Məhkəmə qərarları › İş №3(008)-6308/2022

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-6308/2022

29.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-6308/2022 29.11.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X4 İmanovanın sədrliyi, Səbinə Şair qızı Ramazanovanın katibliyi, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, 31 oktyabr 1984-cü il tarixdə Ağdam rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, Abşeron rayonu, Hökməli qəsəbəsi, yeni tikilidə yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.6 və 327.8-ci maddələri ilə Bakı şəhər Sabunçu Rayon Polis İdarəsindən daxil olmuş inzibati materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhər Sabunçu Rayon Polis İdarəsindən daxil olmuş 04 noyabr 2022-ci il tarixli, AP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 20 oktyabr 2022-ci il tarixdə, saat 12:00 radələrində etibarnaməsiz idarə etdiyi “Opel Astra” markalı, **-OP-*** dövlər qeydiyyat nişanlı avtomobillə Bakıxanov qəsəbəsində, Ş.Kamilov küçəsindən N.İsmayılov küçəsinə çıxarkən nizamlanmayan yol ayırıcının keçilmə qaydasını pozmuş, həmin küçə ilə sağdan hərəkət edən “Ford TR” markalı, **-YJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol arxa yan hissəsindən vurub toqquşmuş, toqquşma nəticəsində zərbədən “Ford TR” markalı avtomobil idarəetməni itirərək yolun sol hissəsinə çıxıb orada dayanmış vəziyyətdə olan “İVECO” markalı, **-JN-*** dövlət qeydiyyat nişanlı avtomobilə və digər maneəyə çırpılmışdır. Sürücü zəncirvari yol nəqliyyat hadisəsi törətmiş və hadisə yerindən yayınmışdır. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs məhkəmə iclasında özünü AR İXM-nin 327.6 və 327.8-ci maddələri ilə təqsirli bilərək əməlindən peşmançılıq çəkdiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs Şəxs şikayətçi olduğunu, onun qəzadan sonra hadisə yerindən yayındığını, yol-nəqliyyat hadisəsindən sonra onunla maraqlanmadığını, şəxsi ilk dəfə məhkəmədə gördüyünü, ona dəymiş ziyanın ödənilmədiyini bildirərək Şəxs barəsində qanunamüvaiq tədbir görülməsini xahiş etmişdir. Səlahiyyətli orqana məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də nümayəndə məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbi barədə hər hansı məlumat verməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 62.4-cü maddəsinə əsasən səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 20 oktyabr 2022-ci il tarixli, 2/35732 saylı “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” aktından görünür ki, hadisə günü Şəxs ayıq olmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X2 Publik Hüquqi şəxsin canlı şəxsin ekspertizasının 25 oktyabr 2022-ci il tarixli, 2512 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bel nahiyyəsinin əzələ bağ aparatının gərilməsi ilə müayiət olunan bel nahiyyəsinin və döş qəfəsinin ön səthinin dərialtı hematomaları müəyyən edilmişdir. Xəsarətlər bərk küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən 20 oktyabr 2022-ci il tarixdə və şəraitdə, yəni baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində törənə bilər və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül zərərvurmaya aiddir. Şəxs iş materiallarında olan izahatından görünür ki, o, yol-nəqliyyat hadisəsi törədərək hadisə yerindən yayındığını etiraf etmişdir. «Cinayət işinin başlanmasının rədd edilməsi haqqında» 28 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, Şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsi ilə müəyyən edilmiş cinayət tərkibi olmadığından soncunun İnzibati Xətalar Məcəlləsinin 327.6 və 327.8-ci maddələri ilə məsuliyyətə cəlb edilməsi üçün barəsində toplanmış materiallar Bakı şəhəri Sabunçu RPİ-nin DYPŞ-nə göndərilmişdir. Bakı şəhəri Sabunçu RPİ-nin DYPŞ-nin axtarış üzrə inspektoru polis baş leytenantı X3 tərəfindən tərtib edilmiş 04 noyabr 2022-ci il tarixli, AP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 20 oktyabr 2022-ci il tarixdə, saat 12:00 radələrində etibarnaməsiz idarə etdiyi “Opel Astra” markalı, **-OP-*** dövlər qeydiyyat nişanlı avtomobillə Bakıxanov qəsəbəsində, Ş.Kamilov küçəsindən N.İsmayılov küçəsinə çıxarkən nizamlanmayan yol ayırıcının keçilmə qaydasını pozmuş, həmin küçə ilə sağdan hərəkət edən “Ford TR” markalı, **-YJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol arxa yan hissəsindən vurub toqquşmuş, toqquşma nəticəsində zərbədən “Ford TR” markalı avtomobil idarəetməni itirərək yolun sol hissəsinə çıxıb orada dayanmış vəziyyətdə olan “İVECO” markalı, **-JN-*** dövlət qeydiyyat nişanlı avtomobilə və digər maneəyə çırpılmışdır. Sürücü zəncirvari yol nəqliyyat hadisəsi törətmiş və hadisə yerindən yayınmışdır. Zərərçəkmiş şəxs və şahidlərin izahatları ilə də yol-nəqliyyat hadisəsinin inzibati xəta haqqında protokolda göstərilən vəziyyətdə baş verməsi və sürücünün hadisə yerindən yayınması öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə qanunvericiliyin normalarını rəhbər tutub, iş materiallarını tədqiq edərək belə qənaətə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barəsində inzibati qaydada icraat aparılan şəxsin özünün etirafedici izahatı ilə yanaşı, məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxsin izahatı, müvafiq ekspert rəyi və inzibati materialda olan digər sənədlərlə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, zərərçəkmiş şəxsin ondan şikayətçi olmasını, məsuliyyəti yüngülləşdirən hal kimi inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını (İXM 32.1.1), məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyasının hədləri daxilində nəqliyyat vasitələrini idarə etmək hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Bununla yanaşı, inzibati xəta haqqında protokolda göstərilən AR İXM-nin 327.6-cı maddəsi ilə məhkəmə qeyd edir ki, AR İXM-nin 327.8-ci maddəsində AR İXM-nin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə məsuliyyət nəzərdə tutulduğundan hazırki halda da şəxsin yol-nəqliyyat hadisəsi törədərək hadisə yerindən yayınması öz təsdiqini tapmaqla şəxsin AR İXM-nin 327.8-ci maddəsi ilə təqsirli olması sübuta yetirildiyindən həmin maddənin dispozitiv əlaməti kimi nəzərdə tutulmuş AR İXMnin 327.6-cı maddəsinə ayrıca hüquqi qiymət verilməsinə və şəxsə ayrıca maddə kimi istinad olunmasına zərurət yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 06 ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nigar İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar