Məhkəmə qərarları › İş №3(008)-6452/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-6452/2025

27.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-6452/2025 27.11.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Günel İqbal qızının sədrliyi, Cəfərli Turanə Afrəddin qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Sabunçu rayon İcra Şöbəsinin böyük icra məmuru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxxx 1990-cı il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqıqnda protokola və ona əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə MN seriyalı ******* nömrəli, 27 noyabr 2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib olunaraq məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokola əsasən, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-567/2023-015 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən cavabdeh Şəxs tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Akif Mustafayev küçəsi, 6 saylı evin 13 saylı mənzilinin hörülmüş qapı və pəncərələrinin sökülməsi, cavabdeh Şəxs həmin qapı və pəncərələrə bitişik olan mənzilə aid balkon sahəsindən çıxarılması və cavabdeh Şəxs tərəfindən qeyri-qanuni tikilmiş balkon sökülməsi qət edilmiş, lakin borclu icra sənədini icra etməklə bağlı icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən icra etməmişdir. Məhkəmə iclasında İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Sabunçu rayon İcra Şöbəsinin böyük icra məmuru X3 bildirdi ki, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-567/2023-015 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən cavabdeh Şəxs tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Akif Mustafayev küçəsi, 6 saylı evin 13 saylı mənzilinin hörülmüş qapı və pəncərələrinin sökülməsi, cavabdeh Şəxs həmin qapı və pəncərələrə bitişik olan mənzilə aid balkon sahəsindən çıxarılması və cavabdeh Şəxs tərəfindən qeyri-qanuni tikilmiş balkonun sökülməsi qət edilmişdir. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-567/2023- 015 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi icra edilməsi üçün Bakı şəhəri Sabunçu rayon icra şöbəsinə daxil olmuş, icra sənədi icraata qəbul edilərək icraata başlanma haqqında qərar qəbul edilmiş, tələbin təmin edilməsi ilə əlaqədar Şəxs bildiriş təqdim edilmişdir. Cavabdeh Şəxs ərizə ilə müraciət edərək, tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Akif Mustafayev küçəsi, 6 saylı evin 13 saylı mənzilin hörülmüş qapı və pəncərələrin sökülməsi, cavabdeh Şəxs həmin qapı və pəncərələrə bitişik olan mənzilə aid balkon sahəsindən çıxarılması və cavabdeh Şəxs tərəfindən qeyriqanuni tikilmiş balkonun sökülməsinin hansı qaydada icra olunması barədə izah verilməsini xahiş etmişdir. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin qərardadı ilə qətnamənin izah edilməsi barədə cavabdeh Şəxs tərəfindən verilmiş ərizənin təmin edilməməsi qərara alınmışdır. İcra vərəqəsinin icrası ilə bağlı söküntü işlərinin aparılması nəzərdə tutulmuş ünvanda bir neçə dəfə müvafiq tədbirlər həyata keçirilmişdir. Sonuncu dəfə, 27 noyabr 2025-ci il tarixində söküntü işlərinin aparılması planlaşdırılan ünvanda olmuş və həmin vaxt Şəxs söküntü işlərinin aparılmasına etiraz etməmiş, şərait yaratmışdır. Sabunçu Rayon İcra Hakimiyyətinin nümayəndəsi və 147 nömrəli MKİS-in sədri icra yerində olmuşlar. Onlar tərəfindən bildirilmişdir ki, qeyd olunan bina qəzalı vəziyyətdədir və bu səbəbdən söküntü işlərinin aparılması mümkün deyil. Həmçinin binanın qəzalı olması barədə rəy təqdim edilmiş, əlavə olaraq Fövqəladə Hallar Nazirliyi tərəfindən həmin binanın qəzalı bina kimi qeydiyyata alındığı qeyd olunmuşdur. Məsul şəxslər tərəfindən vurğulanmışdır ki, istənilən söküntü işləri binanın çökməsinə səbəb ola bilər. Üst mərtəbələrdə yaşayan sakinlər də söküntü işlərinin aparılmasına etiraz etmiş, icra zamanı mənzil sahibləri tərəfindən soruşulmuşdur ki, söküntü işləri aparılacağı təqdirdə baş verə biləcək nəticələrə görə məsuliyyəti kim daşıyır. O, öz növbəsində bildirmişdir ki, o, dövlət orqanının çıxardığı qətnamənin icrası məqsədilə ərazidədir və söküntü işlərindən doğa biləcək nəticələrə görə məsuliyyət daşımır. Həmin an orada olan məsul şəxslərdən heç biri eyvanın sökülməsinə razılıq verməmiş, bunun çox təhlükəli ola biləciyini bildirmiş və baş verə biləcək fəsadlara görə məsuliyyət daşımadıqlarını bildirmişlər. Qeyd olunan halları nəzərə alaraq, Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən inzibati məsuliyyət tədbirinin tətbiq olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati protokol tərtib edilmiş şəxs Şəxs izahatında göstərmişdir ki, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-567/2023- 015 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən, onun tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Akif Mustafayev küçəsi, 6 saylı evin 13 saylı mənzilinin hörülmüş qapı və pəncərələrinin sökülməsi, həmçinin həmin qapı və pəncərələrə bitişik olan mənzilə aid balkon sahəsindən çıxarılması və qeyri-qanuni tikilmiş balkonun sökülməsi qət edilmişdir. Qeyd edilən icra prosesi zamanı icra vərəqəsinin icrasından imtina etmir. Lakin, bina qəzalı vəziyyətdədir və bu səbəbdən söküntü işlərinin aparılması mümkün deyil. Məsul şəxslər tərəfindən vurğulanmışdır ki, hər hansı söküntü işləri binanın çökməsinə səbəb ola bilər. Üst mərtəbələrdə yaşayan sakinlər də söküntü işlərinin aparılmasına etiraz edir. İcra zamanı mənzil sahibləri tərəfindən soruşulmuşdur ki, söküntü işləri aparılacağı təqdirdə yaranacaq nəticələrə görə məsuliyyəti kim daşıyır. O, söküntü işlərinin aparılmasına etiraz etmədiyini, lakin binanın qəzalı vəziyyətdə olması və söküntü nəticəsində çökmə təhlükəsi yarandığından, bu halda qonşular qarşısında məsuliyyət daşımaq istəmədiyini bildirmişdir. Binanın sökülməməsinin səbəbinin onunla bir əlaqəsinin olmadığını, həmin an orada olan məsul şəxslərdən heç birinin eyvanın sökülməsinə razılıq vermədiyini, bunun çox təhlükəli ola biləciyini və baş verə biləcək fəsadlara görə məsuliyyət daşımadıqlarını bildirdiklərini qeyd etmiş, onun özünün isə söküntü aparmaq səlahiyyətinə və fiziki imkanlara malik olmadığını qeyd etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İnzibati xəta haqqında iş materiallarına əlavə edilmiş inzibati xəta haqqında MN seriyalı ******* nömrəli, 27 noyabr 2025-ci il tarixli protokoldan görünür ki, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-567/2023-015 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən cavabdeh Şəxs tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Akif Mustafayev küçəsi, 6 saylı evin 13 saylı mənzilinin hörülmüş qapı və pəncərələrinin sökülməsi, cavabdeh Şəxs həmin qapı və pəncərələrə bitişik olan mənzilə aid balkon sahəsindən çıxarılması və cavabdeh Şəxs tərəfindən qeyri-qanuni tikilmiş balkonun sökülməsi qət edilmiş, lakin borclu icra sənədini icra etməklə bağlı icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən icra etməmişdir. İnzibati xəta haqqında iş materiallarına əlavə edilmiş Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-567/2023-015 nömrəli, xx.xx.2023-cü il tarixli icra vərəqəsindən görünür ki, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-567/2023-015 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən cavabdeh Şəxs tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Akif Mustafayev küçəsi, 6 saylı evin 13 saylı mənzilinin hörülmüş qapı və pəncərələrinin sökülməsi, cavabdeh Şəxs həmin qapı və pəncərələrə bitişik olan mənzilə aid balkon sahəsindən çıxarılması və cavabdeh Şəxs tərəfindən qeyri-qanuni tikilmiş balkonun sökülməsi qət edilmişdir. İnzibati xəta haqqında iş materiallarına əlavə edilmiş “İcraata başlamaq haqqında” 19 noyabr 2024-cü il tarixli qərardan görünür ki, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-567/2023-015 nömrəli, xx.xx.2023-cü il tarixli icra vərəqəsinin icrası ilə bağlı icraat başlanılmışdır. İnzibati xəta haqqında iş materiallarına əlavə edilmiş Bakı şəhəri Sabunçu rayon icra şöbəsinin 19 noyabr 2024-cü il tarixli məktubundan görünür ki, Şəxs tələbin könüllü icrası haqqında bildiriş göndərilmişdir. 27 noyabr 2025-ci il tarixli aktın surətindən görünür ki, icra vərəqəsinin icrası ilə bağlı söküntü işlərinin aparılması nəzərdə tutulmuş ünvana baxış keçirilmişdir. İcra yerinə gəlmiş 147 saylı MKİS-in rəisi X2 tərəfindən həmin ünvanın ünvan 2n qəzalı vəziyyətdə olduğuna) görə söküntü işlərinin aparılmasının mümkün olmaması, söküntü işləri aparıldığı təqdirdə üst mərtəbədə yerləşən çıxıntı eyvanın uçma ehtimalının qaçılmaz olduğu bildirilmiş, bununla bağlı xx.xx.2023-cü il tarixli rəy təqdim olunmuşdur. Bundan sonra həmin binanın üst mərtəbəsində yaşayan Elşən Zəkizadə icra yerinə yaxınlaşaraq, söküntü işlərinin aparılması halında onun da eyvanının uçması ehtimalının yüksək olmasını bildirərək söküntünün aparılmasına etiraz etmişdir.. Yaranmış vəziyyət nəzərə alınmaqla, söküntü işlərinin aparılması cavabdehin inzibati məsuliyyətə cəlb edilməsi məqsədilə təxirə salınmış və bu barədə tərəflərin iştirakı ilə müvafiq akt tərtib edilmişdir. Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ərəblinski küçəsi 3,5,7,9,11, Nazim İsmayılov küçəsi 66,68, Akif Mustafayev küçəsi 4, 6 və 8 saylı ünvanlarında yerləşən yaşayış binalarının texniki vəziyyəti barədə xx.xx.2023-cü il tarixli rəydən görünür ki, Bakı şəhəri Bakı şəhər İcra Hakimiyyətinin 09.01 2023-cü il tarixli 3-52/2- 11/2023 nömrəli və "xxxx" MTK-nın xx.xx.2023-cü il tarixli 02 nömrəli müraciətləri əsasında "Azərdövlətlayihə" Dövlət Baş Layihə İnstitutunun Texniki şöbəsinin və "xxxx" MTK-nın iştirakı ilə qeyd olunan ünvanlara baxış keçirilmiş və müəyyən olunmuşdur ki, binanın istismarı dayandırılmalı və bu barədə əlaqədar təşkilatlar məlumatlandırılmalı, sakinlər binadan köçürülməli, binaya giriş qadağan edilməli və binanın ətrafı şərti olaraq çəpərlənməli və xəbərdarlıq nişanları qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Məhkəmə icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını, eləcə də inzibati materialda olan sənədləri nəzərə alıb, icra işini nəzərdən keçirərək, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi ilə bağlı təqsirliliyi sübuta yetirilməmişdir. İş materiallarının məhkəmədə tədqiqi zamanı müəyyən edilmişdir ki, barəsində inzibati protokol tərtib edilmiş Şəxs Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)- 567/2023-015 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi üzrə icra məmurunun tələblərinin yerinə yetirilməsindən imtina etməmiş, əksinə, icranın faktiki yerinə yetirilməsinə razılıq vermişdir. İş materialları, həmçinin icra məmurunun özü tərəfindən məhkəmədə verilmiş izahat təsdiq edir ki, borclu Şəxs söküntü işlərinin aparılmasına etiraz etməmiş, söküntü işlərinin aparılması zamanı yalnız binanın qəzalı vəziyyətdə olması səbəbindən yaranacaq nəticələrə görə məsuliyyət daşımaq istəmədiyini bildirmişdir. Bu isə icra sənədindən imtina deyil, təhlükəsizliklə bağlı haqlı narahatlıqdır. Bundan başqa, xx.xx.2025-ci il tarixli aktda da əks olunmuşdur ki, söküntü işləri zamanı bina qəzalı vəziyyətdə olduğuna görə MKİS rəhbəri və Sabunçu RİH nümayəndəsi söküntüyə icazə verməmiş, üst mərtəbə sakinləri uçma təhlükəsinə görə icranın həyata keçirilməsinə etiraz etmişlər. Bu hallar icra prosesinin borcludan deyil, üçüncü şəxslərin və müvafiq dövlət orqanlarının etirazları səbəbindən dayandırıldığını təsdiq edir. İnzibati xəta haqqında protokol Şəxs guya icra məmurunun tələblərini “üzrsüz səbəbdən yerinə yetirməməsi” əsası ilə tərtib edilmişdir. Lakin, İXM-in 528.1-ci maddəsi (və ya tətbiq edilən müvafiq maddə) üzrə məsuliyyət yalnız borclu tərəfindən qəsdən, üzrsüz səbəbdən icranın yerinə yetirilməməsi halında yaranır. Bu işdə isə, binanın qəzalı olması barədə MKİS tərəfindən rəy təqdim edilmişdir. Beləliklə, təqdim olunmuş sənəd və məlumatlar Şəxs tərəfindən İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirliliyinin sübut edilməsi üçün yetərli olmamışdır. Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasına əsasən icra sənədinin borclu tərəfindən üzrsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyətə səbəb olduğundan, hazırkı halda isə borclu Şəxs asılı olmayan səbəblərdən icra sənədinin icrasının təxirə salınması və bununla da icra sənədinin üzrsüz səbəblərdən icra edilməməsi halının mövcudluğu istisna olunduğundan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata onun əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadığından Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə işə baxan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Günel Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar