Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-6353/2025 08.12.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Samirə Məhəmməd qızının sədrliyi, Axund-zadə Ayşən Elimxan qızının katibliyi ilə, Hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.4 və 505-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsi hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.4 və 505-ci maddələri ilə 17 noyabr 2025-ci il tarixli 00800-01643/25 nömrəli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanuna müvafiq qaydada məlumat verilməsinə baxmayaraq barəsində inzibati xəta haqqında protokol tərtib olunan hüquqi şəxsin nümayəndəsi, protokol tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən tərtib edilmiş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.4 və 505-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında xx.xx.2025-ci il tarixli, № 00800-01643 nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X1 Gömrük İdarəsinin Rəsmiləşdirmə Mərkəzindən daxil olmuş 3-33-3100/012/033955 nömrəli xx.xx.2025-ci il tarixli raporta əsasən, hüquqi ünvanı AZ1034, Bakı səhəri Sabunçu rayonu, Anaskin (Sabunçu qəs.), ev 16y olan Şəxs (VÖEN: **********) tərəfindən xx.xx.2023cü il tarixli **********4134 nömrəli gömrük bəyannaməsi ilə ümumi gömrük dəyəri 11940.58 AZN, netto çəki 24 kq olan müxtəlif adlı yüklər müvəqqəti idxal xüsusi gömrük prosedurunda yerləşdirilmişdir. Yükün müvəqqəti idxal müddəti xx.xx.2025-ci il tarixdə bitmiş, lakin Şəxs MMC tərəfindən müvəqqəti idxal müddəti ərzində yükün Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılması, müvəqqəti idxal müddətinin qanuna müvafiq qaydada uzadılması və ya digər gömrük prosedurunda rəsmiləşdirilməsi barədə gömrük orqanına müraciət edilməmişdir. Eyni zamanda, həmin müvəqqəti idxal olunmuş mallar üzrə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 2 sentyabr tarixli 245 nömrəli Qərarı ilə təsdiq edilmiş “Malların müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilməsi Qavdaları”nın 7.5-ci bəndinə əsasən gömrük rüsumlarının və vergilərin məbləğinin 3 (üç) faizi miqdarında aylıq ödənişlər ödənilməməsi nəticəsində xx.xx.2025-ci il tarixinə idxal rüsumu üzrə- 268.66 AZN, əlavə dəyər vergisi üzrə - 370.75 AZN, dəbbə pulu üzrə - 92 AZN gömrük borcu yaranmışdır. Aparılan araşdırma zamanı, Şəxs nümayəndəsi izahat verməsi üçün xx.xx.2025-ci il tarixli 3-33-3100/2-004255/2025 nömrəli məktubla Təhqiqat şöbəsinə dəvət olunmuş, buna baxmayaraq hüquqi şəxsin hər hansı bir nümayəndəsi Təhqiqat şöbəsinə gəlməmişdir. Bu fakt xx-xx-3100/012/033955 nömrəli xx.xx.2025-ci il tarixli raport, xx.xx.2023-cü il tarixli **********4134 nömrəli gömrük bəyannaməsi, xx.xx.2025-ci il tarixli 3- 33-3100/2-004255/2025 nömrəli məktubu və işdə olan digər sənədlərlə tam təsdiq edilir. Geriyə gətirilmə (aparılma) barədə öhdəliklə malların müvəqqəti idxal (ixrac) gömrük rejimi altında yerləşdirilməsinə dair ərizədən görünür ki, Şəxs HNBGİ-nə müraciət edərək Cos server-1 ədəd, **********, ümumi dəyəri 7023, 87 USD malların xx.xx.2024-cü il tarixədək sınaq işləri məqsədilə müvəqqəti idxal (ixrac) gömrük rejimi altında yerləşdirilməsini xahiş etmişdir. Gömrük prosedurunun müddətinin uzadılması haqqında müraciətdən görünür ki, avadanlığın sınaq prosesinin başa çatmaması səbəbindən Şəxs tərəfindən malların müvəqqəti idxal müddətinin xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək uzadılması xahiş olunmuşdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli **********4134 saylı gömrük bəyannaməsindən görünür ki, Cos server-1 ədəd, ümumi gömrük dəyəri 11940.58 AZN, netto çəki 24 kq olan mal ölkə ərazisinə gətirilmişdir. Elektron məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, Şəxs (**********) xx.xx.2019-cu il tarixdə qeydə alınmış, hüquqi ünvanı AZ 1034, Baki şəhəri, ünvan 2zərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 25.2-ci maddəsinə əsasən inzibati cərimə manatla və ya aşağıdakı digər meyarlarla ifadə oluna bilər: inzibati xətanın başa çatdığı və ya qarşısının alındığı vaxt inzibati xətanın bilavasitə obyekti olmuş predmetin dəyəri; inzibati xəta nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) miqdarı; inzibati xətanın başa çatdığı və ya onun qarşısının alındığı vaxt ödənilməli olan, lakin ödənilməmiş ödənişlərin, vergilərin məbləği. 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. 34.4-cü maddəsinə əsasən şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. 499.1.4-cü maddəsinə əsasən Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılması və ya bu əraziyə qaytarılması məcburi olan, əvvəllər müvəqqəti gətirilmiş və ya aparılmış mallar və ya nəqliyyat vasitələrinin müəyyən olunmuş müddətlər pozulmaqla Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmasına və ya bu əraziyə qaytarılmasına görə, yəni: üç aydan bir ilədək müddətə gecikdirilməklə Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmasına və ya bu əraziyə qaytarılmasına görə-inzibati xətanın bilavasitə obyekti olan mallar və (və ya) nəqliyyat vasitələrinin dəyərinin iyirmi faizindən əlli faizinədək məbləğdə cərimə edilir; 505-ci maddəsinə əsasən gömrük ödənişlərini (borcunu) ödəməkdən yayınmağa görə, bu az miqdarda olduqda -ödənilməli olan gömrük ödənişlərinin məbləğinin yetmiş faizindən yüz əlli faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 2 sentyabr tarixli 244 nömrəli qərarı ilə təsdiq edilmiş “Malların müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilməsi Qaydalarının 3-cü bəndinə əsasən müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilmiş malların bu gömrük proseduru altında qalma müddəti gömrük orqanları tərəfindən 24 (iyirmi dörd) aydan çox olmamaq şərtilə müəyyənləşdirilir. Bu müddət müvəqqəti İxrac gömrük prosedurunun məqsədi üçün kifayət etməlidir və göstərilən müddətdə müvəqqəti ixrac gömrük prosedurunun məqsədlərinə nail olunmadıqda, gömrük orqanı həmin prosedur üçün müəyyən olunmuş müddətin başa çatmasına 1 (bir) ay qalmış prosedur sahibinin əsaslandırılmış müraciəti ilə malların müvəqqəti ixrac gömrük proseduru altında qalma müddətini 12 (on iki) aya qədər uzadır. Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 02 sentyabr 2013-cü il tarixli “Malların müvəqqəti idxal gömrük proseduru altında yerləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında 245 nömrəli qərarına əsasən müvəqqəti idxal gömrük proseduru altında yerləşdirilmiş mallar üçün müəyyən edilmiş müddət başa çatanadək həmin mallar təkrar ixrac edilməli və ya digər gömrük proseduru altında yerləşdirilməlidir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, hüquqi şəxs Şəxs tərəfindən xx.xx.2023-cü il tarixli **********4134 sorğu nömrəli gömrük bəyannaməsi ilə ümumilikdə gömrük dəyəri 11940.58 manat olan müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilmiş yüklərin ölkə ərazisindən kənara aparılması müddətinin son tarixi xx.xx.2025-ci il tarix müəyyən edilsə də, Şəxs MMC tərəfindən həmin malların Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılması, müvəqqəti idxal müddətinin uzadılması və ya digər gömrük prosedurunda rəsmiləşdirilməsi ilə bağlı gömrük orqanına müraciət edilməmişdir. Eyni zamanda hüquqi şəxs az miqdarda gömrük ödənişlərini (borcunu) ödəməkdən yayınmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyirin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə araşdırması zamanı hüquqi şəxs Şəxs barəsində məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.4 və 505-ci maddələri ilə təqsirli bilinməli, İXM-nin 499.1.4-cü maddəsinin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.4 və 505-ci maddələri ilə təqsirli bilinsin. Azərbaycan Respublikası İXM-nin 499.1.4-cü maddəsi ilə təqsirli bilinərək barəsində inzibati xətanın bilavasitə obyekti olan malların dəyərinin iyirmi faizi həddində, yəni 2388,12 (iki min üç yüz səksən səkkiz manat on iki qəpik) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Samirə Məmmədli
Məhkəmə qərarları › İş №3(008)-6353/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-6353/2025
08.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver