Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(008)-6388/2024 17.09.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Anar Zahid oğlunun sədrliyi, X4 qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Sabunçu Rayon İcra Şöbəsinin icra məmuru Hüseyn Hüseynovun iştirakları ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə Bakı şəhəri Sabunçu Rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Məhkəməyə təqdim edilmiş materiala əsasən borclu Şəxs Bakı şəhəri 16 saylı notariat ofisinin 08 oktyabr 2019-cu il icra qeydinə əsasən yığılmış 16680 manat borcun ödənilməsi ilə bağlı icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra etməmişdir. Bu barədə Sabunçu rayon İcra şöbəsinin icra məmuru Hüseyn Hüseynov tərəfindən MN № ******* saylı, 17 sentyabr 2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib edən Sabunçu rayon İcra şöbəsinin icra məmuru Hüseyn Hüseynov göstərmişdir ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-6201/2019 saylı, xx.xx.2019-cu il tarixli icra vərəqəsinə əsasən yığılmış 16680 manat aliment borcunun ödənilməsi ilə bağlı icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra etməmişdir. Ona görə də Şəxs barəsində inzibati protokolun tərtibinə zərurət yaranmışdır. Lakin inzibati xəta haqqında protokol tərtib edildikdən sonran icra işi üzrə tələbkar X1 Rayon İcra Şöbəsinə ərizə ünvanlayaraq borclu Şəxs tərəfindən ona 3000 manat aliment borcundan ödəniş edilmişdir. Hal-hazırda Şəxs barəsində icra tədbiri görülməməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərmişdir ki, o, Raidə Həsənovaya olan borcundan 3000 manat ödəniş etmişdir. Göstərilənlərin nəzərə alınmasını xahiş etdi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə tələbkarın ərizəsini, icra məmurunun və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs mövqeyini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs barəsində Bakı şəhəri Sabunçu Rayon İcra Şöbəsinin icra məmuru Hüseyn Hüseynov tərəfindən tərtib edilmiş 17 sentyabr 2024-cü il tarixli, MN ******* saylı saylı inzibati xəta protokol və ona əlavə olunmuş sənədlər baxılmadan geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə Bakı şəhəri Sabunçu Rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materialları Bakı şəhəri Sabunçu Rayon İcra Şöbəsinə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim: Anar Rzayev
Məhkəmə qərarları › İş №3(008)-6388/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №3(008)-6388/2024
17.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver