Məhkəmə qərarları › İş №3(008)-6448/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-6448/2025

27.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-6448/2025 27.11.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, Nəsibova Əfsanə Elçin qızı katibliyi, inzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhəri Sabunçu Rayon İcra Şöbəsinin icra məmuru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, zərərçəkmiş şəxs X3 iştirakları ilə, xx.xx.1982-ci il tarixdə Ağsu rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu Rayon İcra Şöbəsindən daxil olmuş 27 noyabr 2025-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-521/2023 saylı xx.xx.2023-ci il tarixli icra sənədinə əsasən borclu icra sənədindəki tələbi yerinə yetirməkdən boyun qaçırmışdır. İcra sənədi üzrə Şəxs 9517 manat borcu yaranmışdır. Bununla da o, İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Bakı şəhəri Sabunçu rayon İcra şöbəsinin böyük icra məmuru X2 tərtib etdiyi inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat verərək bildirmişdir ki, Şəxs Azərbaycan Respublikası adından qəbul edilmiş və icrası bütün şəxslər üçün məcburi olan məhkəmə qərarının icrasını təmin etməmiş, icra sənədinin icrasından qərəzli olaraq yayınmış, icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Göstərilənlərə əsasən borclu şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, icra sənədi onun icraatına sonradan keçib, Şəxs yerini müəyyən etmək mümkün olmamışdır. Vaxt verilməsinə baxmayaq ödəniş edə bilmir. Şəxs tələbin könüllü icrası ilə bağlı bildirişi əvvəllər almasını təsdiq edən sənəd yoxdur, bugün təqdim edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, ondan və X4 müştərək qaydada X5 xeyrinə, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş maddi zərərin əvəzi olaraq 9517 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 115 manat 17 qəpik məbləğində pul vəsaiti tutulmalıdır. İcra sənədindən isə xəbərdar deyildir. Ona tələbin könüllü icrası ilə bağlı heç bir sənəd gəlməmişdir, sms-də göndərməmişlər. Bu günə qədər işsiz olduğu üçün ödəniş etməmişdir, hissə-hissə ödəyəcəkdir. Odur ki, iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X8 izahat verərək bildirmişdir ki, Şəxs və X4 müştərək qaydada onun xeyrinə, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş maddi zərərin əvəzi olaraq 9517 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 115 manat 17 qəpik məbləğində pul vəsaiti tutulmalıdır. Bu günə qədər heç bir ödəniş edilməmiş, aramızda razılığa gəlinməmişdir. Hətta o başqa məbləğ təklif etsə də ödəniş edilməmişdir. Belə ki, Şəxs barəsində uyğun tədbir görünməsini məhkəmədən xahiş edirəm. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 28 sentyabr 2023-cü il tarixli, e-2(008)- 521/2025 saylı icra sənədinə əsasən , Cavabdehlər Şəxs və X4 müştərək qaydada iddiaçı X3 xeyrinə, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş maddi ziyanın əvəzi olaraq 9517 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 115 manat 17 qəpik məbləğində vəsait tutulması nəzərdə tutulmuşdur; 27 noyabr 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Sabunçu Rayon Məhkəməsinin 2(008)521/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə Şəxs 9517 manat tutulub X6 ödənilməlidir. Nəticədə borclu Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir; İcraata başlamaq haqqında 27 dekabr 2023-cü il tarixli qərardan görünür ki, həmin qərar əsasında iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu Şəxs göndərilmişdir; Tələbin könüllü icrası haqqında 27 dekabr 2023-cü il tarixli bildirişin surətindən görünür ki, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 28 sentyabr 2023-cü il tarixli, e- 2(008)-521/2025 saylı icra sənədini könüllü icra etməsi xahiş olunmuş, həmin bildiriş xx.xx.2025-ci il tarixdə Şəxs təqdim edilmişdir; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 110.1-ci maddəsinə əasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər; 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. İnzibati xəta haqqında protokolu, icra məmurunun və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin izahatlarını, eləcədə inzibati materialda olan sənədləri nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında öz təsdiqini tapmamışdır. İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir; Məhkəmə baxışında müəyyən edilmişdir ki, Şəxs tələbin könüllü icrası haqqında bildirişi almamış, bu barədə ona qanunamüvafiq qaydada məlumat verilməmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, ondan və X4 müştərək qaydada X5 xeyrinə, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş maddi zərərin əvəzi olaraq 9517 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 115 manat 17 qəpik məbləğində pul vəsaiti tutulmalıdır. İcra sənədindən isə xəbərdar deyildir. Ona tələbin könüllü icrası ilə bağlı heç bir sənəd gəlməmişdir, sms-də göndərilməmiş, zəngdə olunmamışdır. Bu günə qədər işsiz olduğu üçün ödəniş etməmişdir, hissə-hissə ödəyəcəkdir. Odur ki, iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında icra məmuru Gülzar Hüseynova həmin halları təsdiq edərək verilmiş suallara cavab olaraq göstərmişdir ki, icra sənədi onun icraatına sonradan keçib, Şəxs yerini müəyyən etmək mümükün olmamışdır. Vaxt verilməsinə baxmayaq ödəniş edə bilmir. Şəxs tələbin könüllü icrası ilə bağlı bildirişi almasını təsdir edən sənəd yoxdur. Göründüyü kimi, Şəxs icra vərəqəsinin icrasından qərəzli olaraq yayınmamış, icra məmurunun qanuni tələblərinin yerinə yetirilməsindən boyun qaçırmamışdır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Şəxs barəsində hazırda tərtib edilmiş inzibati xəta haqqında protokol onun Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(008)521/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinin icrasından yayınması ilə bağlı tərtib edilmişdir. Lakin iş materiallarından görünür ki, Şəxs tələbin könüllü icrası haqqında bildirişi almamış, tələbin könüllü icrası barədə məlumatı olmamış, bugün yəni, xx.xx.2025-ci il tarixdə tələbin könüllü icrası barədə bildiriş ona təqdim edilmişdir. Belə olan halda hər hansı tələbin üzrsüz səbəbdən icra edilməməsi halı mövcud deyildir. Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasına əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsi inzibati məsuliyyətə səbəb olduğundan, hazırkı halda isə borclu Şəxs tərəfindən icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi halının mövcudluğu istisna olunduğundan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata barəsində inzibati icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elnurə Rəcəbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar