Məhkəmə qərarları › İş №3(008)-6299/2022

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-6299/2022

06.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-6299/2022 06.12.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X3 İmanovanın sədrliyi, Səbinə Pərvin qızı Nəsurullayevanın katibliyi ilə, Hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsi ilə 04 noyabr 2022-ci il tarixli, 00100-2199/22 saylı inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, Şəxs MMC-nin ünvanına Türkiyədən PRS**********050 saylı, 03 oktyabr 2022-ci il tarixli invoysla 99FG161/99ZA805 nömrə nişanlı nəqliyyat vasitəsində daxil olmuş və **********1422 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş yükə gömrük yoxlaması həyata keçirilən zaman GB-də “Başak” nişanlı “Təmir-tikinti” işlərində istifadə olunan dam örtükləri-kirəmitlər” 30 yer, 6600 ədəd (hər paletdə 220 ədəd) bəyan edildiyi halda faktiki avtomaşında 30 yer, 7680 ədəd (hər paletdə 256 ədəd), yəni 1080 ədəd artıq “Başak” nişanlı kirəmit yükünün aşkar edilmişdir. GALLCO GROUP» MMC-nin ünvanına Türkiyədən PRS**********050 saylı, 03 oktyabr 2022-ci il tarixli invoysla 67BC967/10ZG867 nömrə nişanlı nəqliyyat vasitəsində daxil olmuş və **********1429 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş yükə gömrük yoxlaması həyata keçirilən zaman GB-də “Başak” nişanlı “Təmir-tikinti” işlərində istifadə olunan dam örtükləri-kirəmitlər” 30 yer, 6600 ədəd (hər paletdə 220 ədəd) bəyan edildiyi halda faktiki avtomaşında 30 yer, 7680 ədəd (hər paletdə 256 ədəd), yəni 1080 ədəd artıq “Başak” nişanlı kirəmit yükünün aşkar edilmişdir. GALLCO GROUP» MMC-nin ünvanına Türkiyədən PRS**********050 saylı, 03 oktyabr 2022-ci il tarixli invoysla 99HG385/99ZB385 nömrə nişanlı nəqliyyat vasitəsində daxil olmuş və **********1431 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş yükə gömrük yoxlaması həyata keçirilən zaman GB-də “Başak” nişanlı “Təmir-tikinti” işlərində istifadə olunan dam örtükləri-kirəmitlər” 30 yer, 6600 ədəd (hər paletdə 220 ədəd) bəyan edildiyi halda faktiki avtomaşında 30 yer, 7680 ədəd (hər paletdə 256 ədəd), yəni 1080 ədəd artıq “Başak” nişanlı kirəmit yükünün aşkar edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmış barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin səlahiyyətli nümayəndələri gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Şəxs nümayəndəsi telefon vasitəsi ilə əlaqə yaradaraq inzibati işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 64.3-cü maddəsinə əsasən, işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin səlahiyyətli nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin 11 oktyabr 2022-ci il tarixli raportundan görünür ki, Şəxs MMC-nin ünvanına Türkiyədən PRS**********050 saylı, 03 oktyabr 2022-ci il tarixli invoysla 99FG161/99ZA805 nömrə nişanlı nəqliyyat vasitəsində daxil olmuş və **********1422 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş yükə gömrük yoxlaması həyata keçirilən zaman GB-də “Başak” nişanlı “Təmirtikinti” işlərində istifadə olunan dam örtükləri-kirəmitlər” 30 yer, 6600 ədəd (hər paletdə 220 ədəd) bəyan edildiyi halda faktiki avtomaşında 30 yer, 7680 ədəd (hər paletdə 256 ədəd), yəni 1080 ədəd artıq “Başak” nişanlı kirəmit yükünün aşkar edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aprılan hüquqi şəxs Şəxs MMC-nin direktoru X1 Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsində verdiyi izahatından görünür ki, o, izahatında göstərmişdir ki, Türkiyədən “Parmos” şirkətindən Azərbaycana Şəxs MMC-nin ünvanına yük maşınında gələrkən yolda kirəmitlər yükünün müəyyən bir hissəsi qırılır, çatlayıb yararsız hala düşür. Buna görə də daha öncə qırılan kirəmitlərin əvəzinə “Parmos” şirkəti onlara xəbər etmədən invosyda göstərilmədiyi halda 99FG161/99ZA805 nömrə nişanlı nəqliyyat vasitəsində artıq sayda “Başak” nişanlı kirəmitlər göndərmişlər. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 02 noyabr 2022-ci il tarixli, 9/7564 saylı rəydən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş Türkiyədə istehsal olunmuş, arxa hissəsində “Başak” markalanma göstəricisi olan 40x25 sm ölçülü, kirəmitdən dam örtüyünün 1 ədədinin 10 oktyabr 2022-ci il tarixə orta bazar topdan satış qiyməti təxminən 2,50 manat, 3240 ədədinin qiyməti isə təxminən 8100 manat müəyyən edilmişdir. İnzibati xəta haqqında 04 noyabr 2022-ci il tarixli, 00100-2199/22 saylı protokoldan görünür ki, Şəxs MMC-nin ünvanına Türkiyədən PRS**********050 saylı, 03 oktyabr 2022-ci il tarixli invoysla 99FG161/99ZA805 nömrə nişanlı nəqliyyat vasitəsində daxil olmuş və **********1422 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş yükə gömrük yoxlaması həyata keçirilən zaman GB-də “Başak” nişanlı “Təmir-tikinti” işlərində istifadə olunan dam örtükləri-kirəmitlər” 30 yer, 6600 ədəd (hər paletdə 220 ədəd) bəyan edildiyi halda faktiki avtomaşında 30 yer, 7680 ədəd (hər paletdə 256 ədəd), yəni 1080 ədəd artıq “Başak” nişanlı kirəmit yükünün aşkar edilmişdir. GALLCO GROUP» MMC-nin ünvanına Türkiyədən PRS**********050 saylı, 03 oktyabr 2022-ci il tarixli invoysla 67BC967/10ZG867 nömrə nişanlı nəqliyyat vasitəsində daxil olmuş və **********1429 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş yükə gömrük yoxlaması həyata keçirilən zaman GB-də “Başak” nişanlı “Təmir-tikinti” işlərində istifadə olunan dam örtükləri-kirəmitlər” 30 yer, 6600 ədəd (hər paletdə 220 ədəd) bəyan edildiyi halda faktiki avtomaşında 30 yer, 7680 ədəd (hər paletdə 256 ədəd), yəni 1080 ədəd artıq “Başak” nişanlı kirəmit yükünün aşkar edilmişdir. GALLCO GROUP» MMC-nin ünvanına Türkiyədən PRS**********050 saylı, 03 oktyabr 2022-ci il tarixli invoysla 99HG385/99ZB385 nömrə nişanlı nəqliyyat vasitəsində daxil olmuş və **********1431 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş yükə gömrük yoxlaması həyata keçirilən zaman GB-də “Başak” nişanlı “Təmir-tikinti” işlərində istifadə olunan dam örtükləri-kirəmitlər” 30 yer, 6600 ədəd (hər paletdə 220 ədəd) bəyan edildiyi halda faktiki avtomaşında 30 yer, 7680 ədəd (hər paletdə 256 ədəd), yəni 1080 ədəd artıq “Başak” nişanlı kirəmit yükünün aşkar edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 482.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin düzgün bəyan edilməməsinə görə, yəni gömrük bəyannaməsində, təkrar ixrac bildirişində, qısa idxal (ixrac) bəyannaməsində, sadələşdirilmiş bəyannamədə, gömrük rəsmiləşdirilməsinə dair ərizədə və gömrük orqanlarının Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə uyğun olaraq tələb etdiyi digər sənədlərdə və məlumatlarda Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malları və nəqliyyat vasitələrini gömrük ödənişlərindən, habelə qanunvericiliklə müəyyənləşdirilmiş qadağan və məhdudiyyətlərdən azad etməyə, yaxud gömrük ödənişlərinin məbləğini azaltmağa əsas verən, malların və nəqliyyat vasitələrinin gömrük proseduru, miqdarı, sayı, gömrük dəyəri, mənşə ölkəsi barədə və ya digər düzgün olmayan məlumatların göstərilməsinə görə, bu az miqdarda olduqda inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələrinin dəyərinin otuz faizindən altmış faizinədək məbləğdə cərimə edilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, hüquqi şəxs Şəxs tərəfindən idxal olunmuş malların sayı barəsində düzgün məlumat verilməmiş və bəyan ediləndən artıq miqdarda mallar MMC tərəfindən idxal edilmişdir. Məhkəmə araşdırması zamanı hüquqi şəxs Şəxs barəsində məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası həddində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsi ilə təqsirli bilinərək barəsində inzibati xətanın bilavasitə obyekti olan malların dəyərinin (8100 manat) 30 faizi, yəni 2430 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə işə baxan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Nigar İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar