Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(008)-6259/2023 20.12.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Rzayev Anar Zahid oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əziz-zadə Məlikəhməd Mahir oğlunun katibliyi, Şəxs MMC-nin nümayəndəsi X1 iştirakı ilə, Sabunçu Rayon Polis İdarəsi tərəfindən Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materialları Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin binasında nəzərdən keçirərək, müəyyən etdi: Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə tərtib edilmiş İXP № ******* saylı, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar baxılması üçün Sabunçu Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında protokolu tərtib etmiş Şəxs MMC-nin nümayəndəsi X2 göstərmişdir ki, Şəxs MMC-nin mülkiyyətində olan “Changan Uni-V minik” markalı, **-AT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən Bakı şəhəri, Əziz Əliyev 19 ünvanı yaxınlığında dayanma və ya durma qaydalarının tələblərinə riayət edilməmiş, törədilmiş xətaya görə Azərbaycan Respublikasının İXM-nin 346.1-ci maddəsi ilə məsuliyyət nəzərdə tutan İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Sabunçu Rayon Məhkəməsinə təqdim olunmuşdur. Bundan əlavə Şəxs MMC-nin hüquqi şəxsin qeydiyyat ünvanının Bakı şəhəri, Nizami rayonu, ünvan 2 xəta haqqında materialın Bakı şəhəri Nizami Rayon Məhkəməsinə aidiyyatı olaraq göndərilməsi xahiş etmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş orqana məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunan qaydada xəbərdar olunsa da səlahiyyətli nümayəndəsi məhkəməyə gəlməmiş və işin təxirə salınması barədə vəsatət verməmişdir. Azərbaycan Respublikası İXM-nin 114.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılma hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, inzibati xəta haqqında işin aidiyyəti üzrə hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi barədə qərardad çıxarılır. Azərbaycan Respublikası İXM-nin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Belə ki, iş materiallarından müəyyən olunur ki, Şəxs MMC Bakı şəhəri Nizami rayonu ərazisində yerləşir . Məhkəmə inzibati xəta törədən hüquqi şəxsin qeydiyyat ünvanının Bakı şəhəri Nizami rayon ərazisində olmasını nəzərə alaraq, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə olan inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallarla birlikdə baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18, 40, 43, 48-51, 110.1, 129 və 132-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə olan inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallarla birlikdə baxılması üçün aidiyyəti üzrə Bakı şəhər Nizami Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada təqdim edildiyi və alındığı gündən 10 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsin vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Anar Rzayev
Məhkəmə qərarları › İş №3(008)-6259/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №3(008)-6259/2023
20.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver