Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(008)-6484/2024 23.09.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, Baxşiyev Yavər Qafil oğlunun katibliyi, X1 nümayəndəsi Bakı şəhəri 2 Saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakı ilə, X1 nümayəndəsi Vəkil TP ******* saylı, xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpa olunmasına dair vəsatətinə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X1 nümayəndəsi Vəkil şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, TP ******* saylı, xx.xx.2023-cü il tarixli qərarın ləğv edilməsini xahiş etmişdir. X1 nümayəndəsi Vəkil şikayət ərizəsinə əlavə etdiyi vəsatətində qeyd etmişdir ki, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərardan X12 Xidmətinin inspektoru, baş serjant X10 tərəfindən ona vurulmuş ziyanın icbari sığorta tərəfindən qarşılanacağı bildirildiyi üçün Kamran Şahbazov inspektorun sözünə arxayın olub şikayət verməmişdir. X5rşı ** NA *** dövlət qeydiyyat nişanlı Mercedes markalı avtomobilin sürücüsü X8 tərəfindən vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair iddia qaldırılmışdır. Bu səbəbdən o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərə əsasən, X6 tərəfindən TP seriyalı ******* saylı qərardan şikayətin verilməsi üçün müəyyən olunmuş müddətin buraxılmasının səbəblərini üzürlü hesab edərək, buraxılmış müddəti bərpa edilməsini xahiş etmişdir. Məhkəmə iclasında X1 nümayəndəsi Vəkil vəsatətdə göstərilənləri nəzərə alaraq şikayət verilməsi üçün nəzərdə tutulmuş prosessual müddət bərpa edilməsini xahiş etmişdir. Məhkəmə şikayət ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, qanunvericilikdə qərardan şikayət verilməsi üçün nəzərdə tutulmuş prosessual müddət üzrsüz səbəbdən buraxıldığından şikayətçi tərəfindən verilmiş buraxılmış müddətin bərpa olunmasına dair vəsatət təmin edilməməlidir. Belə ki, şikayətə əlavə edilmiş inzibati tənbeh vermə haqqında TP ******* saylı, xx.xx.2023-cü il tarixli qərardan görünür ki, X3 xx.xx.2023-cü il tarixdə saat 20:30-da “BMW X-5minik” markalı, **-TK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi göstərilmiş və barəsində 40 manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Lakin, iş materiallarına əlavə edilmiş inzibati tənbeh vermə haqqında qərarın xx.xx.2023-cü il tarixdə qəbul edilməsinə baxmayaraq, şikayət ərizəsi ilə məhkəməyə qərarın qəbul edildiyi tarixdən xeyli müddət keçdikdən sonra, yəni xx.xx.2024-cü il tarixdə müraciət olunmuş və şikayət ərizəsi xx.xx.2024-cü il tarixdə məhkəmənin icraatına daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. 130.1-ci maddəsinə əsasən, Bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. 130.2-ci maddəsində göstərilir ki, bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəblər nəticəsində buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilə bilər. 130.3-cü maddəsinə əsasən buraxılmış müddətin bərpası qeyri-mümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. Məhkəmə vəsatətdə göstərilənlərə münasibətdə ilk növbədə qeyd edir ki, verilmiş şikayət ərizəsinin məzmunundan da görünür ki, hadisə günü X6 barəsində İXM-nin 327.1ci maddəsi ilə təqsirli olması ilə bağlı protokol tərtib edildiyindən məlumatı olmuşdur. Bundan başqa verilmiş vəsatətdə X5rşı ** NA *** dövlət qeydiyyat nişanlı Mercedes markalı avtomobilin sürücüsü X8 tərəfindən vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair iddia qaldırılması, bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalması əsas gətirilmişdir. Lakin elektron məhkəmə sisteminə baxış zamanı X2 iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu rayon məhkəməsinə xx.xx.2023-cü il tarixdə müraciət edildiyi, X3 cavabdeh qismində işə cəlb edildiyi müəyyən edilmişdir. Göründüyü kimi, X3 məhkəmə mübahisəsindən məlumatı olmasına baxmayaraq üzrlü səbəb olmadan 1 ildən artıq müddət keçdikdən sonra müddətin bərpası barədə məhkəməyə vəsatət vermişdir. Beləliklə məhkəmə hesab edir ki, X6 barəsində tərtib edilmiş xx.xx.2023-cü il tarixli qərardan şikayət üçün Azərbaycan Respublikası İXM-nin 130.1-ci maddəsində nəzərdə tutulmuş şikayət vermə müddəti üzrlü səbəb olmadan buraxıldığından, həmin müddətin üzrlü səbəbdən buraxılmasını təsdiq edən heç bir sübut məhkəməyə təqdim olunmadığından və buraxılmış müddətin bərpası qeyri-mümkün hesab edildiyindən şikayətçinin nümayəndəsi tərəfindən verilmiş vəsatət təmin olunmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: X1 nümayəndəsi Vəkil xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan şikayət vermək üçün buraxılmış müddətin bərpasına dair vəsatəti təmin edilməsin. Qərardaddan, onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elnurə Rəcəbova
Məhkəmə qərarları › İş №3(008)-6484/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №3(008)-6484/2024
23.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver