Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-6303/2022 14.11.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X35 İmanovanın sədrliyi, Səbinə Pərvin qızı Nəsrullayevanın katibliyi ilə, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 14-cü PB-nin sahə inspektoru X6, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları, xx xxxxxxxx 1975-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, 13 ünvanda qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsindən daxil olmuş materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İnzibati xəta haqqında 14 noyabr 2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 20 oktyabr 2022-ci il tarixdə X7 məxsus preparatoru işlətmək üçün alıb başqa şəxsə sataraq ona qarşı dələduzluq etmişdir. İnzibati xəta haqqında 14 noyabr 2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 14 iyul 2022-ci il tarixdə Sabunçu rayonu, Ləhiş bağları, YYS olan vət. Q.Quliyevin su xəttində olan su sayğacını gizli yolla oğurlamışdır. İnzibati xəta haqqında 14 noyabr 2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 18 iyun 2022-ci il tarixdə Sabunçu rayonu Ləhiş bağları YYM-də olan vət.N.Ələmovun su xəttinə bərkidilmiş su sayğacını oğurlamışdır. İnzibati xəta haqqında 14 noyabr 2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 15 sentyabr 2022-ci il tarixdə Sabunçu rayonu Maştağa qəsəbəsində M.Füzuli küçəsində olan vət.Maqlıyev Ramazanın idarə etdiyi vaz 21011 markalı, **-BB-*** d.q nişanlı avtomobilin akkumlyatorunu oğurlamışdır. İnzibati xəta haqqında 14 noyabr 2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 15 iyun 2022-ci il tarixdə Sabunçu rayonu Nizami küçəsində Ləhiş Bağları YYM-də olan vət.B.Kərimovun bağ ərazisinin hasarına bərkidilmiş su sayğacını oğurlamışdır. İnzibati xəta haqqında 14 noyabr 2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 15 iyul 2022-ci il tarixdə Sabunçu rayonu Ləhiş bağları YYS olan vət.E.Şahbazovun hasarına bərkidilmiş,su xəttində olan su sayğacını oğurlamışdır. İnzibati xəta haqqında 14 noyabr 2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 04 sentyabr 2022-ci il tarixdə Maştağa qəsəbəsi Albalılıq yaşayış massivində olan olan vət. X23 məxsus bağ evindən müxtəlif tikinti materiallarını oğurlamışdır. İnzibati xəta haqqında 14 noyabr 2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 22 iyun 2022-ci il tarixdə Sabunçu rayonu Maştağa qəsəbəsi S.İ.Ağa küçəsində Xəzər Marketin arxa qapısında vət. C.Rəhimova məxsus ANİMER markalı velosipedi oğurlamışdır. İnzibati xəta haqqında 14 noyabr 2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 20 iyun 2022-ci il tarixdə Maştağa qəsəbəsi Xanlar yaşayış Massivində vət.X12 məxsus evin zirzəmisindən su qızdırıcısını və qazan dəstini oğurlamışdır. İnzibati xəta haqqında 14 noyabr 2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 30 iyun 2022-ci il tarixdə Maştağa qəsəbəsi Albalılıq yaşayış massivi ev 1127-də vət. X8 məxsus bağ evindən telefon naqillər oğurlamışdır. İnzibati xəta haqqında 14 noyabr 2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 22 iyun 2022-ci il tarixdə Maştağa qəsəbəsi M.Hüseynzadə küçəsi ev 5-də yaşayan vət.X18 məxsus həyət evindən su nasosu ,elektrik naqili,quyu qapağı oğurlamışdır. İnzibati xəta haqqında 14 noyabr 2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 12 sentyabr 2022-ci il tarixdə Maştağa qəsəbəsi M.Şəfai küçəsində yerləşən Ocaq Marketlə üzbəüz saxlanılmış X13 məxsus Reno markalı 99RM480 d.q nişanlı avtomobildən 60 manat pul oğurlamışdır. İnzibati xəta haqqında 14 noyabr 2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, 01 sentyabr 2022-ci il tarixdə vət.X24 ərizə ilə müraciət edərək bildirmişdir ki, oğluna məxsus velosiped oğurlanmışdır. İnzibati xəta haqqında 14 noyabr 2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, 02 may 2022-ci il tarixdə vət.X14 bildirmişdir ki, ona məxsus Ramana qəsəbəsində yerləşən yarımtikilidən 1 kub taxta oğurlanmışdır. Məhkəmə iclasında Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 14-cü PB-nin sahə inspektoru X19 inzibati xəta haqqında protokolların məzmununa uyğun izahat verib, Şəxs AR İXM-nin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində müvafiq olaraq protokollar tərtib olunduğunu bildirərək Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək göstərmişdir ki, o, maddi imkanı olmadığından oğurluq törətmiş, oğurladığı əmlakları sataraq qızının hazırlığına vermişdir. Əməlindən səmimi peşmandır. Vurulmuş ziyanı ödəməyə maddi imkanı yoxdur. Barəsində qanunla nəzərdə tutulmuş ədalətli tədbir görülməsini xahiş edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İnzibati xəta haqqında 14 noyabr 2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 20 oktyabr 2022-ci il tarixdə X7 məxsus preparatoru işlətmək üçün alıb başqa şəxsə sataraq ona qarşı dələduzluq etmişdir. İnzibati xəta haqqında 14 noyabr 2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 14 iyul 2022-ci il tarixdə Sabunçu rayonu Ləhiş bağları YYS olan vət. Q.Quliyevin su xəttində olan su sayğacını gizli yolla oğurlamışdır. “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 26 iyul 2022-ci il tarixli qərardan görünür ki, Q uliyev Qafurun ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, X1 yaşadığı ünvana su xəttinə çəkilmiş sayğacı oğurlamış şəxs və ya şəxslərin müəyyən olunaraq AR İXM-nin 227-ci maddəsinə əsasən inzibati qaydada məsuliyyətə cəlb edilməsini təmin etmək üçün qəbul edilmiş qərarın surəti 14-cü Polis Bölməsinin rəisinə təqdim edilmişdir. İnzibati xəta haqqında 14 noyabr 2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 18 iyun 2022-ci il tarixdə Sabunçu rayonu Ləhiş bağları YYM-də olan vət.N.Ələmovun su xəttinə bərkidilmiş su sayğacını oğurlamışdır. “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 01 iyul 2022-ci il tarixli qərardan görünür ki, vət.Ələmov Nurlanın ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, X3 yaşadığı ünvana su xəttinə çəkilmiş sayğacı oğurlamış şəxs və ya şəxslərin müəyyən olunaraq AR İXM-nin 227-ci maddəsinə əsasən inzibati qaydada məsuliyyətə cəlb edilməsini təmin etmək üçün qəbul edilmiş qərarın surəti 14-cü Polis Bölməsinin rəisinə təqdim edilmişdir. İnzibati xəta haqqında 14 noyabr 2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 15 sentyabr 2022-ci il tarixdə Sabunçu rayonu Maştağa qəsəbəsində M.Füzuli küçəsində olan vət.Maqlıyev Ramazanın idarə etdiyi vaz 21011 markalı, **-BB-*** d.q nişanlı avtomobilin akkumliyatorunu oğurlamışdır. “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 30 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, material üzrə cinayət işinin başlanması rədd edilmiş, Material üzrə əməli törətmiş naməlum şəxsin barəsində AR İXM-nin 227-ci maddəsinin tələblərinə əsasən inzibati tənbeh tədbirinin görülməsi məqsədi ilə qəbul edilmiş qərarın surəti icra edilməsi üçün Sabunçu RPİ-nin14-cü Polis Bölməsinə həvalə edilmişdir. İnzibati xəta haqqında 14 noyabr 2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 15 iyun 2022-ci il tarixdə Sabunçu rayonu Nizami küçəsində Ləhiş Bağları YYM-də olan vət.B.Kərimovun bağ ərazisinin hasarına bərkidilmiş su sayğacını oğurlamışdır. “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 01 iyul 2022-ci il tarixli qərardan görünür ki, X2 ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş,X2 yaşadığı ünvananın su xəttinə çəkilmiş sayğacı oğurlamış şəxs və ya şəxslərin müəyyən olunaraq AR İXM-nin 227-ci maddəsinə əsasən inzibati qaydada məsuliyyətə cəlb edilməsini təmin etmək üçün qəbul edilmiş qərarın surəti 14-cü Polis Bölməsinin rəisinə təqdim edilmişdir İnzibati xəta haqqında 14 noyabr 2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 15 iyul 2022-ci il tarixdə Sabunçu rayonu Ləhiş bağları, YYS olan vət. E.Şahbazovun hasarına bərkidilmiş,su xəttində olan su sayğacını oğurlamışdır. “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 01 iyul 2022-ci il tarixli qərardan görünür ki, X4 ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş,X2 yaşadığı ünvananın su xəttinə çəkilmiş sayğacı oğurlamış şəxs və ya şəxslərin müəyyən olunaraq AR İXM-nin 227-ci maddəsinə əsasən inzibati qaydada məsuliyyətə cəlb edilməsini təmin etmək üçün qəbul edilmiş qərarın surəti 14-cü Polis Bölməsinin rəisinə təqdim edilmişdir. İnzibati xəta haqqında 14 noyabr 2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 04 sentyabr 2022-ci il tarixdə Maştağa qəsəbəsi Albalılıq yaşayış massivində olan olan vət. X23 məxsus bağ evindən müxtəlif tikinti materiallarını oğurlamışdır. “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 14 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, X22 ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, X23 məxsus bağ evindən tikinti materialları oğurlayan şəxs müəyyən olunaraq AR İXM-nin 227-ci maddəsinə əsasən inzibati qaydada məsuliyyətə cəlb edilməsini təmin etmək məqsədi ilə qəbul edilmiş qərarın surəti 14-cü Polis Bölməsinin rəisinə təqdim edilmişdir. İnzibati xəta haqqında 14 noyabr 2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 22 iyun 2022-ci il tarixdə Sabunçu rayonu Maştağa qəsəbəsi S.İ.Ağa küçəsində Xəzər Marketin arxa qapısında vət. C.Rəhimova məxsus ANİMER markalı velosipedi oğurlamışdır. “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 02 iyul 2022-ci il tarixli qərardan görünür ki, vət.X15 müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, əməli törətmiş şəxs müəyyən edilərək barəsində AR İXM-nin 227-ci maddəsinin tələbinə əsasən inzibati təsir tədbirlərinin görülməsi qərara alınmışdır. Qeyd olunan qərarın təsviri hissəsindən görünür ki, oğurluq hadisəsi nəticəsində zərərçəkmiş şəxs X20 250 manat məbləğində maddi ziyan dəymişdir. İnzibati xəta haqqında 14 noyabr 2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 20 iyun 2022-ci il tarixdə Maştağa qəsəbəsi Xanlar yaşayış Massivində vət.X12 məxsus evin zirzəmisindən su qızdırıcısını və qazan dəstini oğurlamışdır. “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 30 iyun 2022-ci il tarixli qərardan görünür ki,X9 ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, Cəfərova qızına məxsus evdən oğurluq edən şəxs müəyyən olunaraq AR İXM-nin 227-ci maddəsinə əsasən inzibati qaydada məsuliyyətə cəlb edilməsini təmin etmək üçün qəbul edilmiş qərarın surəti 14-cü Polis Bölməsinin rəisinə təqdim edilmişdir. İnzibati xəta haqqında 14 noyabr 2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 30 iyun 2022-ci il tarixdə Maştağa qəsəbəsi Albalılıq yaşayış massivi ev 1127-də vət. X8 məxsus bağ evindən telefon naqillər oğurlamışdır. “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 10 iyul 2022-ci il tarixli qərardan görünür ki, X5 müraciəti əsasında toplanmış material üzrə əməldə cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş,Hadisəni törədən naməlum şəxs və ya şəxslərin əməlində AR.İXM-nin 227-ci maddəsinin tərkib hissəsi yarandığından həmin şəxs(lər)in müəyyən edilərək barəsində(barələrində) inzibati təsir tədbirlərinin görülməsindən ötrü qəbul edilmiş qərarın surəti aidiyyəti əməkdaşa həvalə edilmişdir. İnzibati xəta haqqında 14 noyabr 2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 22 iyun 2022-ci il tarixdə Maştağa qəsəbəsi M.Hüseynzadə küçəsi ev 5-də yaşayan vət.X18 məxsus həyət evindən su nasosu ,elektrik naqili,quyu qapağı oğurlamışdır. “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki,vət.X16 müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, Əməli törətmiş şəxs müəyyən edilərək barəsində AR İXM-nin 227-ci maddəsinin tələbinə əsasən inzibati təsir tədbirləri görülmüşdür. İnzibati xəta haqqında 14 noyabr 2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 12 sentyabr 2022-ci il tarixdə Maştağa qəsəbəsi M.Şəfai küçəsində yerləşən Ocaq Marketlə üzbəüz saxlanılmış X13 məxsus Reno markalı 99RM480 d.q nişanlı avtomobildən 60 manat pul oğurlamışdır. “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 22 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, X10 şikayət ərizəsi əsasında toplanmış material üzrə əməldə cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş, Hadisəni törədən naməlum şəxs və ya şəxslərin əməlində AR.İXM-nin 227-ci maddəsinin tərkib hissəsi yarandığından həmin şəxs(lər)in tapılaraq barəsində (barələrində) AR-nın İXM-nin 227-ci maddəsi ilə inzibati təsir tədbirlərinin görülməsindən ötrü qəbul edilmiş qərarın surəti Sabunçu RPİnin14-cü Polis Bölməsinə təqdim edilmişdir. İnzibati xəta haqqında 14 noyabr 2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, 01 sentyabr 2022-ci il tarixdə vət.X24 ərizə ilə müraciət edərək bildirmişdir ki, oğluna məxsus velosiped oğurlanmışdır. “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 11 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, X17 şikayət ərizəsi əsasında toplanmış material üzrə əməldə cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş, Hadisəni törədən naməlum şəxs və ya şəxslərin əməlində AR.İXM-nin 227-ci maddəsinin tərkib hissəsi yarandığından həmin şəxs(lər)in tapılaraq barəsində(barələrində) AR-nın İXM-nin 227-ci maddəsi ilə inzibati təsir tədbirlərinin görülməsindən ötrü qəbul edilmiş qərarın surəti Sabunçu RPİnin14-cü Polis Bölməsinə təqdim edilmişdir. Qeyd olunan qərarın təsviri hissəsindən görünür ki, X21 450 manat məbləğində maddi ziyan dəymişdir. İnzibati xəta haqqında 14 noyabr 2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, 02 may 2022-ci il tarixdə vət.X14 bildirmişdir ki, ona məxsus Ramana qəsəbəsində yerləşən yarımtikilidən 1 kub taxta oğurlanmışdır “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 12 may 2022-ci il tarixli qərardan görünür ki, Qərarın təsviri hissəsində göstərilənlərə əsasən toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, Qərarın təsviri hissəsində göstərilənlərə əsasən,vət.X11 məxsus əmlakı oğurlamış naməlum şəxs gələcəkdə müəyyən edildikdə AR-nın İXM-nin 227-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması məqsədi ilə qəbul edilmiş qərar icra olunması üçün bölmənin aidiyyatı əməkdaşına həvalə ediləcəkdər. Qeyd olunan qərarın təsviri hissəsindən görünür ki, oğurluq hadisəsi nəticəsində zərərçəkmiş şəxs X11 500 manat məbləğində maddi ziyan dəymişdir. Şəxs polis bölməsində verdiyi müvafiq izahatlardan görünür ki, o, törətdiyi əməlləri etiraf etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsi özünün etirafedici izahatı ilə yanaşı, iş materialları əsasında tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Şəxs İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinərək barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hal kimi inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını və məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs barəsində inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq olunmaqla inzibati tənbehin məqsədlərinə nail olunması mümkündür. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, Şəxs AR İXM-nin 227-ci maddəsi ilə təqsirli bilinməli, barəsində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməli, həbsetmənin əvvəli 14 noyabr 2022-ci il tarixdən, saat 18:50-dən hesablanmalıdır. Bununla yanaşı, məhkəmə Şəxs təkrarən oğurluq edərək zərərçəkmiş şəxslər X20 250 manat məbləğində, X21 450 manat məbləğində, X11 500 manat məbləğində maddi ziyan vurması ilə bağlı əməllərdə cinayət tərkibinin olmasını nəzərə alır və həmin epizodlar üzrə Şəxs əməllərinə hüquqi qiymət verilməsi üçün müvafiq inzibati xəta haqqında protokollar və onlara əlavə edilmiş sənədlərin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Sabunçu rayon prokurorluğuna göndərilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama təkrar törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd” hissəsinin 1 və 3-cü bəndlərinin şərh edilməsinə dair” 23 aprel 2018-ci il tarixli qərarına əsasən oğurluğun təkrar, yəni iki dəfə və ya iki dəfədən çox törədilməsi zamanı əmlakın mülkiyyətçisinə və ya digər sahibinə hər bir əməl üzrə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə cinayət məsuliyyəti yaranır. Hazırda qeyd olunan üç epizodlar əməlin təkrar törədilməsi kimi qiymətləndirildiyindən və həmin əməllər nəticəsində vurulmuş zərərin məbləği 100 manatdan artıq olduğundan şəxsin əməlində cinayət tərkibinin olub-olmamasının müəyyən edilməsi üçün həmin hissədə müvafiq materialları ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Sabunçu rayon prokurorluğuna göndərilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 85-ci maddəsinə əsasən icraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) fiziki şəxs tərəfindən törədilmiş inzibati xətada cinayət əlamətlərini aşkar etdikdə, materialları prokurora, ibtidai istintaq və ya təhqiqat orqanına göndərir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43-48, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinərək barəsində 25 gün müddətə inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Tənbeh tədbirinin əvvəli 14 noyabr 2022-ci il tarixdən, saat 18:40-dan hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə bilavasitə tabe olan inzibati həbs olunanların müvəqqəti saxlama mərkəzinə tapşırılsın. Şəxs təkrarən oğurluq edərək zərərçəkmiş şəxslər X20 250 manat məbləğində, X21 450 manat məbləğində, X11 500 manat məbləğində maddi ziyan vurması ilə bağlı inzibati xəta haqqında protokollar və onlara əlavə edilmiş sənədlər araşdırılması üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Sabunçu rayon prokurorluğuna göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Nigar İmanova
Məhkəmə qərarları › İş №3(008)-6303/2022
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-6303/2022
14.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver