Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-6385/2025 04.12.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, məhkəmə iclasının katibi X5 iclas katibliyi, X1 iştirakı ilə, X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X17 İdarəsi tərəfindən qəbul edilmiş 26 sentyabr 2025-ci il tarixli, EQ seriyalı 30929607 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğvi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X17 İdarəsinin 26 sentyabr 2025-ci il tarixli, EQ seriyalı 30929607 nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və yenidən baxılması üçün səlahiyyətli orqana göndərilməsini məhkəmədən xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyətində sürücü (xüsusi texnika) peşəsində işləyir. Fəaliyyəti Bakı metropoliteninin və eskalatorların qüsursuz xidmət göstərməsi üçün zəruri olan təmir və tikinti materiallarını verilmiş tapşırıqlar üzrə metropoliteninin stansiyalarına gecikdirmədən çatdırmaqdan və qatar maşinistlərinin avtobusla müəyyən edilmiş marşrutlar üzrə təyin edilmiş ünvanlarına daşınması üzrə servis xidməti göstərməkdən ibarətdir. Bundan başqa Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Bakı Şəhər Nəsimi Rayon İdarəsinin müraciətləri üzrə çağırışçıların Hərbi Hissələrə daşınması vəzifəsini yerinə yetirir. Bakı Metropoliteni Bakı şəhərində dərhal əhalinin sərnişin daşımalarına olan tələbatını vaxtında, tam və keyfiyyətlə ödəmək məqsədilə fəaliyyət göstərir və şəhər nəqliyyat sisteminin əsasını təşkil edir. xx.xx.2025-ci il tarixdə Bakı şəhəri Yasamal rayonu 20 Yanvar metrosunun yaxınlığında X4 48.4-cü maddəsinin tələblərini istifadəsində olan **-JS-*** dövlət qeydiyyat nişanlı X10 markalı nəqliyyat vasitəsi ilə pozduğu hesab edilərək İnzibati Xətalar Məcəlləsinin 327.1-1-ci maddəsi ilə yüz manat məbləğində cərimə edilmişdir. Bu barədə Daxili İşlər Nazirliyi Baş X17 İdarəsinin Mərkəzi Məlumat Xidmətinin rəisi polis polkovnikleytenantı Elvin Abduləlizadə oğlu tərəfindən imzalanmış inzibati tənbeh vermə haqqında EQ 30929607 nömrəli, xx.xx.2025-ci il tarixli qərar çıxarılmışdır. Sözügedən inzibati tənbeh vermə haqqında qərar dəfərlərlə müraciət etdikdən sonra xx.xx.2025-ci il tarixdə bilavasitə təqdim olunmuşdur. **-JS-*** dövlət qeydiyyat nişanlı X10 markalı nəqliyyat vasitəsi ümumi istifadədə olan nəqliyyat vasitəsi olduğu üçün hesab edir ki, inzibati tənbeh vermə haqqında EQ 30929607 nömrəli, xx.xx.2025-ci il tarixli qərar qanunsuzdur və ləğv edilməlidir. Məhkəmə iclasında iştirak edən X2 izahatında bildirmişdir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X17 İdarəsinin 26 sentyabr 2025-ci il tarixli, EQ seriyalı 30929607 nömrəli inzibati tənbeh vermə haqqında qərarına əsasən 100 manat məbləğində cərimə edilmişdir. Bildirir ki, xx.xx.2025-ci il tarixdə saat 14:25-də “HYUNDAİ AVTOBUS” markalı **-JS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini o yox, X11 idarə etmişdir. Belə ki, şirkət tərəfindən hər ikisinə həmin nəqliyyat vasitəsini idarə etmək üçün yol vərəqələri verilmişdir. Lakin hər ikisi nəqliyyat vasitəsini günün müəyyən vaxtlarında idarə edirlər. O, günün axşam saatlarında, günün digər vaxtlarında isə “HYUNDAİ AVTOBUS” markalı **-JS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini X11 idarə edir. Sadəcə həmin nəqliyyat vasitəsi onun adına olduğundan səlahiyyətli orqan tərəfindən tərtib edilmiş qərar üzrə cərimə onun adına gəlmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X17 İdarəsinin onun barəsində tərtib etdiyi qərar qanunsuzdur. Odur ki, şikayətinin təmin edilməsini, yuxarıda qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X17 İdarəsinin 26 sentyabr 2025-ci il tarixli, EQ seriyalı 30929607 nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Əlavə olaraq bildirmişdir ki, protokola əlavə edilmiş fotoşəkildə də avtobusu idarə edən şəxsin Raci Səfərov olması müəyyən olunur. Məhkəmə iclasında şahid X11 izahatında bildirmişdir ki, şirkət tərəfindən hər ikisinə həmin nəqliyyat vasitəsini idarə etmək üçün yol vərəqələri verilmişdir. Lakin hər ikisi nəqliyyat vasitəsini günün müəyyən vaxtlarında idarə edirlər. X6 günün axşam saatlarında, günün digər vaxtlarında isə “HYUNDAİ AVTOBUS” markalı **-JS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini o idarə edir. Bu səbəbdən xx.xx.2025-ci il tarixdə saat 14:25-də “HYUNDAİ AVTOBUS” markalı **-JS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini X6 deyil, o idarə etmişdir. Bununla bağlı yol vərəqəsini məhkəməyə təqdim edir.Eyni zamanda bildirmişdir ki, protokola əlavə edilmiş fotoşəkildəndə avtobusun onun tərəfindən idarə edilməsi aydın görünür. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası DİN-nin Baş X17 İdarəsinin xx.xx.2025-ci il tarixli EQ seriyalı 30929607 nömrəli inzibati tənbeh vermə haqqında qərarında görünür ki, xx.xx.2025-ci il tarixdə saat 14:25:18-də 20 Yanvar metrosu Badi Səbanın qarşısı ünvanında “HYUNDAİ AVTOBUS” markalı **-JS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən 5.9, 5.10.1–5.10.3 nişanları ilə işarələnmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağı olan yollarda hərəkət edən digər nəqliyyat vasitələrinin həmin zolaqda hərəkət etməsinə görə X7 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədildiyinə görə barəsində 100 manat məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir; Məhkəmə iclasında inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş orqanın məhkəməyə təqdim etdiyi fotoşəkilə baxış keçirilmiş, təqdim edilmiş fotoşəkildə “HYUNDAİ AVTOBUS” markalı **-JS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin 5.9, 5.10.1– 5.10.3 nişanları ilə işarələnmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağı olan yollarda hərəkətini davam etdirməsi müəyyən edilmişdir; "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin 363781 nömrəli Yük Atvonəqliyyatı üçün Yol Vərəqəsindən görünür ki, 01-30 sentyabr 2025-ci il tarixlərində “HYUNDAİ AVTOBUS” markalı **-JS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmək üçün X8 yol vərəqəsi verilmişdir; Məhkəmə şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-1-ci maddəsinə əsasən “X13” Azərbaycan Respublikası Qanununun yol verdiyi hallar istisna olmaqla, 5.9, 5.10.1–5.10.3 nişanları ilə işarələnmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağı olan yollarda hərəkət edən digər nəqliyyat vasitələrinin həmin zolaqda hərəkət etməsinə görə yüz manat məbləğində cərimə edilir. Məhkəmə hesab edir ki, X6 barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X17 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli EQ seriyalı 30929607 nömrəli inzibati tənbeh vermə haqqında qərar heç bir sübuta istinad edilmədən qəbul edilmiş, həmçinin X6 həmin qərarla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-1-ci məddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi araşdırılmamış və qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati xəta haqqında qanunvericiliyin tələbləri inzibati xəta haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Belə ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X17 İdarəsinin 26 sentyabr 2025-ci il tarixli, EQ seriyalı 30929607 nömrəli inzibati tənbeh vermə haqqında qərarına əsasən 100 manat məbləğində cərimə edilmişdir. Bildirir ki, xx.xx.2025-ci il tarixdə saat 14:25-də “HYUNDAİ AVTOBUS” markalı **-JS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini o yox, X11 idarə etmişdir. Belə ki, şirkət tərəfindən hər ikisinə həmin nəqliyyat vasitəsini idarə etmək üçün yol vərəqələri verilmişdir. Lakin hər ikisi nəqliyyat vasitəsini günün müəyyən vaxtlarında idarə edirlər. O, günün axşam saatlarında, günün digər vaxtlarında isə “HYUNDAİ AVTOBUS” markalı **-JS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini X11 idarə edir. Sadəcə həmin nəqliyyat vasitəsi onun adına olduğundan səlahiyyətli orqan tərəfindən tərtib edilmiş qərar üzrə cərimə onun adına gəlmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X17 İdarəsinin onun barəsində tərtib etdiyi qərar qanunsuzdur. Odur ki, şikayətinin təmin edilməsini, yuxarıda qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X17 İdarəsinin 26 sentyabr 2025-ci il tarixli, EQ seriyalı 30929607 nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Əlavə olaraq bildirmişdir ki, protokola əlavə edilmiş fotoşəkildə də avtobusu idarə edən şəxsin Raci Səfərov olması müəyyən olunur. Eyni zamanda məhkəmə iclasında şahid X11 izahatında bildirmişdir ki, şirkət tərəfindən hər ikisinə həmin nəqliyyat vasitəsini idarə etmək üçün yol vərəqələri verilmişdir. Lakin hər ikisi nəqliyyat vasitəsini günün müəyyən vaxtlarında idarə edirlər. X6 günün axşam saatlarında, günün digər vaxtlarında isə “HYUNDAİ AVTOBUS” markalı **-JS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini o idarə edir. Bu səbəbdən xx.xx.2025-ci il tarixdə saat 14:25-də “HYUNDAİ AVTOBUS” markalı **-JS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini X6 deyil, o idarə etmişdir. Bununla bağlı yol vərəqəsini məhkəməyə təqdim edir.Eyni zamanda bildirmişdir ki, protokola əlavə edilmiş fotoşəkildəndə avtobusun onun tərəfindən idarə edilməsi aydın görünür. Bundan başqa, "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin 363781 nömrəli Yük Atvonəqliyyatı üçün Yol Vərəqəsindən görünür ki, 01-30 sentyabr 2025-ci il tarixlərində “HYUNDAİ AVTOBUS” markalı **-JS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmək üçün X8 yol vərəqəsi verilmişdir; Həmçinin səlahiyyətli orqan tərəfindən təqdim edilmiş fotoşəkilə baxış keçirdirdikdə “HYUNDAİ AVTOBUS” markalı **-JS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin 5.9, 5.10.1–5.10.3 nişanları ilə işarələnmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağı olan yollarda hərəkətini davam etdirməsi müəyyən edilsə də, həmin fotoşəkildən nəqliyyat vasitəsinin kim tərəfindən idarə edildiyini müəyyənləşdirmək mümkün olmamışdır. Bu da öz növbəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X17 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli EQ seriyalı 30929607 nömrəli inzibati tənbeh vermə haqqında qərarın əsaslı və qanuni olmasında şübhə doğurur. Göründüyü kimi, inzibati tənbeh vermə haqqında qərar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə riayət edilmədən, araşdırma aparmadan qəbul edilmişdir. Səlahiyətli orqanın gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 126.2-ci maddəsinə əsasən yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) inzibati xəta haqqında iş üzrə qərardan şikayət verildikdə, yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) videomüşahidə vasitələrinin qeydə aldığı videoyazıya baxış keçirməklə və araşdırma aparmaqla qərarın ləğv edilməsi üçün əsaslar müəyyən etdikdə, inzibati xəta haqqında iş üzrə qərarı ləğv edir, belə əsaslar müəyyən olunmadıqda isə inzibati xəta haqqında iş üzrə qərarın dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.4-cü maddəsinə əsasən inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə, məhkəmə hesab edir ki, X3 şikayəti qismən təmin edilməli, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X17 İdarəsi tərəfindən qəbul edilmiş 26 sentyabr 2025-ci il tarixli EQ seriyalı 30929607 saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X17 İdarəsinə göndərilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutub, məhkəmə QƏRARAALDİ: X3 şikayəti qismən təmin edilsin. X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-1-ci maddəsilə inzibati xəta törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X17 İdarəsi tərəfindən qəbul edilmiş 26 sentyabr 2025-ci il tarixli EQ seriyalı 30929607 saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş yenidən baxılması üçün Azərbaycan Respublikası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X17 İdarəsinə göndərilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Hakim: Elnurə Rəcəbova
Məhkəmə qərarları › İş №3(008)-6385/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-6385/2025
04.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver