Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-6475/2025 11.12.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Samirə Məhəmməd qızının sədrliyi, Axund-zadə Ayşən Elimxan qızının katibliyi ilə, Hüquqi şəxs "xxxx" ASC-nin səlahiyyətli nümayəndəsi Nümayəndə iştirakları ilə, Hüquqi şəxs "xxxx" ASC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Məhkəmə müəyyənetdi: "xxxx" ASC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə xx.xx.2025-ci il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilmişdir. xx.xx.2025-ci il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında həmin protokoldan görünür ki, "xxxx" ASC sorğunu rəsmi qaydada aldğı vaxtdan 5 gün müddətində tələb olunan məlumatları verməmişdir. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxsin nümayəndəsi məhkəmə iclasında bildirmişdir ki, inzibati xətanı törədən şəxs barəsində məlumat verilməsinə dair onlara rəsmi qaydada bildiriş daxil olmamışdır. Xəbərnamədə göstərilən şəxs protokolda qeyd edilən vaxt həmin avtomobili idarə edən şəxs olmuş, bu barədə DYP-də məlumat olmuş və onlar buna əsasən həmin şəxslə telefon vasitəsilə əlaqə saxlamışlar. Ona zəng ediblər ki, nəqliyyat vasitəsini idarə edən həmin şəxs olsa da şirkətin rəhbəri idarəyə yaxınlaşmışdır. O, isə idarəyə yaxınlaşmamışdır. Nəqliyyat vasitəsini idarə edən şəxs məlumdursa, onun idarəyə getməsinə nə ehtiyac var. Həmin şəxsi inzibati məsuliyyətə cəlb etsinlər. Məhkəmədən qeyd edilənlərin nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumat verilməsinə baxmayaraq protokol tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin sorğu məktubundan görünür ki, "xxxx" ASC-nin mülkiyyətində olan “BYD DENZA N 9 PLUG İN HİBRİD” minik markalı, **-AA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmiş fiziki şəxs xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsi tərəfindən BYD DENZA N 9 PLUG İN HİBRİD” minik markalı, **-AA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumat verilməsi "xxxx" ASC-dən xahiş olunmuşdur; Hüquqi şəxsə ünvanlanmış sorğu məktubuna dair məhkəməyə təqdim edilən xəbərnamədən görünür ki, xəbərnaməyə şəxsən qeydinin qarşısında Hüseynov Sadiq qeydi edilmişdir; Elektron məlumat sistemindən çıxarışdan görünür ki, "xxxx" ASC-nin hüquqi ünvanı AZ 1034, ünvan 3 ünvanıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir; 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda nzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 109.2-ci maddəsinə əsasən həmin Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir; 347-ci maddəsinə əsasən, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə - vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. Məhkəmə inzibati xəta haqqında protokolu, ona əlavə edilmiş sənədləri və iş materiallarında olan digər sənədləri nəzərdən keçirərək hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə, inzibati xəta haqqında protokolu, iş materiallarında olan sübutların məcmusunu nəzərə alaraq belə qənaətə gəlir ki, "xxxx" ASC tərəfindən nəqliyyat vasitəsinin istifadəçisi barədə məlumat verilməməsi və bununla da, sonuncu tərəfindən İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradan hərəkətlərə yol verilməsi obyektiv sübutların məcmusu ilə öz təsdiqini tapmır. Belə ki, iş materiallarına əlavə olunmuş xəbərnamədən kim tərəfindən, "xxxx" ASC-nin hansı vəzifəli şəxsi tərəfindən sorğunun qəbul edilməsi aydın deyil, xəbərnamə imzalanmamış, şəxsən qeydinin qarşısında “Hüseynov Sadiq məlumat verilib” qeydi edilmişdir. Bundan başqa məhkəmə iclasında iştirak edən hüquqi şəxsin direktoru onlara inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini idarə edən şəxs barəsində məlumatların təqdim edilməsinə dair sorğu daxil olmadığını bildirmişdir. İnzibati Xətalar Məcəlləsinin 57.2-ci maddəsinə əsasən hüquqi şəxsə ünvanlanmış sənəd müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir.Xəbərnaməni imzalayan şəxsin hüquqi şəxsin hansı vəzifəli şəxsi olması qeyd edilməmişdir ki, bu da onun həqiqiətən qanunvericiliyin tələbinə uyğun olaraq hüquqi şəxsin vəzifəli şəxsi tərəfindən qəbul edilməsini, ümumiyyətlə hüquqi şəxslə əlaqəli bir şəxs olmasını şübhə altına alır. Qanunvericiliyin tələbinə uyğun olaraq isə aradan qaldırıla bilməyən bütün şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll olunur. Həmçinin, "xxxx" ASC-nin nümayəndəsinin iştirakı inzibati icraat zamanı təmin olunmadan, izahatı alınmadan barəsində inzibati xəta haqqında tərtib olunmuş protokol və məktub ünvanlarına rəsmi qaydada göndərilməmişdir. Odur ki, məhkəmə belə qənaətə gəlir ki, "xxxx" ASC-nin Sabunçu RPİ DYPŞ-nin sorğu məktubunu və barəsində tərtib olunmuş inzibati xəta haqqında protokolu qəbul etməsi öz təsdiqini tapmamışdır. Bundan başqa hüqui şəxsin nümayəndəsi məhkəmə iclasında bildirmişdir ki, xəbərnamədə qeyd edilən şəxs protokolda qeyd edilən vaxt həmin avtomobili idarə edən şəxs olmuş, bu barədə DYP-də məlumat olmuş və onlar buna əsasən həmin şəxslə telefon vasitəsilə əlaqə saxlamışlar. Nəqliyyat vasitəsini idarə edən şəxs məlum olduğu halda hüquqi şəxsə bununla bağlı sorğu verilməsinə ehtiyac yoxdur. AR İXM-nin 347-ci maddəsi ilə məsuliyyətin müəyyən olunmasında məqsəd inzibati xətanın törədilməsinə yol verən nəqliyyat vasitəsini idarə edən şəxsi müəyyənləşdirib məsuliyyətə cəlb etməkdir. İXM-nin 347-ci maddəsi hüquqi şəxsə məxus avtomobili idarə edib inzbati xəta törədən şəxsin məlum olmamasından və bununla bağlı səlahiyyətli orqanın sorğusuna tələb olunan vaxtda məlumatın verilməməsinə görə hüquqi şəxsin məsuliyyətə cəlb olunmasını nəzərdə tutulur. Hüquqi şəxsə məxsus nəqliyyat vasitəsini idarə edən şəxs məlum olduğu halda hüquqi şəxsə bununla bağlı sorğu ünvanlanmasına və onun məsuliyyətə cəlb olunmasına ehtiyac yoxdur. Beləliklə, məhkəmə işin obyektiv hallarını və yuxarıda sadalanan qanunun imperativ tələblərini nəzərə alıb belə qənaətə gəlir ki, inzibati xəta hadisəsi olmadığından "xxxx" ASC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 53, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: "xxxx" ASC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta hadisəsi olmadığından xitam verilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Samirə Məmmədli
Məhkəmə qərarları › İş №3(008)-6475/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-6475/2025
11.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver