Məhkəmə qərarları › İş №3(008)-6455/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-6455/2023

31.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-6455/2023 31.10.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X10 İmanovanın sədrliyi, Ayla Çingiz qızı Hacıyevanın katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Sabunçu DYPŞ YNH üzrə baş inspektor X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxxx 1992-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Məhkəməyə təqdim edilmiş 31 oktyabr 2023-cü il tarixli, AP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 20 sentyabr 2023-cü il tarixdə, saat 22:20 radələrində avtomobilin sahibinin yanında idarə etdiyi “Kia Optima” markalı, **-VL-*** dövlət qeydiyyat nişanlı avtomobili sürücülük hüququ olmadan və sərxoş vəziyyətdə idarə edərkən manevr qaydasını pozub idarəetməni itirərək ilk öncı avtomobil dairənin beton kənarına dəymiş, daha sonra qarşı yola çıxaraq əks istiqamətdə E.Mehdiyev küçəsi ilə hərəkətdə olan “Mercedes B.Actross” markalı, **-JA-*** dövlət qeydiyyat nişanlı pompa betonvuran avtomobilə və “X13” markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobillə arıdıcıl olaraq toqquşmuş və nəticədə X3 maddi zərər dəymişdir. Məhkəmə iclasında iştirak edən İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X7 təhqiqat materialı əsasında inzibati xəta haqqında protokol tərti etdiyini bildirərək Şəxs barəsində qanunamüvafiq tədbir görülməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs məhkəmə iclasında özünü təqsirli bilib izahatında göstərmişdir ki, o, hadisə günü alkoqol qəbul edərək sərxoş olmuşdur. Həmçinin, onun nəqliyyat vasitəsini idarə etmə hüququ yoxdur. Hadisə güün evdən zəng gəldiyindən təcili avtomobili idarə etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında verilmiş suala cavab olaraq Şəxs zəruri olduğundan sürücülük hüququ olmadan və sərxoş vəziyyətdə avtomobili idarə etdiyini, həmin vaxt tələsdiyini və taksi sifariş etməyi lazım bilmədiyini göstərmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 31 oktyabr 2023-cü il tarixli, AP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 20 sentyabr 2023-cü il tarixdə, saat 22:20 radələrində avtomobilin sahibinin yanında idarə etdiyi “Kia Optima” markalı, **-VL-*** dövlət qeydiyyat nişanlı avtomobili sürücülük hüququ olmadan və sərxoş vəziyyətdə idarə edərkən manevr qaydasını pozub idarəetməni itirərək ilk öncı avtomobil dairənin beton kənarına dəymiş, daha sonra qarşı yola çıxaraq əks istiqamətdə E.Mehdiyev küçəsi ilə hərəkətdə olan “Mercedes B.Actross” markalı, **-JA-*** dövlət qeydiyyat nişanlı pompa betonvuran avtomobilə və “X13” markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobillə arıdıcıl olaraq toqquşmuş və nəticədə X3 maddi zərər dəymişdir. “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında” 21 sentyabr 2023-cü il tarixli, 1/4466 nömrəli aktdan görünür ki, həmin tarixdə, saat 00:15 radələrində Şəxs alkoqol sərxoşluğu müəyyən edilmişdir. “Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” 20 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Şəxs AR İXM-nin 334.3-cü maddəsi lə məsuliyyətə cəlb edilməsi üçün materialların Sabunçu Rayon Polis İdarəsinin DYPŞ-nə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir . 334.3-cü maddəsinə əsasən bu Məcəllənin 334.1-ci maddəsində nəzərdə tutulmuş xətanın törədilməsi və yol hərəkəti qaydalarının pozulması nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə səkkiz yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir aydan iki ayadək müddətə inzibati həbs tətbiq olunur. 334.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iş materiallarını tədqiq edərək, məhkəmə iclasında iştirak edən şəxsin izahatını dinləyərək belə qənaətə gəlir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.3cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı, sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında 21 sentyabr 2023-cü il tarixli, 1/4466 nömrəli aktla, o cümlədən, iş materiallarına yazılı izahatları əlavə edilmiş X5, X1 və X2 göstərdikləri xüsusatlarla tam sübuta yetirilmişdir. Məhkəmə Şəxs sürücülük hüququ olmamaqla yanaşı sərxoş vəziyyətdə yüksək təhlükə mənbəyi olan avtomobili idarə etməsindən ibarət əməlinin ictimai təhlükəliliyini, həmin əməl nəticəsində avtomobili idarə edən şəxsin yalnız özünün deyil, digər vətəndaşların da (həmin avtomobildə və digər avtomobillərdə əyləşən sərnişinlərin, o cümlədən, piyadaların) həyat və sağlamlığını riskə atmasını, məhkəmə iclasında suallara verilmiş cavablarından hələ də əməlinin ictimai təhlükəliliyini dərk etməməsinin aydın göründüyünü nəzərə alaraq Şəxs barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş daha ciddi tənbeh tədbirinin tətbiq edilməsini inzibati tənbehin məqsədlərinin təmin edilməsi baxımından məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs inzibati xətanı törətməsini etiraf edərək əməlindən səmimi peşmanlıq çəkməsini onun məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hallar kimi inzibati xəta törətmiş şəxsin əməlini etiraf edərək səmimi peşman olmasını, məsuliyyətini ağırlaşdıran halların müəyyən edilmədiyini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 01 ay müddətə inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli 31 oktyabr 2023-cü il tarixdən, saat 15:20-dən hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə bilavasitə tabe olan X6 Saxlanılma Mərkəzinə tapşırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Nigar İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar