Məhkəmə qərarları › İş №3(008)-6505/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №3(008)-6505/2023

01.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(008)-6505/2023 01.11.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Rzayev Anar Zahid oğlu, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri üzrə tərtib olunmuş inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri məhkəmə iclasında baxılmağa hazırlayarkən MÜƏYYƏN ETDİM: Bakı şəhəri Sabunçu RPİ-nin 14-cü Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında xx.xx.2023-cü il tarixli, MN № 18944175 saylı və xx.xx.2023-cü il tarixli MN № ******* saylı protokollardan görünür ki, vətəndaş Şəxs aqressivlik nümayiş etdirib açıqça hörmətsizlik ifadə edən hərəkətlər etməklə ictimai qaydanı və vətəndaşın dincliyini pozaraq ətrafdakıları təhqir etməklə xırda xuliqanlıq hərəkətləri törətmiş həmçinin polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Şəxs əməli Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə protokollaşdırılıb, baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmədə həmin inzibati protokolu və əlavə olunmuş materialları nəzərdən keçirilərkən bir sıra nöqsanların olması müəyyən olunmuşdur. Belə ki, Şəxs barəsində inzibati xəta haqqında protokollar tərtib olunarkən şəxsiyyətin təsdiq edən sənəd olmadan tərtib olunmuşdur, onun şəxsiyyəti qanunla müəyyən olunmuş qaydada təsdiq edilməmiş, izahatı alınmamışdir. Azərbaycan Respublikası İXM-nin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması zamanı qərardad qəbul edilir. Bunlara əsasən məhkəmə hesab edir ki, Şəxs barəsində tərtib olunmuş inzibati xəta haqqında protokollarda qeyd olunan natamamlığın aradan qaldırılması üçün Bakı şəhəri Sabunçu RPİ-nin 14-cü Polis Şöbəsinə geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Аzərbaycan Respublikası İXM-nin 109, 118-ci maddələrini rəhbər tutub, Q Ə R A R A A L D İ: Bakı şəhəri Sabunçu RPİ-nin 14-cü Polis Şöbəsindən Şəxs barəsində Azərbaycan Respublikası 510 və 535.1-ci maddələri ilə daxil olmuş inzibati xəta xx.xx.2023-cü il tarixli, MN № 18944175 saylı və xx.xx.2023-cü il tarixli MN № ******* saylı protokollar əlavə ona olunmuş sənədlərlə birlikdə Bakı şəhəri Sabunçu RPİ-nin 14-cü Polis Şöbəsinə geri qaytarılsın. Hakim: Anar Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar