Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-6507/2025 02.12.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Günel İqbal qızının sədrliyi, Ağayeva Aytac Elşən qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Sabunçu Rayon Dövlət X12 X7 üzrə inspektoru, polis leytenantı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxxx 1975-ci il tarixdə Ucar rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqıqnda protokola və ona əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə İXP seriyalı ******* nömrəli, 02 dekabr 2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib olunaraq məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokola əsasən, 20 sentyabr 2025-ci il tarixində, saat 01 radələrində, sürücü Şəxs alkoqollu içkilərdən istifadə etməsi nəticəsində sərxoş vəziyyətdə olarkən, “Nissan Tiida” markalı, **-GN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ş.Kamilov küçəsində bir istiqamətli yola çıxaraq qarşı tərəfdən hərəkət edən “Ford” markalı, **-SU-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön hissəsi ilə idarə etdiyi nəqliyyat vasitəsinin arxa sağ təkər hissəsinə toxunması nəticəsində “Ford” markalı, **-SU-*** dövlət qeydiyyat nişanlı avtomobil sol yan hissəsi üzərinə aşmışdır. Hadisə nəticəsində avtomobildə sərnişin qismində olan X3 ehtiyatsızlıqdan yüngül dərəcəli bədən xəsarəti yetirilmişdir. Məhkəmə iclasında İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Sabunçu Rayon Dövlət X12 X7 üzrə inspektoru, polis leytenantı X6 bildirmişdir ki, 20 sentyabr 2025-ci il tarixində, saat 01 radələrində, sürücü Şəxs alkoqollu içkilərdən istifadə etməsi nəticəsində sərxoş vəziyyətdə olarkən, “Nissan Tiida” markalı, **-GN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ş.Kamilov küçəsində bir istiqamətli yola çıxaraq qarşı tərəfdən hərəkət edən “Ford” markalı, **-SU- *** dövlət qeydiyyat nişanlı avtomobilin ön hissəsi ilə idarə etdiyi nəqliyyat vasitəsinin arxa sağ təkər hissəsinə toxunması nəticəsində “Ford” markalı, **-SU-*** dövlət qeydiyyat nişanlı avtomobil sol yan hissəsi üzərinə aşmışdır. Hadisə nəticəsində avtomobildə sərnişin qismində olan X3 ehtiyatsızlıqdan yüngül dərəcəli bədən xəsarəti yetirilmişdir. Yol-nəqliyyat hadisəsinin baş verməsinə səbəb sürücünün alkoqollu içki qəbul etməsi və nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə etməsi olmuşdur. Sürücü Şəxs törətdiyi hadisədə cinayət tərkibi müəyyən edilməmiş, cinayət işi başlanmasının rədd edilməsi haqqında qərar qəbul olunmuşdur. X6 barəsində İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə inzibati protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati protokol tərtib edilmiş şəxs Şəxs izahatında göstərmişdir ki, o,“Nissan Tiida” markalı, **-GN-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında, “BC” kateqoriyalı sürücülük vəsiqəsi ilə idarə etmişdir. 20 sentyabr 2025-ci il tarixdə, saat təxminən 01:00 radələrində qeyd olunan nəqliyyat vasitəsi ilə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Şamil Kamilov küçəsində yerləşən biristiqamətli yolda hərəkətdə olarkən, əks istiqamətdən gələn nəqliyyat vasitələrinin hərəkət zolağına daxil olmuş və üzü Sakit Qocayev küçəsi istiqamətində hərəkət etmişdir. Həmin yolu qismən qət etdikdən sonra “Giriş qadağandır” yol nişanının tələbinin pozulduğunu dərk etmiş və yolu tərk etmək məqsədilə hərəkətini davam etdirdiyi zaman yol ayrıcında “Ford” markalı, **-SU-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön hissəsi ilə onun idarə etdiyi avtomobilin arxa sağ təkər hissəsinə vurması nəticəsində nəqliyyat vasitəsi sol yan hissəsi üzərinə aşmışdır. Baş vermiş yol-nəqliyyat hadisəsi zamanı müraciətçi sol qol nahiyəsindən xəsarət almışdır. Bundan əlavə, hadisədən təxminən 2–3 saat əvvəl spirtli içki qəbul etdiyi və hadisə zamanı sərxoş vəziyyətdə olduğu müəyyən edilmişdir. “Ford” markalı, **-SU-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi ziyanın ödənilməsi məqsədilə tərəfindən hər ay 250 (iki yüz əlli) manat məbləğində ödənişin həyata keçirilməsini öhdəliyi götürür. Məhkəmə iclasında fiziki iştirak etməsi mümkün olmadığından video konfrans vasitəsilə iclasa qoşulmuş zərərçəkmiş şəxs X5 bildirdi ki, “Nissan Tiida” markalı, **-GN- *** dövlət qeydiyyat nişanlı avtomobilin iştirakı ilə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Şamil Kamilov küçəsində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində idarə etdiyi “Ford” markalı, **-SU-*** dövlət qeydiyyat nişanlı avtomobilə ümumilikdə 875 (səkkiz yüz yetmiş beş) manat məbləğində maddi ziyan dəymişdir. İnzibati xəta törətmiş şəxs tərəfindən zərərin ödənilməsi məqsədilə hər ay 250 (iki yüz əlli) manat məbləğində ödəniş həyata keçiriləcəyi təqdirdə, həmin şəxsə qarşı hər hansı şikayəti və ya tələbi yoxdur. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumat verilməsinə baxmayaraq, zərərçəkmiş şəxslər məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 62.4-cü maddəsinə əsasən işə zərərçəkmiş şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İnzibati xəta haqqında İXP seriyalı ******* nömrəli, 02 dekabr 2025-ci il tarixli protokoldan görünür ki, 20 sentyabr 2025-ci il tarixində, saat 01 radələrində, sürücü Şəxs alkoqollu içkilərdən istifadə etməsi nəticəsində sərxoş vəziyyətdə olarkən, “Nissan Tiida” markalı, **-GN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ş.Kamilov küçəsində bir istiqamətli yola çıxaraq qarşı tərəfdən hərəkət edən “Ford” markalı, **-SU-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön hissəsi ilə idarə etdiyi nəqliyyat vasitəsinin arxa sağ təkər hissəsinə toxunması nəticəsində “Ford” markalı, **-SU-*** dövlət qeydiyyat nişanlı avtomobil sol yan hissəsi üzərinə aşmışdır. Hadisə nəticəsində avtomobildə sərnişin qismində olan X3 ehtiyatsızlıqdan yüngül dərəcəli bədən xəsarəti yetirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X4” X11 məhkəmə-tibbi ekspertizanın 2162 nömrəli, 23 sentyabr 2025-ci il tarixli rəyindən görünür ki, X2 bədən səthində hər hansı xəsarət aşkarlanmamışdır. Sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında xx.xx.2025-ci il tarixli, 1/624 nömrəli aktdan görünür ki, xx.xx.2025-ci il tarixdə, vətəndaş Şəxs sərxoş vəziyyətdə olmuşdur. Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında 14 oktyabr 2025-ci il tarixli qərardan görünür ki, Şəxs yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alması faktı əsasında toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmiş, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 333.3-cü maddəsi ilə inzibati tədbir görülməsi məqsədi ilə qərarın sürəti Sabunçu RPİ-nin DYPŞ-nə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə - dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır; 333.3-cü maddəsinə əsasən 333.1-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə - nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla yeddi yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin etiraf edici izahatını, zərərçəkmiş şəxsin izahatını, inzibati xəta haqqında protokolu və iş materiallarını araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli olması tam sübuta yetirilir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hallar kimi inzibati xətanı törətmiş şəxsin əməlindən səmimi peşmançılıq çəkməsini (İXM 32.2) və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində həmin maddənin sanksiyasının hədləri daxilində nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmaqla cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3, 40, 43, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətinə nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmaqla 700 (yeddi yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı İXPellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər Sədrlik edən: Günel Məmmədova
Məhkəmə qərarları › İş №3(008)-6507/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-6507/2025
02.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver