Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(008)-6341/2024 30.09.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin hakimi Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Osmanlı Nurlan Azər oğlunun katibliyi, Barəsində inzibati protokol tərtib edilmiş şəxs Şəxs, Zərərçəkmiş şəxs X1 iştirakı ilə, xx xxxxxx 2006-cı il tarixdə Ağcabədi rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Ağcabədi rayonu, İ.Məlikzadə küçəsi, ev 43-də qeydiyyatda olan- Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhər Sabunçu rayon Polis İdarəsidən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəxs 07 avqust 2024-cü il tarixdə X2 məxsus “Mercedes Benz E 200” markalı, **-ND-*** dövlət qeydiyyat nişanlı avtomobilə 700 (yeddi yüz) manat ziyan vurmaqla İXM-nin 232-1ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Şöbəsinin sahə inspektoru Üzeyir Məmmədov tərəfindən MN1871720 nömrəli, 16 sentyabr 2024-cü il tarixli inzibati xəta haqqında protokol baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs izahatında göstərmişdir ki, barəsində tərtib edilmiş protokolla razı deyil. Qarşı tərəf ona şər-böhtan atır. O heç kimə maddi ziyan yetirməmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X3 izahatında göstərmişdir ki, 07 avqust 2024-cü il tarixdə Sabunçu rayonu, Bakıxanov qəsəbəsində özünə məxsus “Mercedes Benz E 200” markalı, **-ND-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən anidən bir nəfər motosikletlə hərəkət edərək onun avtomobilini sol yan tərəfindən vuraraq ona 700 (yeddi yüz) manat maddi ziyan vurmuşdur. Məhkəmədən ədalətli qərar qəbul etməsini xahiş edir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, material natamam olduğuna görə geri qaytarılmalıdır. Belə ki, iş üzrə tam araşdırma aparılmamış, zərərçəkmiş şəxsin izhatı alınmamış, dəymiş ziyanla bağlı qüsür aktı iş materiallarına əlavə edilməmiş, dəymiş zərərin məbləğinin nəyə əsasən müəyyən edilməsinə dair sübutlar mövcüd deyildir. Azərbaycan Respublikası İXM-nin 106-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması mərhələsində hakim, inzibati xəta haqqında protokolun və işin digər materialların Azərbaycan Respublikası İXM-in tələblərinə müvafiq olaraq tərtib edilməsi məsələsini həll edir. Azərbaycan Respublikası İXM-nin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xəta haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Təqdim olunmuş sənədlərdən görünür ki, qanunun həmin tələblərinə riayət edilməmiş və həmin çatışmamazlıqlar aradan qaldırılmadan işə mahiyyəti üzrə baxılıb tamamlanması mümkün deyildir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsini rəhbər tutaraq, QƏRARA ALDİ: Bakı şəhər Sabunçu rayon Polis İdarəsidən daxil olmuş Şəxs Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Bakı şəhər Sabunçu rayon Polis İdarəsinə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Mirheydər Zeynalov
Məhkəmə qərarları › İş №3(008)-6341/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №3(008)-6341/2024
30.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver