Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-634/2022 15.01.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı şəhər, Sabunçu Rayon Məhkəməsinin hakimi Cəfərli Nilufər Arif qızının sədrliyi, məhkəmə iclasının katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, inzibati protokolu tərtib etmiş şəxs Emin Abbasovun, müdafiəçi 7 saylı vəkil bürosunun vəkili X3 iştirakı ilə, barəsində inzibati protokol tərtib edilmiş şəxs Şəxs iştirakı ilə, xx xxxx 1989-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşayan - Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206 və 227-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsi 14-cü Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsi 14-cü Polis Bölməsindən daxil olmuş olmuş MN ******* saylı, 15 yanvar 2022-ci il tarixli, MN ******* saylı, 15 yanvar 2022-ci il tarixli, MN ******* saylı, 15 yanvar 2022-ci il tarixli, MN ******* saylı, 15 yanvar 2022-ci il tarixli, MN ******* saylı, 15 yanvar 2022-ci il tarixli, MN ******* saylı, 15 yanvar 2022-ci il tarixli, MN ******* saylı, 15 yanvar 2022-ci il tarixli, MN ******* saylı, 15 yanvar 2022-ci il tarixli, MN ******* saylı, 15 yanvar 2022-ci il tarixli, MN ******* saylı, 15 yanvar 2022-ci il tarixli, MN ******* saylı, 15 yanvar 2022-ci il tarixli inzibati xəta haqqında protokollardan görünür ki, Vət. Şəxs 15.01.2022-ci il tarixdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzində müayinə zamanı sidiyindən narkotik vasitə EDDP(+), MET (+) və MTD (+) aşkar olunmuşdur. Eyni zamanda Vət. Şəxs müxtəlif vaxtlarda müxtəlif ünvanlardan oğurluqlar etmişdir. Bu barədə Bakı şəh., Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinin sahə inspektoru Emin Abbasov tərəfindən 15 yanvar 2022-ci il tarixli inzibati xəta haqqında protokollar tərtib olunmuşdur. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolları tərtib etmiş şəxs Emin Abbasov izahatında göstərmişdir ki, Vət. Şəxs 14 yanvar 2022-ci il tarixdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzində müayinə zamanı sidiyindən narkotik vasitə aşkar olunmuşdur. Eyni zamanda, Şəxs müxtəlif vaxtlarda müxtəlif ünvanlardan oğurluqlar etmişdir. Zərərçəkmiş şəxslər bölməyə şikayət ərizəsi ilə müraciət etmiş, həmin şikayətlər əsasında tərəfindən Şəxs barəsində tərəfindən İnzibati Xətalar Məcəlləsinin 206 və 227-ci maddələrinə əsasən inzibati xəta haqqında protokollar tərtib edilmişdir. Tərtib etdiyi protokolları müdafiə edir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati protokollar tərtib edilmiş şəxs Şəxs izahatında göstərdi ki, narkotik vasitədən istifadə etdiyini etiraf edir. Həmçinin dəqiq xatırlamadığı tarixlərdə müxtəlif ünvanlardan oğurluq etmiş, oğurladığı əşyaların müəyyən qismini sahiblərinə qaytarmışdır. Törətdiyi əməldən səmimi peşmandır. Məhkəmə iclasında müdafiəçi X1 Mikayıl Hakim oğlunun əməlindən səmimi peşman olmasını nəzərə alaraq, onun barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə Bakı şəh., Sabunçu rayon prokurorluğuna məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında prokurorluğun nümayəndəsinin iştirakı təmin olunmamış və işin baxılmasının təxirə salınması barədə heç bir vəsatət məhkəməyə daxil olmamışdır. Məhkəmə işə Bakı şəh., Sabunçu rayon prokurorluğunun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İnzibati xəta haqqında materiala əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinənin 245 saylı, 14 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, Şəxs sidiyində EDDP (+), MET (+) və MTD (+) narkotik vasitə aşkar edilmişdir. İnzibati xəta haqqında materiala əlavə edilmiş 14 yanvar 2022-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 14 yanvar 2022-ci il tarixdə saat 13:20-də inzibati qaydada tutulmuşdur. İnzibati xəta haqqında materiala əlavə edilmiş 29.12.2021-ci il tarixli, 13.11.2021-ci il tarixli, 27.11.2021-ci il tarixli, 22.12.2021-ci il tarixli, 12.12.2021-ci il tarixli, 01.12.2021-ci il tarixli, 21.12.2021-ci il tarixli, 08.01.2022-ci il tarixli, 09.01.2022-ci il tarixli, 14.01.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarlardan görünür ki, toplanmış materiallar üzrə cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanması rədd edilmişdir. İnzibati xəta haqqında materiala əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasının sonuncu müayinəyə dair məlumatın verilməsinə dair 28 oktyabr 2021-ci il tarixli çıxarışından görünür ki, Şəxs 2-ci qrup əlildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, birinci və ya ikinci dərəcə əlilliyi olan şəxslər, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 28.4.1-ci maddəsinə əsasən birinci və ikinci dərəcə əlilliyi olan şəxslərə, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar barəsində ictimai işlər tətbiq oluna bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir Məhkəmə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında protokolları, ona əlavə edilmiş sənədlərlə, barəsində inzibati xəta üzrə icraat aparılan şəxsin, izahatını dinləyib hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinməli, lakin, 2-ci dərəcə əlilliyi olan şəxslər barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş həbs və ictimai işlər inzibati tənbehi tətbiq edilmədiyindən onun barəsində inzibati tənbeh tətbiq edilməməlidir. Məhkəmə inzibati xəta haqqında materialları araşdırıb, inzibati protokolu tərtib etmiş şəxsin və barəsində inzibati protokollar tərtib edilmiş şəxsin izahatlarını dinləyib hesab edir ki, Şəxs İXM-in 206-cı maddəsinin sanksiyası çərçivəsində inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə-üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbulu və icra edilməsi, həmin vaxtı qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması mərhələsində hakim, inzibati xəta haqqında protokolun və işin digər materialların Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə müvafiq olaraq tərtib edilməsi məsələsini həll edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə iş materialları ilə Şəxs Azərbycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə Şəxs törətdiyi əməli səmimi etiraf etməsini və peşman olmasını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən məhkəmə məsuliyyəti ağırlaşdırılan hallar müəyyən etmədi. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən İnzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 25.1-ci maddəsinə əsasən inzibati cərimə bu Məcəllədə nəzərdə tutulmuş hallarda hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən təyin edilən və təqsirkar şəxsdən dövlətin xeyrinə tutulan pul məbləğidir. Məhkəmə Şəxs şəxsiyyətini, törədilmiş inzibati xətanın xarakterini və iş üzrə olan digər halları nəzərə alaraq onu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin sankisiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 57, 106, 128-130-cu maddələrini rəhbər tutaraq qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və 2-ci dərəcə əlilliyi olan şəxslər barəsində həbs və ictimai işlər cəzası təyin edilmədiyindən onun barəsində inzibati tənbeh tətbiq edilməsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 300 (üç yüz) manat məbləğində inzibati cərimə edilsin. Şəxs dərhal məhkəmə iclas zalından azad edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №3(008)-634/2022
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-634/2022
15.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver