Məhkəmə qərarları › İş №3(008)-6393/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-6393/2025

04.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-6393/2025 04.12.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Günel İqbal qızının sədrliyi, Cəfərli Turanə Afrəddin qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxxxxx 1995-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olan. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqıqnda protokola və ona əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə İXP seriyalı ******* nömrəli, 30 oktyabr 2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib olunaraq məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokola əsasən, xx.xx.2025-ci il tarixində, saat 08:30 radələrində, sürücü Şəxs «Baku Taksi Xidməti” MMC-yə məxsus, yol vərəqəsi əsasında idarə etdiyi London TX-5 markalı, **-TA-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Sabunçu rayonu, Heydər Əliyev prospekti ilə hərəkət edərkən düzgün ara məsafəsi seçmədiyi üçün qarşısında, eyni istiqamətdə hərəkət edən sürücü X1 tərəfindən idarə edilən «Baku Taksi Xidməti” MMC-yə məxsus, yol vərəqəsi əsasında idarə etdiyi London TX-5 markalı, **-TA-*** dövlət qeydiyyat nişanlı taksi avtomobilinin arxa hissəsindən vuraraq toqquşmuşdur. Toqquşma nəticəsində, sonuncu avtomobilin sərnişinləri olan Hindistan Respublikasının vətəndaşları X3 və Malhotra Nishiyə yüngül bədən xəsarətləri yetirilmiş və bu hadisə ehtiyatsızlıqdan yol-nəqliyyat hadisəsinin törədilməsinə səbəb olmuşdur. Məhkəmə iclasında iştirak edən barəsində inzibati protokol tərtib edilmiş şəxs Şəxs izahatında göstərmişdir ki, o eşitməsində zəiflik olduğu üçün 3-cü qrup əlildir. BC kateqoriyalı sürücülük hüququna malikdir. xx.xx.2025-ci il tarixdə, saat 08:30 radələrində, o, «Baku Taksi Xidməti” MMC-yə məxsus, yol vərəqəsi əsasında idarə etdiyi London TX-5 markalı, **-TA-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Heydər Əliyev adına Hava Limanında olduğu zaman şirkət tərəfindən Hindistan Respublikasının vətəndaşları müştəri qismində onun avtomobilinə yönəldilmişdir. Beləliklə, 2 kişi və 1 qadın cinsli şəxs müştəri qismində avtomobilə əyləşmiş və o, hərəkətə başlamışdır. X4 doğru hərəkət edərkən, Sabunçu rayonu, Heydər Əliyev prospekti istiqamətində tıxac olduğuna görə sağ tərəfdən 6-cı zolaqda təxminən 20-30 km/saat sürətlə hərəkət edərkən, qarşısında eyni istiqamətdə və eyni zolaqda hərəkət edən London TX-5 markalı, **-TA-*** dövlət qeydiyyat nişanlı avtomobilin anidən 2-3 metr məsafədə dayanmasını görərək əyləcdən istifadə etmiş, lakin yağışlı hava şəraiti səbəbindən hadisənin qarşısını ala bilməmişdir. Nəticədə, idarə etdiyi London TX-5 markalı, **-TA-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön hissəsi ilə qarşısında dayanan eyni istiqamətdə və eyni zolaqda olan London TX-5 markalı avtomobilin arxa hissəsindən vurmuşdur. Hadisə zamanı, idarə etdiyi avtomobildə sərnişin qismində olan 1 kişi və 1 qadın cinsli Hindistan Respublikasının vətəndaşları yüngül bədən xəsarətləri almışdır. Hadisə yerində o, həmin şəxslərə yaxınlaşaraq ilkin tibbi yardım göstərmişdir. Hadisə zamanı xəsarət almış şəxslər Hindistan Respublikasının vətəndaşları istirahət məqsədilə Azərbaycana gəlmiş və hadisə baş verdikdən sonra öz ölkələrinə qayıtmışlar. Hadisə zamanı ondan heç bir şikayət etməmişlər. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs və zərərçəkmiş şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə inzibati işə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs və zərərçəkmiş şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Sabunçu RPİ-nin TŞ-nin polis mayoru Faiq İsayevin 12 noyabr 2025-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarından görünür ki, Hindistan Respublikasının vətəndaşları X3 və Malhotra Nishinin yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət almaları faktı əsasında toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. Sürücü Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə inzibati tədbir görülməsi məqsədi ilə toplanmış material Sabunçu RPİ-nin DYPŞ-nə göndərilmişdir. İnzibati xəta haqqında İXP seriyalı ******* nömrəli, 30 oktyabr 2025-ci il tarixli protokoldan görünür ki, xx.xx.2025-ci il tarixində, saat 08:30 radələrində, sürücü Şəxs «Baku Taksi Xidməti” MMC-yə məxsus, yol vərəqəsi əsasında idarə etdiyi London TX-5 markalı, **-TA-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Sabunçu rayonu, Heydər Əliyev prospekti ilə hərəkət edərkən düzgün ara məsafəsi seçmədiyi üçün qarşısında, eyni istiqamətdə hərəkət edən sürücü X1 tərəfindən idarə edilən «Baku Taksi Xidməti” MMC-yə məxsus, yol vərəqəsi əsasında idarə etdiyi London TX-5 markalı, **-TA- *** dövlət qeydiyyat nişanlı taksi avtomobilinin arxa hissəsindən vuraraq toqquşmuşdur. Toqquşma nəticəsində, sonuncu avtomobilin sərnişinləri olan Hindistan Respublikasının vətəndaşları X3 və Malhotra Nishiyə yüngül bədən xəsarətləri yetirilmiş və bu hadisə ehtiyatsızlıqdan yol-nəqliyyat hadisəsinin törədilməsinə səbəb olmuşdur. Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan 1/62288 nömrəli, 30 oktyabr 2025-ci il tarixli tibbi müayinə protokolundan görünür ki, 30 oktyabr 2025-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı Şəxs ayıq vəziyyətdə olmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertizası və X2” X5 Sabunçu rayon şöbəsinin 2400 saylı xx.xx.2025-ci il tarixli rəyindən görünür ki, 1973cü il təvəllüdlü Hindistan Respublikasının vətəndaşı Malhotra Nishi sol gözyuvası ətrafı nahiyənin dərialtı hematoması və sol gözün ağlı qişasına qansızma müəyyən edildi.Xəsarətlər bərk küt əşya təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən xx.xx.2025-ci il tarixdə və şəraitdə, yəni baş vermiş yol-nəqliyyat hadisəsi zamanı törənə bilər, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertizası və X2” X5 Sabunçu rayon şöbəsinin 2399 saylı xx.xx.2025-ci il tarixli rəyindən görünür ki, 1962-ci il təvəllüdlü Hindistan Respublikasının vətəndaşı X6 burun sümüyünün yerim az qapalı dəyişən sınığı ilə müşayiət olunan burun nahyəsinin sıyrığı yarası müəyyən edildi. Xəsarətlər bərk küt əşya təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən xx.xx.2025-ci il tarixdə və şəraitdə, yəni baş vermiş yol- nəqliyyat hadisəsi zamanı törənə bilər, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Portaldan çıxarışdan görünür ki, Şəxs 3-cü qrup əlildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal kimi hesab edilir; 32.1.7-ci maddəsinə əsasən törədilmiş inzibati xətanın zərərli nəticələrinin inzibati xəta törətmiş şəxs tərəfindən aradan qaldırılması və ya vurulmuş zərərin əvəzinin könüllü surətdə ödənilməsi inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal kimi hesab edilir; 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1 - 32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər; 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin izahatı və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Yol nəqliyyat hadisəsi nəticəsində xəsarət almış şəxslər Hindistan vətəndaşı olduqlarından və hazırda yerlərini müəyyən etmək mümkün olmadığından və ilkin izahatlarında Şəxs heç bir şikayət və tələbləri olmadığını bildirdiklərindən məhkəmə onların iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hal kimi səmimi peşmançılığını və zərərçəkmiş şəxslərlə barışmasını, zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayət və tələblərinin olmamasını, şəxsin 3-cü qrup əlillik dərəcəsinin olmasını və ağırlaşdıran halların olmamasını nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İXM-nin 327.8-ci maddəsinin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Günel Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar