Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-6413/2025 11.12.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Samirə Məhəmməd qızının sədrliyi, Axund-zadə Ayşən Elimxan qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, zərərcəkmiş şəxs Zərərçəkmiş şəxs, qanuni nümayəndəsi İusubova Parıshanın iştirakları ilə, xx.xx.2005-ci il tarixdə İmişli şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, "xxxx" MMCdə fəhlə işləyən, orta təhsilli, İmişli şəhəri, İmişli rayonu, Kür küçəsi, ev 42 ünvanında qeydiyyatda olan, Bakı şəhəri, Sabunçu rayonu, Yeni Ramana qəsəbəsi, Q.Musabəyov küçəsi, fərdi evdə yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair Bakı şəhər Sabunçu Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına məhkəmə iclasında baxaraq, Məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu RPİ-nin DYPŞ tərəfindən tərtib edilmiş İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 15:00-də idarə etdiyi “Hyundai Accent” markalı, **-QN-*** dövlət nömrə nişanlı avtomobili ilə Y.Əliyev küçəsində hərəkətdə olarkən manevr qaydasını pozub, təhlükəsiz şərait yaratmayıb yolu keçən piyada Zərərçəkmiş şəxs vurmuş, nəticədə onun sağlamlığına yüngül dərəcəli bədən xəsarəti yetirmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 15:00 radələrində idarə etdiyi “Hyundai Accent” markalı, **-QN-*** dövlət nömrə nişanlı avtomobili ilə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi ilə üzü “Komsomol dairəsi” istiqamətində hərəkətdə olan zaman “Sərham” marketin qarşısında olan piyada keçidindən yolu keçən piyada qızın qolu onun idarə etdiyi avtomobilin sol güzgüsünə dəymişdir. Bundan sonra o avtomobildən enərək piyada qıza yaxınlaşmış və xəsarət alması ilə bağlı maraqlanaraq onu xəstəxanaya aparmışdır. Orada ona tibbi yardım göstərilmişdir. Tibbi yardıma çəkilən xərclər tərəfindən ödənilmişdir. Əməlindən peşmandır. Məhkəmədən ilk dəfə məsuliyyətə cəlb olunmasının nəzərə alınmasını xahiş etmişdir. Zərərcəkmiş şəxs Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə saat təqribən 15:00 radələrində o, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi Y.Əliyev küçəsində piyada keçidi ilə yolu qarşı tərəfə keçən zaman ağ “Hyundai” markalı avtomobil onu vurmuşdur. Bundan sonra həmin avtomobilin sürücüsü onu xəstəxanaya aparmış, xərclərini çəkmişdir. Baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində dəymiş ziyanla bağlı sığorta ödənişinin verilməsinin təmin olunmasını xahiş edir. Şəxs qarşı şikayət və tələbi yoxdur. Zərərcəkmiş şəxs Zərərçəkmiş şəxs qanuni nümayəndəsi İusubova Parıshan sığorta pulunun ödənilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə protokolu tərtib etmiş orqana məlumat verilsə də o, məhkəmə iclasında iştirak etməmişdir. Bununla da məhkəmə gəlməyən protokolu tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Sabunçu Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin baş təhqiqatçısı, polis kapitanı X2 «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» xx.xx.2025-ci il tarixli qərarının surətindən məlum olur ki, vətəndaş Zərərçəkmiş şəxs yolnəqliyyat hadisəsi nəticəsində xəsarət alması faktı əsasında toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmiş, “Hyundai Accent” markalı **-QN-*** d.q.n avtomobilin sürücüsü Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə inzibati tədbir görülməsi məqsədi ilə qərarın surətinin Sabunçu RPİ-nin DYPŞ-nə göndərilməsi qərara alınmışdır; Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X1 Publik Hüquqi şəxsi Sabunçu rayon şöbəsinin xx.xx.2025-ci il tarixli 2269 saylı ekspert rəyinin surətindən görünür ki, Zərərçəkmiş şəxs ağrı simptomu və barmaqlarda qismən hərəkət məhdudluğu ilə müşayiət olunan sağ ayağın əziyi; hər iki əlin, sağ diz oynağının, sol ayağın və sol bayır topuğun qançır və sıyrıqları müəyyən edilmişdir. Xəsarətlər bərk küt əşya (əşyalar) təsirindən törənmişdir, yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilər, müddəti qərarın təsviri hissəsində göstərilən xx.xx.2025-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə umilikdə sağlamlığın qısa müddətə pozuımasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. xx.xx.2025-ci il tarixdə verilmiş sürücülük vəsiqəsinin surətindən görünür ki, Şəxs xx.xx.2035-ci il tarixədək qüvvədə olan B1,B,C1,C kateqoriyalı BF 004480 nömrəli sürücülük vəsiqəsi verilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 32.1.7-ci maddəsinə əsasən törədilmiş inzibati xətanın zərərli nəticələrinin inzibati xəta törətmiş şəxs tərəfindən aradan qaldırılması və ya vurulmuş zərərin əvəzinin könüllü surətdə ödənilməsi inzibati tənbeh tətbiq edilərkən inzibati məsuliyyəti yüngülləşdirən hal hesab olunur. 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1 - 32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər; 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, tərəflərin izahatları və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, ilk dəfə inzibati məsuliyyətə cəlb olunmasını, zərərçəkmiş şəxsin şikayət və tələbinin olmamasını, ağırlaşdıran halların olmamasını nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs AR İXM-nin 327.8-ci maddəsinin sanksiyası həddində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 300 (üç yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Samirə Məmmədli
Məhkəmə qərarları › İş №3(008)-6413/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-6413/2025
11.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver