Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-6399/2025 26.11.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, X1 iclas katibliyi, İnzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhəri Sabunçu RPİ-nin 15-ci Polis Şöbəsinin sahə rəisi, polis polkovnik leytenantı Firdovsi Quliyev, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx.xx.1987-ci ildə Naxşıvan MR, Şərur rayonu, Yuxarı Daşarx kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, fərdi əməklə məşğul olan, Naxşıvan MR, Şərur rayonu, Yuxarı Daşarx ərazi dairəsi, Yuxarı Daşarx kəndində ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu RPİ-nin 15-ci Polis Şöbəsinin sahə rəisi, polis polkovnik leytenantı Firdovsi Quliyev tərəfindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsi barədə 26 noyabr 2025-ci il tarixli protokol tərtib edilərək inzibati xəta haqqında material baxılması üçün məhkəməyə göndərilmişdir. xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2025-ci il tarixində Məmişov X2 qəsəbəsində dayanacaqda ucadan nalayiq ifadələr işlədib, ünvansız söyüşlər söymüşdür. Məhkəmə iclasında Şəxs izahat verərək göstərmişdir ki, 26 noyabr 2025-ci il tarixdə avtobus dayanacağında dayanan zaman polis işçiləri ona yaxınlaşıb özlərini təqdim etmişdirlər. Buna səbəb onun dayanacaqda ucadan telefonla danışmağı və nalayıq ifadələr işlətməyi olmuşdur. Səhvini səmimi etiraf edir, səhv etmişdir. Ona görə də onu polis bölməsinə aparmışdırlar. Göstərilənlərə əsasən yüngül inzibati tənbeh verilməsini xahiş etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Sabunçu RPİ-nin 15-ci Polis Şöbəsinin sahə rəisi, polis polkovnik leytenantı Firdovsi Quliyev protokolun məzmununa uyğun izahat verərək bildirmişdir ki, Şəxs AR İXM-nin 510-cu maddəsi nəzərdə tutulmuş xətaları törətdiyinə görə barəsində müvafiq olaraq xx.xx.2025-ci il tarixli protokol tərtib olunduğunu və Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Sabunçu RPİ-nin 15-ci Polis Şöbəsinin sahə rəisi, polis polkovnik leytenantı Firdovsi Quliyev tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, xx.xx.2025-ci il tarixində Məmişov X2 qəsəbəsində dayanacaqda ucadan nalayiq ifadələr işlədib, ünvansız söyüşlər söymüşdür. Bunula da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir; Bakı şəhəri Sabunçu RPİ-nin 15-ci Polis Şöbəsinin rəisi, polis polkovniki Samir Həsənov tərəfindənhazırlanmış, xx.xx.2025-ci il tarixli raportdab görünür ki, xx.xx.2025-ci ildə saat 13:00 radələrində Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Ə.Məlikov küəsində xidmətdə olan zaman 1 nəfər şəxsin avtobus dayanacağının yaxınlığında vətəndaşların çoxluq təşkil etdiyi yerdə uca səslə telefonla danışaraq nalayiq ifadələr işlətdiyini görüb ona yaxınlaşaraq özlərini təqdim etdikdən sonra ondan sakitləşməsini tələb etdikdə onlara məhəl qoymayaraq öz əməlinə davam etmişdir. Buna görə də həmin şəxsdən şəxsiyyətini təsdiq edən tələb etmişdirlər. Üzərində heç bir sənəd olmadığı üçün Bakı şəhəri Sabunçu RPİ-nin 15-ci Polis Şöbəsinə dəvət edilmişdir. Orada müəyyən olunmuşdur ki, həmin şəxs xx.xx.1987-ci il təvəllüdlü Şəxsdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır; 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokolu, inzibati xəta törətmiş şəxsin izahatı və digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə Məmişov X2 qəsəbəsində dayanacaqda ucadan nalayiq ifadələr işlədib, ünvansız söyüşlər söyərək xırda xuliqanlıq etmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində həmin maddənin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 89.5-ci maddəsinin tələbinə uyğun olaraq inzibati qaydada tutma müddəti inzibati xəta törətmiş şəxsin protokol tərtib etmək üçün gətirildiyi vaxtdan hesablanır Məhkəmə iclasında müəyyən edilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs 26 noyabr 2025-ci il tarixdə protokol tərtib etmək üçün Bakı şəhər Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Şöbəsinə gətirilmişdir. Məhkəmə hesab edir ki, Şəxs həbsetməsinin əvvəli protokol tərtib etmək üçün gətirildiyi vaxtdan, yəni «26» noyabr 2025-ci il tarixdən hesablanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43- 48, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 05 (beş) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbsdə saxlamanın əvvəli 26 noyabr 2025-ci il tarixdə hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinə bilavasitə tabe olan inzibati həbs olunanların saxlanılması məntəqəsinə tapşırılsın. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Elnurə Rəcəbova
Məhkəmə qərarları › İş №3(008)-6399/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-6399/2025
26.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver