Məhkəmə qərarları › İş №3(008)-6352/2022

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №3(008)-6352/2022

19.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(008)-6352/2022 19.12.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin hakimi Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Osmanlı Nurlan Azər oğlunun katibliyi, şikayətçi X1 iştirakı ilə, 04 avqust 1981-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, S.Qocayev küçəsi, ev 25 A, mənzil 44-də qeydiyyatda olan və yaşayan-X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinin İXP ******* saylı protokol əsasında qəbul etdiyi qərarın ləğv olunmasına dair şikayət ərizəsinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinin İXP ******* saylı protokol əsasında qəbul etdiyi qərarın ləğv edilməsinə dair Bakı şəhər Sabunçu rayon Məhkəməsinə şikayət ərizəsi ilə müraciət etmişdir. X2 nəqliyyat vasitəsini idarə edərkən telefonu əldə saxlamaqla istifadə etdiyinə görə barəsində Azərbaycan Respublikası İXM-nin 342.6-cı maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verməsinə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən məhkəmə iclasının Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinin nümayəndəsinin iştirakı olmadan inzibati xəta haqqında işin baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında şikayətçi X2 izahatında göstərmişdir ki, barəsində qəbul edilmiş 11 noyabr 2022-ci il tarixli qərarın ləğv edilməsinə dair şikayətin təmin edilməsini xahiş edir. Məhkəmə inzibati xəta haqqında materialı araşdırıb, şikayətçinin izahatını dinləyib hesab edir ki, şikayət ərizəsi geri qaytarılmalıdır. Belə ki, məhkəmə ərizə və ona əlavə edilmiş sənədlərə baxaraq müəyyən etdi ki, X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək barəsində qəbul edilmiş qərarın ləğv edilməsini xahiş etmiş, lakin protokolu və qərarı şikayət ərizəsinə əlavə etməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbulu və icra edilməsi, həmin vaxtı qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması mərhələsində hakim, inzibati xəta haqqında protokolun və işin digər materialların Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə müvafiq olaraq tərtib edilməsi məsələsini həll edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxs tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş sənədlər natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə qaytarılması barədə qərardad qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 11.1, 106, 109.1.6-cı maddələrini rəhbər tutaraq qərara aldı: X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinin İXP ******* saylı protokol əsasında qəbul etdiyi qərarın ləğv olunmasına dair verdiyi şikayət ərizəsi geri qaytarılsın. Qərardadın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Mirheydər Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar