Məhkəmə qərarları › İş №3(008)-6362/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-6362/2025

09.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-6362/2025 09.12.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Günel İqbal qızının sədrliyi, Ağayeva Aytac Elşən qızının katibliyi, Azərbaycan Respublikası Dövlət X2 yanında Suların İstifadəsinə və X1 Xidməti 1 saylı Bakı Regional Bölməsinin nümayəndəsi Nümayəndə iştirakları ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 262.3-cü maddəsi ilə Azərbaycan Respublikası Dövlət X2 yanında Suların İstifadəsinə və X1 Xidməti 1 saylı Bakı Regional Bölməsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 262.3-cü maddəsi ilə Azərbaycan Respublikası Dövlət X2 yanında Suların İstifadəsinə və X1 Xidməti 1 saylı Bakı Regional Bölməsi tərəfindən tərtib edilmiş MN seriyalı ******* nömrəli, 20 noyabr 2025-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, 06 noyabr 2025-ci il tarixində Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Samir Əliyev küçəsində yerləşən Şəxs məxsus obyekt tərəfindən müvafiq müqavilə bağlanmadan su təchizatı şəbəkəsinə qanunsuz qoşulma həyata keçirilmiş, nəticədə suyun talanması yolu ilə az miqdarda maddi ziyan vurulmuşdur. Bununla da, Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 262.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Azərbaycan Respublikası Dövlət X2 yanında Suların İstifadəsinə və X1 Xidməti 1 saylı Bakı Regional Bölməsinin nümayəndəsi Nümayəndə bildirdi ki, “Ətraf mühitin mühafizəsi haqqında”, “istehsalat və məişət tullantıları haqqında” Azərbaycan Respublikası Qanunlarının və digər ekoloji qanunvericilik aktlarının tələblərinə riayət edilməsi vəziyyətinin yoxlanılması məqsədilə tərəflərindən Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi ərazisində nəzarət tədbirləri həyata keçirilmişdir. Keçirilən nəzarət tədbirləri zamanı 06 noyabr 2025-ci il tarixində Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Samir Əliyev küçəsində yerləşən Şəxs məxsus obyekt tərəfindən müvafiq müqavilə bağlanmadan və sayğac quraşdırılmadan su təchizatı şəbəkəsinə 20 millimetrlik xəttlə qanunsuz qoşulma həyata keçirilmiş, nəticədə suyun talanması yolu ilə az miqdarda maddi ziyan vurulduğu müəyyən edilmişdir. Bununla da Şəxs tərəfindən “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri pozulmuşdur. Ərazidən foto çəkilmiş və şəxsin izahatı alınmışdır. Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozu ərazisində yerləşən obyektdə formalaşan tullantı sularının təyinatsız olaraq kanala axıdılmasına görə Şəxs tərəfindən Azərbaycan Respublikası İXMnin 262.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə hər hansı məlumat verməmişdirlər. Məhkəmə, işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 262.3-cü maddəsi ilə Azərbaycan Respublikası Dövlət X2 yanında Suların İstifadəsinə və X1 Xidməti 1 saylı Bakı Regional Bölməsi tərəfindən tərtib edilmiş MN seriyalı ******* nömrəli, 20 noyabr 2025-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, 06 noyabr 2025-ci il tarixində Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Samir Əliyev küçəsində yerləşən Şəxs məxsus obyekt tərəfindən müvafiq müqavilə bağlanmadan su təchizatı şəbəkəsinə qanunsuz qoşulma həyata keçirilmiş, nəticədə suyun talanması yolu ilə az miqdarda maddi ziyan vurulmuşdur. 06 noyabr 2025-ci il tarixli aktdan görünür ki, “Ətraf mühitin mühafizəsi haqqında”, “istehsalat və məişət tullantıları haqqında” Azərbaycan Respublikası Qanunlarının və digər ekoloji qanunvericilik aktlarının tələblərinə riayət edilməsi vəziyyətinin yoxlanılması məqsədilə tərəflərindən Bakı şəhəri, Sabunçu rayonu, yeni Ramana qəsəbəsi ərazisində nəzarət tədbirləri həyata keçirilmişdir. Keçirilən nəzarət tədbirləri zamanı Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Samir Əliyev küçəsində yerləşən Şəxs məxsus obyekt tərəfindən müvafiq müqavilə bağlanmadan və sayğac quraşdırılmadan su təchizatı şəbəkəsinə 20 millimetrlik xəttlə qanunsuz qoşulma həyata keçirildiyi müəyyən edilmişdir. Şəxs izahatından görünür ki, o, su təchizatı xəttinə qanunsuz qoşulduğunu etiraf etmiş, yaxın vaxtlarda müvafiq quruma müraciət edərək su təchizatı üzrə müqavilə bağlayacağını bildirmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir 262.3-cü maddəsinə əsasən Su təchizatı şəbəkəsinə qanunsuz qoşulmaqla suyun talanması nəticəsində az miqdarda ziyan vurulmasına görə fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək məbləğdə cərimə edilir. Həmin maddənin “Qeyd” hissəsində göstərilmişdir ki, bu Məcəllənin 262.3-cü maddəsində “az miqdarda” dedikdə beş min manatdan yuxarı olmayan məbləğ başa düşülür. Məhkəmə qanunvericiliyin normalarını rəhbər tutub, iş materiallarını tədqiq edərək belə qənaətə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 262.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi özünün etirafedici izahatı ilə yanaşı, inzibati materialda olan sənədlər və videodiskdə olan görüntülərlə sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.3-cü maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyasının hədləri daxilində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 200 (yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Günel Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar