Məhkəmə qərarları › İş №3(008)-6389/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-6389/2023

04.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-6389/2023 04.11.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X4 İmanovanın sədrliyi, Ayla Çingiz qızı Hacıyevanın katibliyi, Azərbaycan Respublikası DİN Bakı şəhər Baş Polis İdarəsi X6 İdarəsinin nümayəndəsi Nümayəndə, Şikayət vermiş şəxs X2 iştirakları ilə, X2 Azərbaycan Respublikası DİN Baş X6 İdarəsi tərəfindən qəbul edilmiş 23 oktyabr 2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair şikayətinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası DİN Baş X6 İdarəsi tərəfindən qəbul edilmiş 23 oktyabr 2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında qərardan şikayət verən şəxs X3 izahatında bildirmişdir ki, 19 sentyabr 2023-cü il tarixdə hər hansı yol hərəkəti qaydasını pozmadığını, Azadlıq propekti, 195 ünvanda avtomobolini idarə edərkən işıqforun yaşıl işığında hərəkətə başlamış və sola hərəkət etmişdir. İki tin sonra polis əməkdaşı onu saxlayaraq mobil telefondan istifadə etdiyini bildirmiş, o, isə telefondan istifadə etmədiyini bildirmiş, telefonunu təqdim etmişdir ki, polis əməkdaşı özü həmin vaxt onun danışıbdanışmadığını yoxlasın. Sonra digər Xəyal adlı inspektor yaxınlaşaraq bildirmişdir ki, o, həm mobil telefondan istifadə etmiş, həm də yol ayırıcında qəza şəraiti yaratmışdır. O, polis əməkdaşlarından görüntünü istədikdə onlar görüntünün olmadığını bildirmişlər. 10 dəqiqə sonra telefonuna “Qərarsız” protokol göndərilmişdir. Bundan sonra o, DİN-nə şikayət etmiş, hadisə barədə ətraflı məlumat vermişdir. 23 oktyabr 2023-cü il tarixdə ona inzibati tənbeh vermə haqqında qərar göndərilmiş və qərarda onun AR İXM-nin 327.2-ci maddəsi ilə təqsirli olması göstərilmişdir. Həmin qərar hər hansı sübuta, foto və ya videogörüntüyə əsaslanmadan əsassız qəbul edilmişdir. Məhkəmə iclasında verilmiş suala cavab olaraq X3 hadisə günü hərəkət etdiyi yolda qarşıdan gələn nəqliyyat vasitələrinin hərəkət üstünlüyünə malik olduğunu, sadəcə imkan yarandığından qarşıdan gələn avtomobil keçənədək sola manevr etdiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası DİN Bakı şəhər Baş Polis İdarəsi X6 İdarəsinin nümayəndəsi Nümayəndə tərəfindən verilmiş etirazı müdafiə edərək izahatında bildirmişdir ki, şəxs barəsində AR CM-nin 327.2-ci maddəsi ilə qəbul edilmiş qərar onun qarşı tərəfdən gələn hərəkət üstünlüyünə malik avtomobilə yol verməməklə sola dönmə əməliyyatını həyata keçirməsi ilə əlaqədar qəbul edilmişdir. Bununla bağlı görüntülər məhkəməyə təqdim edilmiş və həmin videodan AR İXM-nin 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın X3 tərəfindən törədilməsi açıq-aşkar görünür. Göstərilənləri nəzərə alaraq şikayətin təmin edilməməsini, Azərbaycan Respublikası DİN Baş X6 İdarəsi tərəfindən qəbul edilmiş 23 oktyabr 2023-cü il tarixli, TP ******* nömrəli qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını tədqiq edərək belə nəticəyə gəlir ki, verilmiş şikayət təmin edilməməli, X3 barəsində AR İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinərək barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikası DİN Baş X6 İdarəsi tərəfindən qəbul edilmiş 23 oktyabr 2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: İnzibati təbheh vermə haqqında 23 oktyabr 2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Əhmədov (hazırda soyadı Xələfovdur) Səbuhi Əli oğlu 19 sentyabr 2023-cü il tarixdə, saat 11:52 radələrində Bakı şəhəri, Azadlıq prospekti, 195-də idarə etdiyi “Mercedes Benz E240” minik markalı, **-LJ- *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən yolayırıcını keçmə qaydalarını pozmuş və onun İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinərək 80 manat məbləğində inzibati cərimə edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası DİN Bakı şəhər Baş Polis İdarəsi X6 İdarəsinin nümayəndəsi tərəfindən təqdim edilmiş videogörüntüdən görünür ki, “Mercedes Benz E240” minik markalı, **-LJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü qarşı yoldan gələn və hərəkət üstünlüyünə malik avtomobilə yol vermədən sola dönmə əməliyyatını həyata keçirmişdir. Azərbaycan Respublikası İnzibati Xəatalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə-səksən manat məbləğində cərimə edilir. Məhkəmə iclasında tədqiq edilmiş videodiskdə olan görüntünü tədqiq edərək məhkəmə «Mercedes Benz E240” minik markalı, **-LJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X1 dönmə əməliyyatını həyata keçirən zaman qarşı tərəfdən gələn və hərəkət üstünlüyünə malik olan avtomobilə yol vermədən sola dönmə əməliyyatını həyata keçirdiyini və onun həmin əməlinin də AR İXM-nin 327.2-ci maddəsi ilə əhatə olunduğunu nəzərə alaraq onun əməlində qeyd olunan maddənin tərkibinin olması qənaətinə gəlir. Belə ki, videodiskdə olan görüntüdən açıq aşkar görünür ki,”Mercedes Benz E240” minik markalı, **-LJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü nizamlanan yolda svetaforun yaşıl işığı yandıqdan sonra qarşı tərəfdən gələn və düzünə hərəkət edən “Toyota Prius” markalı avtomobilə yol vermədən və onu gözləmədən sola dönərək manevt etmiş, nəticədə “Toyota Prius” markalı avtomobilin sürücüsü sürət həddini azaltmışdır. Göstərilən bu hərəkəti ilə “Mercedes Benz E240” minik markalı, **-LJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü yol-hərəkəti qaydalarını pozmaqla yanaşı, yolda təhlükəsizliyin tələblərinin təmin edilməsinə dair tələblərə də riayət etməmişdir. Məhkəmə iclasında videodikdəki görüntülərə baxaraq X3 özü də hadisə baş verən ərazidə qarşıdan gələn nəqliyyat vasitələrinin üstünlüyə malik olduqlarını qəbul etmiş və səlahiyyətli orqanın dəlillərini təkzib edəcək arqumentlər irəli sürməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, verilmiş şikayət təmin edilməməli, X2 İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinərək barəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsinə dair Azərbaycan Respublikası DİN Baş X6 İdarəsi tərəfindən qəbul edilmiş 23 oktyabr 2023-cü il tarixli, TP ******* nömrəli qərar qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 136-cı maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilməsin. X2 İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinərək barəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsinə dair Azərbaycan Respublikası DİN Baş X6 İdarəsi tərəfindən qəbul edilmiş 23 oktyabr 2023-cü il tarixli, TP ******* nömrəli qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Nigar İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar