Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-649/2021 10.02.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı şəh., Sabunçu Rayon Məhkəməsinin hakimi Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Ənvərli Ənvər Niyazi oğlunun katibliyi, Şikayətçi Zeynalov Kamran Namət oğlunun iştirakı ilə 25 aprel 1983-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəh., Sabunçu rayon, Bilgəh qəsəbəsi, Azərbaycan qadını küç., döngə 06, ev 27 ünvanda qeydiyyatda olan və yaşayan-Zeynalov Kamran Namət oğlunun Bakı şəh., DYPŞ-in 28 noyabr 2020-ci il tarixli, TP №4063343 saylı inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayətə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Zeynalov Kamran Namət oğlu Bakı şəh., DYPŞ-in 28 noyabr 2020-ci il tarixli, TP №4063343 saylı inzibati tənbeh vermə haqqında qərarından şikayət ilə məhkəməyə müraciət edərək, İXP ******* saylı inzibati tənbeh vermə haqqında protokolla 28 noyabr 2020-ci il tarixli TP ******* saylı qərarın ləvğ edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada məlumatlandırılmış inzibati xəta haqqında protokol tərtib etmiş inzibati orqan Bakı şəh., DYPŞ-in nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Bakı şəh., DYPŞ-in nümayəndəsinin iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında inzibati tənbeh vermə haqqında qərardan şikayət verən şəxs Zeynalov Kamran Namət oğlu göstərmişdir ki, xx xxxx 2020-ci il tarixdə M.Mehdizadə, küçəsində idarə etdiyi «az ** TH ***» dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə hərəkət edərkən, saat 11:04 radələrində yol patrul xidməti inspektoru onu saxlamış və inspektor tərəfindən barəsində protokol tərtib olunmuşdur. Həmin protokol əsasında barəsində TP ******* inzibati tənbeh vermə haqqında qərar qəbul olunaraq 60 manat məbləğində cərimə olunmuşdur. İnzibati tənbeh vermə haqqında qərarda onun İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə törətmiş olduğu xətaya görə məsuliyyət qeyd olunmuşdur. Bildirir ki, Mehdi Mehdizadə küçəsinin Yusif Səfərov küçəsi ilə kəsişməsində 3.1 və 4.1.1 yol nişanlarının olmamasına baxmayaraq barəsində protokol tərtib edilmişdir. Məhkəmədən şikayətin təmin olunması barədə qərar çıxarılmasını xahiş edir. Məhkəmə işdə iştirak edən şikayətçi Zeynalov Kamran Namət oğlunun izahatını dinləyib, Bakı şəh., DYPŞ tərəfindən qəbul edilmiş 28 noyabr 2020-ci il tarixli, TP №4063343 saylı inzibati tənbeh vermə haqqında qərarın qanuniliyini və əsaslığını iş üzrə olan materiallar əsasında yoxlayaraq hesab edir ki, şikayət təmin olunmamalıdır. İş materiallarına əlavə edilmiş 28 noyabr 2020-ci il tarixli, TP №4063343 saylı inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, barəsində inzibati xəta haqqın da iş üzrə icraat aparılan Zeynalov Kamran Namət oğlu 28 noyabr 2020-ci il tarixdə İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 «Giriş qadağandır» yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə-altmış manat məbləğində cərimə nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından-yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest verilir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinin tələbinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə şikayət verilir. Beləliklə də məhkəmə inzibati tənbeh vermə haqqında qərarı və digər sənədləri araşdıraraq hesab edir ki, Zeynalov Kamran Namət oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə inzibati xəta törətməsi tam sübuta yetirilir və Zeynalov Kamran Namət oğlunun şikayəti əsassız hesab olunaraq rədd edilməlidir. Qərarın ləğv olunması üçün K.N.Zeynalov tərəfindən heç bir tutarlı sübut məhkəməyə təqdim olunmamışdır. Beləliklə, məhkəmə işin hallarını tam və hərtərəfli araşdıraraq və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, Zeynalov Kamran Namət oğlunun Bakı şəh., DYPŞ-in 28 noyabr 2020-ci il tarixli, TP №4063343 saylı inzibati tənbeh vermə haqqında qərarından ləğv olunması barədə şikayəti təmin olunmamalıdır. Yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114, 128-130, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Zeynalov Kamran Namət oğlunun Bakı şəh., DYPŞ-in 28 noyabr 2020-ci il tarixli, TP №4063343 saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv olunması barədə şikayəti təmin olunmasın. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəh., Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Mirheydər Zeynalov
Məhkəmə qərarları › İş №3(008)-649/2021
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-649/2021
10.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver