Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-6260/2025 04.12.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Samirə Məhəmməd qızının sədrliyi, Axund-zadə Ayşən Elimxan qızının katibliyi ilə, X1 iştirakı ilə, X1 Qaradağ RPİ-nin DYPŞ-nin xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğvi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, Məhkəmə MÜƏYYƏN ETDİ: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Qaradağ RPİ-nin DYPŞ-nin xx.xx.2025-ci il tarixli,TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, o, 12 noyabr 2025-ci il tarixdə saat 01:00 radələrində Qaradağ Rayon Polis İdarəsindən “Meyvəli” bazarı istiqamətində gedərkən “Kia Sorento” markalı ** UN *** dövlət qeydiyyat nişanlı avtomobil ilə hərəkətdə olarkən Qaradağ rayon DYPŞ Yol patrul xidməti inspektoru tərəfindən saxlanılaraq barəsində İXP ******* nömrəli protokol tərtib edilmişdir. TP ******* nömrəli, 12 noyabr 2025ci il tarixli qərara əsasən 150 manat məbləğində cərimə edilmişdir. Qaradağ Rayon Polis İdarəsindən “Meyvəli” bazarı istiqamətində gedən yolun böyük bir hissəsi yenidən təmir olunur. Avtomobil yolu təmir olunmağına baxmayaraq yolun hərəkət istiqamətində bununla bağlı hər hansısa bir məlumatverici və ya hərəkəti tənzimləyən nişanlar yoxdur. Həmçinin avtomobil yolunun əksər hissəsinin işıq dirəkləri olmadığına görə gecə vaxtı avtomobil idarə edilməsi çətinlik yaradır. Barəsində əsassız tərtib edilmiş qərar üzrə inzibati xətanın olmaması səbəbindən ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında X2 şikayət ərizəsinin mahiyyətinə uyğun izahat verərək məhkəmədən Qaradağ RPİ-nin DYPŞ-nin xx.xx.2025-ci il tarixli,TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X4 xx.xx.2025-ci il tarixdə Bakı şəhəri, Xocəsən Yolu 57 ünvanında “KİA SORENTO” minik markalı, **-UN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən birtərəfli hərəkət yollarında müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət etmiş və nəticədə İXM-nin 327.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 150 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsinə əsasən birtərəfli hərəkət yollarında müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət etməyə, habelə 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etməyə görə - yüz əlli manat məbləğində cərimə edilir Qaradağ RPİ-nin DYPŞ-nə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmiş və hadisə ilə bağlı sübutları məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Şikayətçi tərəfindən məhkəməyə təqdim edilmiş inzibati xəta hadisəsinin törədildiyi qeyd edilən yerin video görüntülərindən görünür ki, şikayətçinin hərəkət etdiyi istiqamətdə ondan başqa digər nəqliyyat vasitələri də hərəkət edir və yolun bir tərəfli olmasını göstərən nişana rast gəlinməmişdir. İnzibati tənbeh vermə haqqında qərar qəbul edən orqan tərəfindən məhkəməyə hadisənin baş verdiyi vəziyyətini təsvir edən foto, video görüntü təqdim edilmədiyindən həmin hadisənin baş vermə şəraiti qeyrimüəyyən olduğundan şikayət üçün əsas olmuş halların məhkəmə prosesində araşdırılması mümkün olmamışdır. Ona görə şikayət verən şəxsin iştirakı ilə yenidən işə baxılmalı, onun təqdim etdiyi dəlillər üzrə araşdırma aparılmalı, həmin yolun həqiqətən bir tərəfli hərəkət yolu olub-olmaması, bununla bağlı məlumatverici nişanların olubolmaması müəyyən olunmalı, bundan sonra qanuna müvafiq qərar qəbul edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, inzibati tənbeh vermə haqqında qərar ləğv edilərək yenidən aradırma aparılması üçün onu qəbul edən orqana göndərilməli və sonuncu tərəfindən yuxarıda göstərilən hallar üzrə, yəni şikayətçinin təqdim etdiyi hallar üzrə şikayətçinin iştirakı təmin edilməklə tam, hərtərəfli, obyektiv araşdrıma aparılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə, məhkəmə hesab edir ki, X3 şikayəti təmin edilməli, onun barəsində Qaradağ RPİ DYPŞ-nin xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və inzibati xəta haqqında iş Qaradağ RPİ-nin DYPŞ-nə yenidən baxılması üçün göndərilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutub, Məhkəmə QƏRARAALDİ: X3 şikayəti təmin edilsin. X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.4-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Qaradağ RPİ-nin DYPŞ tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş yenidən baxılması üçün Qaradağ RPİ-nin DYPŞ-nə göndərilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Samirə Məmmmədli
Məhkəmə qərarları › İş №3(008)-6260/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-6260/2025
04.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver