Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-644/2021 10.02.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Ənvərli Ənvər Niyazi oğlunun katibliyi ilə, X2 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və X5 MN ******* saylı, xx xxxxxxxx 2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə şikayətinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: X4 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və X5 MN ******* saylı, xx xxxxxxxx 2020-ci il tarixli İnzibat tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və X7 və qərardan şikayət verən şəxs X3 müvafiq qaydada məlumat verilsədə, tərəflər məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbini bildirməmişlər. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, X4 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və X5 xx xxxxxxxx 2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 266.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyimə görə, vəzifəli şəxs kimi 3500 (üç min beş yüz) manat cərimə edilmişdir. Şikayət olunan qərardan görünür ki, X1 rayonu, Xəzər sahili İaşə obyektində çirkab sularının daşınması ilə əlaqədar müqavilənin olmaması, şambolardan istifadə edilərək tullantıların emalı yerlərinin müəyyənləşdirilməməsi səbəbindən inzibati məsuliyyətə cəlb edilmişdir. Xəzər sahili İaşə obyektlərində xidmətlərin göstərilməsinə xx xxxxxx 2020-ci il tarixdə icazə verilmişdir. Həmin gün xidmətlərin göstərilməsinə icazə verilsə də, faktiki olaraq işləməmişlər. Çünki, müəyyən müqavilələrin bağlanması və o cümlədən çirkab suların daşınması ilə bağlı müqavilənin bağlanması ilə məşğul olmuşlar. Həmçinin xx xxxxxx 2020-ci il tarixdə obyektdə yığılan çirkab suların daşınmasını “xxxx” MMC təmin etmişdir. Belə ki, həmin gün müqavilənin imzalanması texniki cəhətdən mümkün olmasa da xidmət həmin gün həyata keçirilmiş və “xxxx” MMC ilə aralarında bağlanmış xx xxxxxx 2020-ci il tarixli müqavilədə də xx xxxxxx 2020-ci il tarixdən qüvvəyə minməsi qeyd edilmişdir. xx xxxxxx 2020-ci il tarixdə obyektə gəlib müqavilənin olub-olmaması soruşulmuş, “xxxx” MMC ilə çirkab suların daşınması barədə müqavilənin olduğunu və artıq “xxxx” MMC tərəfindən həmin xidmətin göstərilməsini bildirilmişdir. Barəsində qəbul edilmiş qərardan İcra Şöbəsindən onu çağırıldıqdan sonra məlumatı olmuşdur. Məhkəmədən barəsində qəbul edilmiş MN ******* saylı, xx xxxxxxxx 2020-ci il tarixli qərarın ləğv edilməsini xahiş etmişdir. İş materiallarını araşdırıb hesab edirəm ki, şikayət əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 266.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş materiallarında olan MN ******* saylı, xx xxxxxxxx 2020-ci il tarixli saylı qərarla təsdiq olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 266.2-ci maddəsinə əsasən Tullantıların emalı yerlərinin müəyyənləşdirilməsi, layihələşdirilməsi, tikintisi, istifadəsi və ya ləğv edilməsi normalarının və qaydalarının pozulmasına görə-vəzifəli şəxslər üç min beş yüz manatdan dörd min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər on min manatdan on beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest verilir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinin tələbinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə şikayət verilir. Beləliklə məhkəmə iclasında müəyyən edildi ki, X4 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcələsinin 266.2-ci maddəsi ilə inzibati xəta törətdiyinə görə 3500 (üç min beş yüz) manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 99.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi inzabati xətalar haqqında işlər üzrə icraata başlamağa səbəbdir. Həmin Məcəllənin 99.2-ci maddəsinə əsasən məlumatlara inzibati xəta haqqında iş üzrə icraata başlamaq səlahiyyəti olan vəzifəli şəxs tərəfindən baxılır. Həmin məlumatlarda inzibati xətanın əlamətlərinin olması və inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların olmaması inzibati xəta haqqında işin başlanmasına əsasdır. Həmin Məcəllənin 100.4-cü maddəsinin tələbinə əsasən protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Həmin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və X5 MN ******* saylı, xx xxxxxxxx 2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi üçün əsas ola biləcək sübut növləri şikayətçi X4 tərəfindən məhkəməyə təqdim olunmadı. Bu səbəbdən məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, X4 barəsində qəbul edilmiş MN ******* saylı, xx xxxxxxxx 2020-ci il tarixli qərarın ləğv edilməsi barədə şikayət təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128- 129-cu maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: X2 barəsində qəbul edilmiş MN ******* saylı, xx xxxxxxxx 2020-ci il tarixli qərarın ləğv edilməsi barədə şikayəti təmin edilməsin. Qərarın surəti rəsm qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Mirheydər Zeynalov
Məhkəmə qərarları › İş №3(008)-644/2021
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-644/2021
10.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver