Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-6320/2025 30.12.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, məhkəmə iclasının katibi X2 qızının katibliyi, hüquqi şəxs Şəxs nümayəndəsi Nümayəndə3 iştirakı ilə, Hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Mərkəzi Bankı Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə 18 noyabr 2025-ci il tarixli EP saylı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün adiyyəti üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, Şəxs tərəfindən 18020.00 (on səkkiz min iyirmi) ABŞ dolları məbləğində vəsait bank vasitəsilə 27 oktyabr 2023-cü il tarixində avans olaraq ölkə xaricinə köçürülmüşdür. “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndinin tələblərinə baxmayaraq, ödənişin aparıldığı gündən 2 (iki) il müddətində 18020.00 (on səkkiz min iyirmi) ABŞ dolları məbləğində vəsait hesabına alınan mallar (xidmət) ölkəyə idxal edilməmiş və ya həmin məbləğdə valyuta vəsaiti geri qaytarılmamışdır. Məhkəmə iclasında Şəxs nümayəndəsi Nümayəndə3 izahat verərək göstərmişdir ki, Şəxs tərəfindən 18020.00 (on səkkiz min iyirmi) ABŞ dolları məbləğində vəsait bank vasitəsilə 27 oktyabr 2023-cü il tarixində avans olaraq Türkiyəyə köçürmüş, təqdim edilmiş 11 dekabr 2023-cü il tarixli **********9972 gömrük bəyannaməsinin 44-cü qrafasında texniki xarakterli yanlışlıq olmuş, tərəflərindən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinə həmin gömrük bəyannaməsindəki yanlışlıqların düzəliş edilməsi üçün müraciət etməsinə baxmyaraq gömrük bəyannaməsinə düzəliş olunmamışdır, nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanuna müvafiq qaydada məlumat verilməsinə baxmayaraq protokol tərtib etmiş Azərbaycan Respublikasının Mərkəzi Bankının səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, işə Azərbaycan Respublikasının Mərkəzi Bankının səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; 27 oktyabr 2023-cü il tarixli ödəniş tapşırığının surətindən görünür ki, hüquqi şəxs Şəxs tərəfindən 18020.00 (on səkkiz min iyirmi) ABŞ dolları məbləğində vəsait 27 oktyabr 2023-cü il tarixilərdə "xxxx" ASC-də olan hesabından, Azərbaycan Respublikasından kənara köçürülmüşdür. 30 oktyabr 2025-ci il tarixli məktub və qoşmasından görünür ki, hüquqi şəxs Şəxs tərəfindən 18020.00 (on səkkiz min iyirmi) ABŞ dolları məbləğində vəsait 27 oktyabr 2023-cü il tarixində "xxxx" ASC-də olan hesabından, Azərbaycan Respublikasından kənara köçürülməsi, 18020.00 (on səkkiz min iyirmi) ABŞ dolları məbləğində vəsait hesabına alınan malların (xidmətlərin) idxal edilmədiyi, xidmətlərin göstərilmədiyi və ya qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər təqdim edilmişdir. Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tərtib edilmiş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında 18 noyabr 2025-ci il tarixli EP saylı ******* nömrəli protokoldan görünür ki, hüquqi şəxs Şəxs tərəfindən 18020.00 (on səkkiz min iyirmi) ABŞ dolları məbləğində vəsait bank vasitəsilə 27 oktyabr 2023-cü il tarixində avans olaraq ölkə xaricinə köçürülmüşdür. “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndinin tələblərinə baxmayaraq, ödənişin aparıldığı gündən 2 (iki) il müddətində 18020.00 (on səkkiz min iyirmi) ABŞ dolları məbləğində vəsait hesabına alınan mallar (xidmət) ölkəyə idxal edilməmiş və ya həmin məbləğdə valyuta vəsaiti geri qaytarılmamışdır. Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kommersiya qurumlarının dövlət reyestrindən çıxarışdan məlum olur ki, Şəxs qeydiyyata alınmış, VÖEN-i **********, hüquqi ünvanı AZ1034, ünvan 1il 10-dur; 11 dekabr 2023-cü il tarixli **********9972 sorğu nömrəli gömrük bəyannaməsindən görünür ki, 11 dekabr 2023-cü il tarixli **********9972 sorğu nömrəli gömrük bəyannaməsinə əsasən 21240.00 (iyirmi bir min iki yüz qırx) ABŞ dolları dəyərində mal "xxxx" MMC-nin adına Türkiyə Respublikasından ixrac edilmişdir; Azərbaycan Respublikasının Mərkəzi Bankının 03 dekabr 2025-ci il tarixli 6-1-21/2- 18515/2025 saylı məktubundan görünür ki, məhkəməyə təqdim edilmiş **********9972 sorğu nömrəli yük gömrük bəyannaməsinin 44-cü qrafasında əks olunan məlumatlarla MMC-nin "xxxx" ASC vasitəsilə 27 oktyabr 2023-cü il tarixində avans qaydasında xaricə köçürdüyü 18020 (on səkkiz min iyirmi) ABŞ dolları məbləğində ödənişin təyinatının eyniləşmədiyi müəyyən edilmişdir; Şəxs 17 dekabr 2025-ci il tarixli məktubundan görünür ki, sözügedən uyğunsuzluq yalnız texniki səhv xarakteri daşıyır, idxal olunan mala, onun gömrük dəyərinə, malın təsnifatına, habelə gömrük ödənişlərinə heç bir təsir göstərmir, eyni zamanda, bu texniki uyğunsuzluq səbəbindən 2023-cü ildə Türkiyə Respublikasında yerləşən təchizatçıya köçürülmüş ödənişin, müvafiq müqavilə və invoys üzrə gətirilmiş məhz həmin mala aid olduğu məhkəmə instansiyasında eyniləşdirilə bilmir, xx.xx.2023-cü il tarixli, **********9972 nömrəli gömrük bəyannaməsinin 44-cü qrafasında müqavilə nömrəsi və tarixinin yuxarıda göstərilən düzgün məlumatlarla əvəz edilməsi yolu ilə müvafiq düzəlişin aparılması barədə Şəxs tərəfindən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə müraciət edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyirin həcmi və ya onun maraqlarının təmin edilməsinin varakteri və dərəcəsi, hüquqi şəxsi xarakretizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 430.4-cü maddəsinə əsasən, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Mərkəzi X1 20 fevral 2020-ci il tarixli 06/1 saylı qərarı ilə «Azərbaycan Respublikası Mərkəzi X1 2016-cı il 28 noyabr tarixli 45/1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyrirezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”»nda dəyişikliklər edilmiş, qərarın 4.3.1.3-cü yarımbəndi aşağıdakı redaksiyada verilmişdir. “4.3.1.3. qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10.000 (on min) ABŞ ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, hüquqi şəxs Şəxs 18020.00 (on səkkiz min iyirmi) ABŞ dolları məbləğində vəsaiti 27 oktyabr 2023-cü il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 18020.00 (on səkkiz min iyirmi) ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Məhkəmə iclasında Şəxs nümayəndəsi Nümayəndə3 izahat verərək göstərmişdir ki, Şəxs tərəfindən 18020.00 (on səkkiz min iyirmi) ABŞ dolları məbləğində vəsait bank vasitəsilə 27 oktyabr 2023-cü il tarixində avans olaraq Türkiyəyə köçürmüş, təqdim edilmiş 11 dekabr 2023-cü il tarixli **********9972 gömrük bəyannaməsinin 44-cü qrafasında texniki xarakterli yanlışlıq olmuş, tərəflərindən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinə həmin gömrük bəyannaməsindəki yanlışlıqların düzəliş edilməsi üçün müraciət etməsinə baxmyaraq gömrük bəyannaməsinə düzəliş olunmamışdır, nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə bununla bağlı qeyd edir ki, hüquqi şəxsin nümayəndəsinin qeyd etdiyi hallar inzibati xəta tərkibini istisna etməmişdir. Belə ki, hazırda həmin malların ölkəyə gəlməsini təsdiq edən hər hansı sübut, o cümlədən gömrük bəyannaməsi məhkəməyə təqdim edilməmişdir. Məhkəmə araşdırması zamanı hüquqi şəxs Şəxs barəsində məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirli bilinməli və barəsində inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin 20 faizi məbləğində cərimə tənbeh növü tətbiq edilməlidir Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 25.2.1-cı maddəsinə əsasən inzibati cərimə inzibati xətanın başa çatdığı və ya qarşısının alındığı vaxt inzibati xətanın bilavasitə obyekti olmuş predmetin dəyəri ifadə oluna bilər. Məhkəmə hesab edir ki, inzibati xətanın obyekti olan pul məbləği ABŞ dolları olduğundan cərimənin məbləği ABŞ dollarının ödəniş gününə qüvvədə olan Azərbaycan manatına məzənnəsi ilə hesablanmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirli bilinsin və barəsində inzibati xətanın bilavasitə obyekti olmuş 18020.00 (on səkkiz min iyirmi) ABŞ dolları məbləğində vəsaiti məbləğinin iyirmi faizi miqdarında, yəni 3604.00 (üç min altı yüz dörd) ABŞ dolları (ABŞ dollarının ödəniş gününə qüvvədə olan Azərbaycan manatına məzənnəsi ilə) cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Elnurə Rəcəbova
Məhkəmə qərarları › İş №3(008)-6320/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-6320/2025
30.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver