Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-6321/2025 18.12.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Samirə Məhəmməd qızının sədrliyi, Axund-zadə Ayşən Elimxan qızının katibliyi ilə, Hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Məhkəmə, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Mərkəzi Bankı Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında 18 noyabr 2025-ci il tarixli EP saylı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, Şəxs 10829.00 ABŞ dolları məbləğində vəsaiti 25 oktyabr 2023-cü il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 10829.00 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Xəta xx.xx.2025-ci il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanuna müvafiq qaydada məlumat verilməsinə baxmayaraq barəsində inzibati xəta haqqında protokol tərtib olunan hüquqi şəxsin nümayəndəsi, protokol tərtib etmiş Azərbaycan Respublikasının Mərkəzi Bankının səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Şəxs tərəfindən elektron məhkəmə informasiya sistemi vasitəsilə yerləşdirilmiş etirazda qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən "xxxx" MMC barəsində xx.xx.2025-ci il tarixində tərtib edilmiş EP ******* nömrəli inzibati xəta haqqında protokol məhkəməyə daxil edilmişdir. Həmin materiallar Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (AR İXM) 18.5-ci maddəsinə uyğun olaraq baxılması üçün Sizin icraatınızdadır. Protokolda qeyd edilir ki, "xxxx" MMC tərəfindən 25 oktyabr 2023-cü il tarixində 10,829.00 ABŞ dolları məbləğində vəsait avans olaraq ölkə xaricinə köçürülmüşdür. ARMB iddia edir ki, bu əməliyyat Azərbaycan Respublikası rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydalarının 4.3.1.3-cü yarımbəndinin tələblərinə zidd olaraq aparılmışdır, yəni avans məbləğinin müqabilində mallar (xidmətlər) ölkəyə daxil edilməmiş və ya valyuta geri qaytarılmamışdır. Nəticədə, "xxxx" MMC barəsində AR İXM-nin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilməsi iddia olunur. "xxxx" MMC olaraq biz, bu inzibati xəta tərkibinin mövcud olması barədə irəli sürülən nəticə və hüquqi qiymətləndirmə ilə qəti şəkildə razı deyilik və aşağıdakı faktiki və hüquqi əsaslara görə inzibati xəta tərkibinin mövcud olmadığını bəyan edirik,. "xxxx" MMC tərəfindən xx.xx.2023-cü il tarixində köçürülmüş 10,829 ABŞ dolları məbləğindəki vəsait DİKEY DESİGN LTD ilə xx.xx.2023-cü il tarixində bağlanmış Müqavilə əsasında edilmiş avans ödənişi olmuşdur. Ödəniş "Stendin Quraşdırılması və Sökülməsi (Stand Set up and Dismantle)" xidməti üzrə 190917 nömrəli İnvoys əsasında həyata keçirilmişdir. Müqavilənin şərtlərinə əsasən, VİTAM MMC stend quraşdırılmasına başlamadan öncə avans ödənişi etməli idi. Bundan əlavə, ödənişin edilməsindən sonra xidmətlərin müəyyən hissəsinin yetirilməsini və "xxxx" MMC tərəfindən qəbul edilməsini təsdiq edən xx.xx.2023-cü il tarixli Təhvil-təslim protokolu imzalanmışdır. Bu Protokolda təhvil verilən xidmətin qiyməti 10,829 USD olaraq qeyd edilmişdir. Təqdim olunan sənədlər göstərir ki, avans ödənişi müqabilində nəzərdə tutulan xidmət icra edilmiş və rəsmi protokolla təsdiqlənmişdir. İXM 430.4-cü maddəsi rezident tərəfindən avans ödənişi edildikdən sonra müəyyən olunmuş müddət ərzində idxal edilmiş malların (görülmüş işlərin, göstərilmiş xidmətlərin) ölkəyə daxil olmaması və ya valyuta vəsaitinin geri qaytarılmaması halları üzrə məsuliyyət müəyyən edir. Lakin yuxarıda qeyd edildiyi kimi, bu halda xidmət fiziki olaraq xaricdə icra edilmiş və Təhvil-təslim Protokolu ilə ölkəyə daxil olmuş sənədlər əsasında təsdiqlənmişdir. Əməliyyatın aparıldığı müvəkkil bank olan "xxxx" ASC tərəfindən 29 oktyabr 2025-ci il tarixində Mərkəzi Banka ünvanlanmış KB-244/2-2631/2025 nömrəli məktubda valyuta əməliyyatlarının aparılması Qaydalarının 4.3.1.3 bəndinə müvafiq olaraq ödəniş müqabilində malların (xidmətlərin) ixracını təsdiq edən sənədlərin təqdim edildiyi bildirilmişdir,. Bu fakt göstərir ki, bank əməliyyatı həyata keçirərkən və sonradan Mərkəzi Banka məlumat verərkən Qaydaların tələb etdiyi sənədləri rəhbər tutmuşdur. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, Məhkəmədən: XAHİŞ EDİRİK: "xxxx" MMC barəsində Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, EP ******* nömrəli İnzibati Xəta haqqında Protokolun ləğv edilməsini və iş materialları üzrə "xxxx" MMCyə qarşı inzibati tənbeh tətbiq etməyərək iş üzrə icraata xitam verilməsi xahiş edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tərtib edilmiş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında xx.xx.2025-ci il tarixli, EP saylı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 10829.00 ABŞ dolları məbləğində vəsaiti 25 oktyabr 2023-cü il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 10829.00 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. 25 oktyabr 2023-cü il tarixli ödəniş tapşırığının surətindən görünür ki, hüquqi şəxs Şəxs tərəfindən 10829.00 ABŞ dolları məbləğində vəsait 25 oktyabr 2023-cü il tarixində "xxxx" ASC-də olan hesabından Azərbaycan Respublikasından kənara köçürülmüşdür. "xxxx" ASC tərəfindən Mərkəzi Banka ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, hüquqi şəxs Şəxs tərəfindən "xxxx" ASC vasitəsilə xaricə qabaqcadan ödəniş aparılmış, lakin köçürülən vəsaitdə malların müəyyən olunmuş müddətdə ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi banka təqdim edilməmiş və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ müştərilərin "xxxx" ASC-də olan hesablarına geri qaytarılmamışdır. Elektron məhkəmə informasiya sistemindən əldə olunmuş vergi ödəyicisinin məlumatına dair çıxarışdan görünür ki, Şəxs VÖEN-i **********, hüquqi ünvanı AZ 1126, ünvan 1baycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyirin həcmi və ya onun maraqlarının təmin edilməsinin varakteri və dərəcəsi, hüquqi şəxsi xarakretizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 430.4-cü maddəsinə əsasən, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Mərkəzi X1 20 fevral 2020-ci il tarixli 06/1 saylı qərarı ilə «Azərbaycan Respublikası Mərkəzi X1 2016-cı il 28 noyabr tarixli 45/1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyrirezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”»nda dəyişikliklər edilmiş, qərarın 4.3.1.3-cü yarımbəndi aşağıdakı redaksiyada verilmişdir. “4.3.1.3. qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10.000 (on min) Avro ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, hüquqi şəxs Şəxs 10829.00 ABŞ dolları məbləğində vəsaiti 25 oktyabr 2023-cü il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 10829.00 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Məhkəmə hüquqi şəxsin etirazda göstərdiyi hallara münasibət bildirərək qeyd edir ki, hüquqi şəxs etirazında müqavilənin şərtlərinə əsasən Şəxs MMC-nin stend quraşdırılmasına başlamadan öncə avans ödənişi etməli olmasını, bundan əlavə, ödənişin edilməsindən sonra xidmətlərin müəyyən hissəsinin yetirilməsini və "xxxx" MMC tərəfindən qəbul edilməsini təsdiq edən xx.xx.2023-cü il tarixli Təhvil-təslim protokolu imzalandığını, bu Protokolda təhvil verilən xidmətin qiymətinin 10,829 USD olaraq qeyd edildiyini göstərmişdir. Etiraza əlavə olunmuş xx.xx.2023-cü il tarixli sözləşmədən görünür ki, işverən, yəni Şəxs MMC standı təslim almağı, yüklənici, yəni “Dikey Design LTD” firması isə standın hazırlanmasında istifadə oluncaq məhsulları, avadanlıqları Şəxs MMC-dən təslim almağı öhdələrinə götürürlər. Təqdim edilmiş xx.xx.2023-cü il tarixli təhvil təslim aktından görünür ki, Şəxs MMC tərəfindən müqavilədən irəli gələnlər təslim edilmiş və təslim etdi qeydinin qarşısında Şəxs MMC qeyd edilərək imzalanmış, təslim aldı qeydinin qarşısında isə “Dikey Design LTD” qeyd edilərək imzalanmışdır. Şəxs MMC bu sənədlərə istinad edərək xidməti təhvil almasına istinad etsə də, həmin sənədlərdən görünür ki, standın quraşdırılması üçün zəruri avadanlıqları təqdim etmək Şəxs MMC-nin vəzifəsi, bundan sonra həmin avadanlıqlar əsasında standı quraşdırıb onu Şəxs MMC-yə təhvil vermək isə “Dikey Design LTD” firmasının vəzifəsi olmuş və xx.xx.2023-cü il tarixli təhvil təslim aktı ilə də təslimat məhz Şəxs MMC tərəfindən həyata keçirilmişdir. Ona görə də məhkəmə hesab edir ki, hüquqi şəxsin təqdim etdiyi və etirazında istinad etdiyi sənədlər müqavilə üzrə Şəxs MMC-yə xidmətin göstərilməsini təsdiq edən sənəd kimi qiymətləndirilə və bu faktı təsdiq edən sübut kimi qəbul edilə bilməz. Bütün bunlar hüquqi şəxsin əməlində inzibati xəta tərkibinin olmaması nəticəsinə gəlməsini istisna edir. Məhkəmə araşdırması zamanı hüquqi şəxs Şəxs barəsində məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirli bilinməli və barəsində inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin 20 faizi məbləğində cərimə tənbeh növü tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 25.2.1-cı maddəsinə əsasən inzibati cərimə inzibati xətanın başa çatdığı və ya qarşısının alındığı vaxt inzibati xətanın bilavasitə obyekti olmuş predmetin dəyəri ilə ifadə oluna bilər. Məhkəmə hesab edir ki, inzibati xətanın obyekti olan pul məbləği ABŞ dolları olduğundan cərimənin məbləği ABŞ dollarının ödəniş gününə qüvvədə olan Azərbaycan manatına məzənnəsi ilə hesablanmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirli bilinsin və barəsində inzibati xətanın bilavasitə obyekti olmuş 10829.00 ABŞ dolları vəsait məbləğinin iyirmi faizi miqdarında, yəni 2165.80 ABŞ dolları (ABŞ dollarının ödəniş gününə qüvvədə olan Azərbaycan manatına məzənnəsi ilə) cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Samirə Məmmədli
Məhkəmə qərarları › İş №3(008)-6321/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-6321/2025
18.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver