.1-ci yarunbəndinə əsas inzibati xəta hadisəsi olmadıqda, 53.L2.-ci yarımbənılinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər iizrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati xətanın anlayışından bəhs edilən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Beləliklə əməlin (hərəkət və ya hərəkətsizliyin) inzibati xəta hesab olunması üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş 4 əlamətin hər biri mövcud olmalıdır, yəni həmin əməllə İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd edilməli, əməl hüquqa zidd olmalı, təqsirli sayılmalı (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olmalıdır. Qeyd olunan təqsir sübut olunmalıdır. Çünki AR İXM-nin 8.1.-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat apanlan şəxsin təqsiri bu İXM-i ilə nəzərdə tutulmuş qaydada sübuta yetirilmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. AR İXM-nin 8.2. -ci maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Yuxarıda qeyd olunanlara əsasən hesab edirik ki, Səhiyyə Nazirliyinin xx.xx.2024-cü il tarixli MN№2094960 saylı inzibati protokolu qanunun tələblərinə cavab vermədiyindən qeyriqanuni hesab edilməlidir. Beləliklə, hesab edirik ki, İXM-nin 53.14.-ci yarımbəndinin tələblərinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Göstərilənlərə əsasən Şəxs MMC barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs MMC-nin nümayəndəsi “Leqal” Vəkil Bürosunun vəkili Nümayəndə etirazın dəlillərinə uyğun izahat verərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Şəxs MMC-nin qanuni təmsilçisi X3 bildirmişdir ki, klinikada narkoloji müayinələr aparılmamışdır, yəni bu sahədə vətəndaşlara tibbi xidmət göstərilməmişdir. Klinikadan Səhiyyə Nazirliyinə şikayət edən şəxsin narkoloji müayinəsi aparılmamışdır. O zaman anlaşılmazlıq olmuş və öz həllini tapmışdır. Narkoloji testlər apteklərdə satılır və hər kəs onu əldə edə blər. Ondan yalnız işçilər üçün istifadə etmişlər. Mikrobiloji müayinələrə gəldikdə isə həmin müayinələr digər onların bağladıqları tibbi xidmət haqqında müqavilə əsasında digər klinkalar tərəfindən həyata keçirilmişdir. Göstərilənlərə əsasən Şəxs MMC barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”ndən 03 may 2021-ci il tarixli, KY211577142 nömrəli çıxarışdan görünür ki, yoxlayıcı orqanın adı Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, yoxlanılan subyekt "xxxx" MMC, yoxlamanın müddəti xx.xx.2021-xx.xx.2021, yoxlanılan dövr cari fəaliyyətdir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi X4 tərəfindən plandankənar (növbədən kənar) yoxlamanın keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli, 3-28-1/3-2-1006/2024 nömrəli qərardan görünür ki, Şəxs MMC-yə məxsus ünvan 1 ünvanında yerləşən klinikada xx.xx.2024-xx.xx.2024-cü il tarixlərdə plandankənar (növbədən kənar) yoxlamanın aparılması qərara alınmışdır. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi X4nin əməkdaşlarının və MMC-nin direktoru X1 iştirakları ilə tərtib olunmuş xx.xx.2024-cü il tarixli, 547 saylı plandan kənar yoxlama aktından görünür ki, həmin tarixdə saat 12:15-də ünvan 1 ünvanında yerləşən Şəxs MMC-yə məxsus klinikada planlı (növbəti) yoxlama keçirilmişdir. Yoxlama aparılarkən lisenziya şərtlərinə riayət edilib-edilməməsi, özəl tibb fəaliyyəti subyekti tabeliyində çalışan tibb mütəxəssislərinin sertifikasiyaya cəlb edilib-edilməməsi, habelə lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyətinin həyata keçirilib-keçirilməməsi, tibb mütəxəssislərini müqavilə əsasında işə cəlb edilib-edilməməsi yoxlanılmışdır. Yoxlama zamanı müəyyən edilmişdir ki, klinka tərəfindən lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyətin-narkoloji və mikrobioloji həyata keçirilməsi müəyyən olunmuşdur. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyindən “X4” X8 daxil olmuş Şəxs MMCnin barəsində olan məlumatdan görünür ki, MMC tərəfindən ixtisas növləri üzrə görülən işlər sırasında narkoloji və mikrobioloji işlər göstərilməmişdir. - Analiz nəticələrinin qeydiyyatı jurnalının fotoşəklindən görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi X4nin əməkdaşları tərəfindən aparılmış yoxlama zamanı jurnalda Şəxs MMC-yə məxsus klinikada mikrobioloji analizin aparılmasına dair qeyd aşkar olunmuşdur. Bundan başqa yoxlama zamanı aşkar olunmuş “one step rapid” testi iş materiallarına əlavə olunmuşdur. - Fərhad Abbasov tərəfindən Səhiyyə Nazirliyinə ünvanlanmış online müraciətdən görünür ki, Fərhad Abbasov adlı şəxs xx.xx.2024-cü il tarixdə “Medicare” Klinikasında analiz verdiyini, ödənişləri kassaya ödədiyini, analiz cavablarının içərisindən narkoloji testinin ayrılaraq ondan pul tələbi qarşılığında veriləcəyi bildirilmiş, əlavə pul verilmədiyi halda analizin cavabının zibil qutusuna atıldığını qeyd etmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 215.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi sübuta yetirilmiş və onun törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsi ilə tövsif olunmuşdur. Məhkəmə işin faktiki hallarına və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin direktoru və nümayəndəsinin etirazda əsaslandırdığı dəlillərə qiymət verərək hesab edir ki, həmin hallar özünümüdafiə xarakteri daşıyır. Belə ki, iş materiallarına əlavə olunmuş vətəndaşın şikayət ərizəsindən, yoxlama aktından, şirkət direktorunun klinikada işçilərə münaibətdə narkoloji müayinələrin keçirilməsinə dair izahatından görünür ki, klinikada narkoloji müayinələr aparılmışdır. Analiz nəticələrinin qeydiyyatı jurnalından isə görünür ki, klinikada mikrobioloji analizlər də həyata keçirilmişdir. Hüquqi şəxsin nümyəndəsinin özlərinin bilavasitə mikrobioloji müayinələr həyata keçirməməsinə və bu sahədə xidməti müqavilə bağladıqları klinikalar tərəfindən müvafiq müayinələrin həyata keçirilməsinə dair mövqeyi ilə bağlı məhkəmə qeyd edir ki, qanunvericiliyin tələbinə əsasən mikrobioloji müayinələr özəl tibb fəaliyyəti üzrə lisenziyalaşdırılan işlərə daxil olduğundan bu sahədə hər hansı xidməti yalnız bu cür işləri görməyə lisenziyası olan şəxslər həyata keçirə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 215.1-ci maddəsinə əsasən tibb fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən dövlət tibb müəssisələrinin nizamnamələrində və ya özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyətinin həyata keçirilməsinə görə fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 27.1-ci maddəsinə əsasən lisenziya (icazə) sahibinin lisenziyanın və icazənin şərtlərinə riayət etməsinə nəzarət müvafiq sahəni tənzimləyən Azərbaycan Respublikasının qanunları ilə müəyyən olunmuş qaydada həyata keçirilir. Həmin Qanunun 29-cu maddəsinə əsasən bu Qanunun tələblərinin, lisenziya və icazə şərtlərinin pozulmasına görə lisenziyanın (icazənin) sahibi Azərbaycan Respublikasının Mülki Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulmuş hallarda məsuliyyət daşıyır. Həmin Qanuna 1 nömrəli əlavədə lisenziya tələb olunan fəaliyyət növlərinin (dövlət təhlükəsizliyindən irəli gələn hallar istisna olmaqla) siyahısında özəl tibb fəaliyyəti qeyd edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 15 may tarixli, 206 nömrəli qərarı ilə təsdiq edilmiş 01 nömrəli əlavədən görünür ki, özəl tibb fəaliyyəti üzrə lisenziyalaşdırılan xidmətlərin və işlərin özəl tibb fəaliyyəti üzrə göstərilən xidmətlərə uyğun görülən işlər adlı 2-ci siyahısına əsasən narkoloji və mikrobioloji xidmətlərin həyata keçirilməsi üçün xüsusi lisenziyalaşdırılması vacibdir. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə əsasən inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmini və ya onun maraqlarının təmin edilməsinin xarakterini və dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları, o cümlədən onun maliyyə və əmlak vəziyyətini, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olmasını, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Törədilmiş inzibati xətanın xarakterini və İXM-nin 31.3-cü maddəsində göstərilən digər halları nəzərə alaraq məhkəmə Şəxs MMC-nin Azərbaycan Respublikasının İXM-nin 215.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 6000 (altı min) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Samirə Məmmədli
Məhkəmə qərarları › İş №3(008)-6257/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-6257/2024
17.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver