Məhkəmə qərarları › İş №3(008)-6398/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-6398/2025

26.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-6398/2025 26.11.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Günel İqbal qızının sədrliyi, Cəfərli Turanə Afrəddin qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Sabunçu Rayon İcra Şöbəsinin icra məmuru X4, X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxx 1990-cı il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, X16 küçəsi, ev 43 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqıqnda protokola və ona əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə MN seriyalı ******* nömrəli, 26 noyabr 2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib olunaraq məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-943/2024 nömrəli, 29 fevral 2024-cü il tarixli icra vərəqəsinə əsasən 21 dekabr 2023-cü il tarixdən başlayaraq, 08 fevral 2016-cı il təvəllüdlü X7, 27 iyul 2018-ci il təvəllüdlü X8 və 26 mart 2021-ci il tarixli X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay, hər uşaq üçün 190 (yüz doxsan) manat, cəmi 570 (beş yüz yetmiş) manat sabit pul məbləğində aliment cavabdeh Şəxs tutularaq iddiaçı X2 xeyrinə ödənilməsi qət edilmiş, lakin borclu icra sənədini icra etməklə bağlı icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən icra etməmişdir. Məhkəmə iclasında İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Sabunçu Rayon İcra Şöbəsinin böyük icra məmuru X9 bildirdi ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-943/2024 nömrəli, 29 fevral 2024-cü il tarixli icra vərəqəsinə əsasən 21 dekabr 2023-cü il tarixdən başlayaraq, 08 fevral 2016-cı il təvəllüdlü X7, 27 iyul 2018-ci il təvəllüdlü X8 və 26 mart 2021-ci il tarixli X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay, hər uşaq üçün 190 (yüz doxsan) manat, cəmi 570 (beş yüz yetmiş) manat sabit pul məbləğində aliment cavabdeh Şəxs tutularaq iddiaçı X2 xeyrinə ödənilməsi qət edilmişdir. İcra vərəqəsi icra edilməsi üçün Sabunçu Rayon icra şöbəsinə daxil olmuş, icra sənədi icraata qəbul edilərək icraata başlanılma haqqında qərar qəbul edilmiş, tələbinin təmin edilməsi ilə əlaqədar Şəxs bildiriş təqdim edilmişdir. Şəxs tələbi könüllü icra müddətində təmin etmədiyi üçün əmlak vəziyyətinin yoxlanılması məqsədilə müxtəlif təşkilatlara ünvanlanmış sorğulara verilmiş cavablardan ona məxsus əmlakları aşkar etmək mümkün olmamış, bundan sonra o, şöbəyə dəvət olunaraq izahatları alınmış, qanunun tələbləri və məsuliyyəti ona izah edilmiş, o, isə izahatlarında işsiz olduğunu əsas gətirərək ödəniş etmədiyini bildirmişdir. Şəxs müvafiq çağırışlara da məhəl qoymadığı üçün barəsində axtarış elan edilmişdir. Borclu tərəfindən icra sənədi üzrə nəzərdə tutulmuş öhdəliklərə riayət edilmir. Belə ki, aliment ödənişləri davamlı xarakter daşımır. Şəxs bəzi aylarda aylıq aliment məbləğini tam həcmdə ödəsə də, digər aylarda ödənişi qismən həyata keçirir, bir sıra aylarda isə aliment ödənişi ümumiyyətlə edilməmişdir. Nəticədə icra sənədinin tələbləri sistemli şəkildə pozulur. Hazırda Şəxs aliment borcunun məbləği 7678 manat təşkil edir. Qeyd olunan halları nəzərə alaraq, Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən inzibati məsuliyyət tədbirinin tətbiq olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati protokol tərtib edilmiş şəxs Şəxs izahatında göstərmişdir ki, o, taksi fəaliyyəti ilə məşğul olduğundan onun aylıq gəliri dəyişkən xarakter daşıyır. Bu səbəbdən bəzi aylarda normal qazanc əldə etdikdə aliment öhdəliyini tam həcmdə, bəzi hallarda isə qismən yerinə yetirmişdir. Ayrı-ayrı aylarda isə işsiz qalması ilə əlaqədar olaraq aliment ödənişini həyata keçirə bilməmişdir. Bununla belə, imkanları daxilində övladlarının xərclərinin qarşılanmasına çalışmışdır. Belə ki, sonuncu dəfə oğlunun cərrahi əməliyyatı ilə əlaqədar olaraq 1800 (bir min səkkiz yüz) manat məbləğində vəsait sərf etmiş, habelə son olaraq dünən 320 (üç yüz iyirmi) manat məbləğində ödəniş etmişdir. Məhkəmə iclasında iştirak edən tələbkar X5 izahatında göstərmişdir ki, o, valideynləri ilə birgə yaşayır və onun övladları ilə bağlı gündəlik xərcləri əsasən valideynləri tərəfindən qarşılanır. Bununla yanaşı, Şəxs tərəfindən icra sənədi üzrə nəzərdə tutulmuş öhdəliklərə davamlı şəkildə riayət edilmir. Belə ki, aliment ödənişləri müntəzəm xarakter daşımır. Şəxs bəzi aylarda aylıq aliment məbləğini tam həcmdə ödəsə də, digər aylarda ödəniş qismən həyata keçirilmiş, bir sıra aylarda isə aliment ödənişi ümumiyyətlə edilməmişdir. Şəxs rəsmi iş yerində çalışdığı müddət ərzində onun əməkhaqqından qanunvericiliyə uyğun olaraq tutulmalar aparılmış və bu çərçivədə bir dəfə 1040 (bir min qırx) manat, digər dəfə isə 565 (beş yüz altmış beş) manat məbləğində ödəniş edilmişdir. Sonradan borclunun işdən çıxması ilə əlaqədar olaraq əməkhaqqından tutulmaların aparılması mümkün olmamışdır. Şəxs tərəfindən son dövrdə aliment ödənişləri qeyri-müntəzəm şəkildə həyata keçirilmişdir. Belə ki, borclu tərəfindən 25 noyabr 2025-ci il tarixdə 320 (üç yüz iyirmi) manat, ondan əvvəlki ay isə 260 (iki yüz altmış) manat məbləğində ödəniş edilmişdir. Şəxs ata kimi övladlarına münasibəti lazımi səviyyədə olmamış, onların gündəlik və zəruri xərclərinin qarşılanmasına yetərli diqqət göstərilməmişdir. Övladların saxlanılması və gündəlik tələbatlarının ödənilməsi əsasən valideynlərinin maddi dəstəyi hesabına təmin edilir. Valideynlərin bu dəstəyi olmasa, övladların xərclərinin necə qarşılanacağı qeyri-müəyyən olaraq qalır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İnzibati xəta haqqında iş materiallarına əlavə edilmiş inzibati xəta haqqında MN seriyalı ******* nömrəli, 26 noyabr 2025-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-943/2024 nömrəli, 29 fevral 2024-cü il tarixli icra vərəqəsinə əsasən 21 dekabr 2023-cü il tarixdən başlayaraq, 08 fevral 2016-cı il təvəllüdlü X7, 27 iyul 2018-ci il təvəllüdlü X8 və 26 mart 2021-ci il tarixli X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay, hər uşaq üçün 190 (yüz doxsan) manat, cəmi 570 (beş yüz yetmiş) manat sabit pul məbləğində aliment cavabdeh Şəxs tutularaq iddiaçı X2 xeyrinə ödənilməsi qət edilmiş, lakin borclu icra sənədini icra etməklə bağlı icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən icra etməmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-943/2024 nömrəli, 29 fevral 2024cü il tarixli icra vərəqəsindən görünür ki, 21 dekabr 2023-cü il tarixdən başlayaraq, 08 fevral 2016-cı il təvəllüdlü X7, 27 iyul 2018-ci il təvəllüdlü X8 və 26 mart 2021-ci il tarixli X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay, hər uşaq üçün 190 (yüz doxsan) manat, cəmi 570 (beş yüz yetmiş) manat sabit pul məbləğində aliment cavabdeh Şəxs tutularaq iddiaçı X2 xeyrinə ödənilməsi qət edilmişdir. İnzibati xəta haqqında iş materiallarına əlavə edilmiş “İcraata başlamaq haqqında” 13 mart 2024-cü il tarixli qərardan görünür ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-943/2024 nömrəli, 29 fevral 2024-cü il tarixli icra vərəqəsinin icrası ilə bağlı icraat başlanılmışdır. İnzibati xəta haqqında iş materiallarına əlavə edilmiş Sabunçu Rayon icra şöbəsinin 13 mart 2024-cü il tarixli məktubundan görünür ki, Şəxs tələbin könüllü icrası haqqında bildiriş göndərilmişdir. Borclunun axtarışı haqqında 28 avqust 2025-ci il tarixli qərardan görünür ki, Şəxs barəsində axtarış elan edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ və İİ hissələrinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Məhkəmə qərarlarının icrasının məcburiliyi “Məhkəmələr və hakimlər haqqında” qanunun 5-ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə əsasən məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində göstərildiyi kimi, «Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar». Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. «İcra məmurları haqqında» Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən icra məmurlarının öz səlahiyyətləri hüdudunda irəli sürdükləri tələblər Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər üçün məcburidir. İcra məmurlarının qanuni tələblərini yerinə yetirməyən, ona həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Məhkəmə iclasında tədqiq edilmiş materiallar, icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatları ilə sübuta yetirilmişdir ki, Şəxs icra sənədi ilə üzərinə qoyulmuş öhdəliyini üzrsüz səbəbdən yerinə yetirməyərək icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədinin icrasını təmin etməmişdir. Bununla da, Şəxs borc məbləğinin icra sənədində göstərildiyi qaydada ödənilməsini təmin etməmiş, borcun ödənilməsinə laqeydlik göstərmiş və icra vərəqəsinin icrasına səhlənkar yanaşmışdır. Bu isə öz növbəsində keçən müddət ərzində icrası məcburi olan Azərbaycan Respublikası adından qəbul edilmiş məhkəmə aktına vətəndaşın səthi və etinasız yanaşmasına dəlalət edir. Şəxs məhkəmə iclasında işsiz olmasına istinad edərək icra sənədini icra də bilməməsini göstərsə də, şəxsin işsiz olması icra sənədinin icra olunmamasına görə üzürlü səbəb hesab edilmir. O, icraata xitam verilməsi və ya məsuliyyətdən yayınmaq üçün bu arqumentdən istifadə edə bilməz. Bu arqument qanuni əsas deyil, çünki qanun əmək haqqının azlığını icra borcunun yerinə yetirilməməsi üçün əsas saymır. Belə ki, məhkəmə iclasında barəsində inzibati qaydada icraat aparılan şəxs Şəxs əmək olduğunu, icra sənədi üzrə ödəniş edə bilmədiyini göstərsə də, məhkəmə onun irəli sürdüyü arqumenti absurd hesab edərək sağlam və əmək qabiliyyətli bir şəxsin müəyyən qazanc əldə etməsi üçün müxtəlif fəlaiyyət növü ilə məşğul olmaq imkanlarının real olmasını qeyd edir və göstərilən bu dəlillərin şəxsin məhkəmə qətnaməsinin tam şəkildə icrasında maraqlı olmaması qənaətinə gəlməyə imkan verdiyini vurğulayır. Məhkəmə onu da xüsusi olaraq vurğulayır ki, Əliyev X10 adından çıxarılmış məhkəmə qətnaməsinə etinasız yanaşmasının ictimai təhlükəliliyi ondan ibarətdir ki, bu hərəkətlərə yol verməklə o, məhkəmə orqanlarını nüfuzdan salır və bununla da, vətəndaşların məhkəmə sisteminə inamını azaldır. Azərbaycan Respublikasinin İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs törətdiyi əməli etiraf edərək əməlindən peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə inzibati icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini, özünün şəxsiyyətini, əmlak vəziyyətini, məsuliyyətini yüngülləşdirən hal kimi əməlindən peşman olmasını, məsuliyyətini ağırlaşdıran halların olmadığını nəzərə alaraq belə qənaətə gəlir ki, Şəxs barəsində Azərbaycan Respublikasinin İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməklə inzibati tənbehin Azərbaycan Respublikasinin İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində nəzərdə tutulmuş məqsədlərinə nail olunması mümkündür. Odur ki, Şəxs Azərbaycan Respublikası Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Həmçinin, məhkəmə inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırır ki, İXM-in 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 500 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Günel Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar