Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-6412/2025 11.12.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Samirə Məhəmməd qızının sədrliyi, Axund-zadə Ayşən Elimxan qızının katibliyi, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X1 Xidməti 1 Saylı Bakı Regional Bölməsinin nümayəndəsi Qanuni nümayəndə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X1 Xidməti 1 saylı Bakı Regional Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, Məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X1 Xidməti 1 saylı Bakı Regional Bölməsi tərəfindən tərtib edilmiş 24 noyabr 2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2025-ci il tarixində Bakı şəhəri, Sabunçu rayonu, Sahil Stansiyayanı küçəsində yerləşən avtoyuyucu su təchizatı şəbəkəsinə qanunsuz qoşulmaqla suyun talanması nəticəsində az miqdarda ziyan vurulması müəyyən edilmişdir. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 262.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bu fakt xx.xx.2025-ci il tarixli 000341 nömrəli akt, ərazidən çəkilmiş foto və video çəkiliş, izahatlar ilə təsdiq edilir. Məhkəmə iclasında protokolu tərtib etmiş orqanın nümayəndəsi Qanuni nümayəndə izahatında göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Sahil Stansiyayanı küçəsində küçəsində yerləşən avtoyuyucu su təchizatı şəbəkəsinə qanunsuz qoşulmaqla az miqdarda ziyan vurulmaqla suyun talanması müəyyən edilmişdir. Bununla bağlı nəticələri təsdiq edən monitorinq aktı tərtib edilmişdir. Araşdırma zamanı məlum olmuşdur ki, qeyri-yaşayış sahəsinin istifadəçisi Şəxsdur. O, avtoyuma məntəqəsini işlədir və orada su təchizatı şəbəkəsinə qanunsuz qoşulmaqla suyun talanmasını həyata keçirmişdir. Məhkəmədən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.3-cü maddəsi ilə təqsirli bilinərək barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstəmişdir ki, əvvəllər dəfələrlə müraciət etməsinə baxmayaraq onun obyektinə sayğac qoşulmamışdır. Ona bildirmişlər ki, çıxarış olmadığına görə sayğac quraşdırılmır. Buna görə də sayğac olmadan sudan istifadə etmişdir. Əməlindən peşmandır. Məhkəmədən nəzərə alınmasını xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 24 noyabr 2025-ci il tarixli 000341 nömrəli aktdan görünür ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X1 Xidməti 1 saylı Bakı Regional Bölməsi tərəfindən su və su təsərrüfatı obyektlərindən istifadə və onların mühafizəsi qaydalarını, həmçinin Azərbaycan Respublikası Su qanunvericiliyinin digər tələblərini rəhbər tutaraq mütəmadi olaraq monitorinq-nəzarət tədbirləri həyata keçirilir. Belə ki, bölmənin xx.xx.2025-ci il tarixli 069 nömrəli sərəncamına əsasən Sabunçu rayonunun ərazisində monitorinq nəzarət tədbirləri həyata keçirilən zaman Bakı şəhəri, Sabunçu rayonu, Sahil Stansiyayanı küçəsində yerləşən Şəxs məxsus Avtoyuyucu müqavilə bağlamadan və su sayğacı quraşdırılmadan d=15 mm xətt vasitəsilə su təchizatı şəbəkəsinə qanunsuz qoşulmaqla sudan qeyri-qanuni istifadə halı aşkar olunmuşdur. Şəxs həmin halın qanun pozuntusu olduğu izah olundu. Vətəndaş sənəd təqdimedərək yazılı izahat verərək qısa zamanda müraciət edəcəyini bildirdi. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının Su Məcəlləsinin 40-cı, 45-ci və 103-cü maddələrinin, Su təchizatı və Tullantı Suları haqqında Azərbaycan Respublikası Qanunun 24, 30, 58, 65, 67 və 72-ci maddələrinin, Azırbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2014-cü il tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə qaydaları”nın Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20 iyun 2024-cü il tarixli, 305 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektlərinin su təchizatı və tullantı sularının axıdılması sisteminə qoşulması” Qərarının müvafiq maddələrinin tələbləri pozulmuşdur. Ərazidən çəkilmiş fotoşəkillər, videogörüntülər və digər sənədlər monitorinq aktına əlavə edilmişdir; Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “İri şəhərlərin X2 Xidməti” X4 tərəfindən hazırlanmış xx.xx.2025-ci il tarixli, 603736 saylı aktdan görünür ki, Stansiya yanı küçəsində yerləşən “Avtoyuma” qeyri-yaşayış obyektinin su təchizatı və kanalizasiya sisteminə baxış keçirilmiş və baxış zamanı d = 15 mm – lik su xəttindən müqavilə bağlamadan xidmətdən istifadə edilməsi müəyyən olunmuşdur. Bu “Avtoyuma” tərəfindən sudan qeyri-qanuni istifadə edilməsi nəticəsində “İri şəhərlərin X2 Xidməti” X3 vurulmuş maddi ziyanın hesablanması və ödənilməsi üçün əsasdır. “İri şəhərlərin X2 Xidməti” X4 Sabunçu rayon Sukanal İdarəsinin xx.xx.2025-ci il tarixli qanunsuz istifadə fakturasından görünür ki, Stansiya yanı küçəsində yerləşən “Avtoyuma” məntəqəsində su təchizatı xidmətindən qanunsuz istifadə nəticəsində dəymiş maddi ziyanın məbləği 1098 manatdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati tənbeh tətbiq edilərkən məsuliyyəti yüngülləşdirən hal hesab olunur. 262.3-cü maddəsinə əsasən su təchizatı şəbəkəsinə qanunsuz qoşulmaqla suyun talanması nəticəsində az miqdarda ziyan vurulmasına görə fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək məbləğdə cərimə edilir. Həmin maddənin Qeydinə əsasən bu Məcəllənin 262.3-cü maddəsində “az miqdarda” dedikdə, beş min manatdan yuxarı olmayan məbləğ başa düşülür. Azərbaycan Respublikası İXM-nin 262.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın fiziki şəxs Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, inzibati xəta haqqında protokol tərtib edən orqanın nümayəndəsinin izahatları və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, ilk dəfə inzibati məsuliyyətə cəlb olunması, səmimi etirafı və peşmançılığı kimi məsuliyyəti yüngülləşdirən halları, məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs AR İXM-nin 262.3-cü maddəsi ilə təqsirli bilinərək ona həmin maddənin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 200 (iki yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Samirə Məmmədli
Məhkəmə qərarları › İş №3(008)-6412/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-6412/2025
11.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver