Məhkəmə qərarları › İş №3(008)-6508/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-6508/2025

02.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-6508/2025 02.12.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, X15 qızı katibliyi, inzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhəri Sabunçu Rayon İcra Şöbəsinin böyük icra məmuru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs zərərçəkmiş şəxslər X3, X2, X8 iştirakları ilə, xx.xx.1972-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu Rayon İcra Şöbəsindən daxil olmuş 02 dekabr 2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2990/2025 nömrəli xx.xx.2025-ci il tarixli, 2(008)-3075/2025 nömrəli xx.xx.2025-ci il tarixli, 2(008)-3076/2025 nömrəli xx.xx.2025-ci il tarixli, 2(008)-3154/2025 nömrəli xx.xx.2025-ci il tarixli, 2(008)-3487/2025 nömrəli xx.xx.2025-ci il tarixli icra sənədləri üzrə icra məmurunun qanuni tələblərini qərəzli olaraq icra etməmişdir. Bununla da o, İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Bakı şəhəri Sabunçu rayon İcra şöbəsinin böyük icra məmuru X4 tərtib etdiyi inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat verərək bildirmişdir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilərək borcluya tələbin icrası üçün bildiriş göndərilmişdir. Şəxs Azərbaycan Respublikası adından qəbul edilmiş və icrası bütün şəxslər üçün məcburi olan məhkəmə qərarının icrasını təmin etməmiş, icra sənədinin icrasından qərəzli olaraq yayınmış, icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Göstərilənlərə əsasən borclu şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, oğlu şəhid olmuşdur, bu səbəbdən Gəncə Hərbi Məhkəməsində onun hüquqi varisi olaraq iştirak edir. Uzun müddətdir ki, məhkəmə iclasları davam edir, ayın 19-u məhkəmə işi yekunlaşacaqdır. Məhkəmə işi yekunlaşdıqdan sonra sığorta pulu alaraq bütün borcları ödəyəcəkdir. Hazırda səhhəti ilə bağlı problemlər olduğu üçün işləyə bilmədiyindən eyni zamanda maddi imkanı olmadığından icra sənədləri üzrə qedy edilən borclarını ödəyə bilmir. Odur məhkəmədən yanvarın 30-na qədər ona vaxt verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X7 izahat verərək bildirmişdir ki, Şəxs 1721.94 manat məbləğində ona borcu vardır. Bu günədək heç bir məbləğdə ödəniş etməmişdir, sonuncu dəfə hər ay hissə-hissə ödənilməsi ilə bağlı aralarında olan razılaşmaya əsasən sentyabr ayında ödəniş etmişdir. Lakin sentyabr ayından sonra yenidən ödənişlər etməmişdir. Odur ki, icra sənədində qeyd edilən icra ödənişinin ona tam şəkildə ödənilməsini, əks halda Şəxs barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X6 izahat verərək bildirmişdir ki, Şəxs 1215.58 manat məbləğində ona borcu vardır. Bu günədək heç bir məbləğdə ödəniş etməmişdir, sonuncu dəfə hər ay hissə-hissə ödənilməsi ilə bağlı aralarında olan razılaşmaya əsasən sentyabr ayında ödəniş etmişdir. Lakin sentyabr ayından sonra yenidən ödənişlər etməmişdir. Odur ki, icra sənədində qeyd edilən icra ödənişinin ona tam şəkildə ödənilməsini, əks halda Şəxs barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X13 izahat verərək bildirmişdir ki, Şəxs 1687.10 manat məbləğində ona borcu vardır. Bu günədək heç bir məbləğdə ödəniş etməmişdir, sonuncu dəfə hər ay hissə-hissə ödənilməsi ilə bağlı aralarında olan razılaşmaya əsasən sentyabr ayında ödəniş etmişdir. Lakin sentyabr ayından sonra yenidən ödənişlər etməmişdir. Odur ki, icra sənədində qeyd edilən icra ödənişinin ona tam şəkildə ödənilməsini, əks halda Şəxs barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2(008)- 3154/2025 nömrəli icra sənədinə əsasən cavabdeh Şəxs xx.xx.2020-ci il tarixli № ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 564 manat əsas, 28.20 manat cərimə olmaqla ümumilikdə 592.20 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməsi nəzərdə tutulmuşdur; İcraata başlamaq haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, həmin qərar əsasında iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu Şəxs göndərilmişdir; Tələbin könüllü icrası haqqında xx.xx.2025-ci il tarixli bildirişin surətindən görünür ki, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2(008)-3154/2025 nömrəli icra sənədini könüllü icra etməsi xahiş olunmuşdur; Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(008)-3075/2025 nömrəli icra sənədinə əsasən dəyəri 1650.60 manat olan “Samsung” markalı televizor cavabdeh Şəxs alınaraq iddiaçı X10 qaytarılması, əşya olmadığı halda, onun dəyərini təşkil edən 1650.60 manat məbləğində pul vəsaiti cavabdeh Şəxs tutularaq iddiaçı X10 ödənilməsi, 36.50 manat məbləğində dövlət rüsumu cavabdeh Şəxs alınıb iddiaçı X10 ödənilmsi, artıq ödənilmiş 5.50 manat məbləğində dövlət rüsumu dövlət büdcəsindən iddiaçı X10 qaytarılması nəzərdə tutulmuşdur; İcraata başlamaq haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, həmin qərar əsasında iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu Şəxs göndərilmişdir; Tələbin könüllü icrası haqqında xx.xx.2025-ci il tarixli bildirişin surətindən görünür ki, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(008)-3075/2025 nömrəli icra sənədini könüllü icra etməsi xahiş olunmuşdur; Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(008)-3076/2025 nömrəli icra sənədinə əsasən cavabdeh Şəxs 1215.58 manat məbləğinda borc iddiaçı X2 xeyrinə tutulması, ödənilmiş 36 manat dövlət rüsumunun 32.16 manat hissəsi cavabdehə aid edilməklə, ondan iddiaçının xeyrinə tutulması, dövlət rüsumunun qalan hissəsinin iddiaçıya aid edilməsi nəzərdə tutulmuşdr; İcraata başlamaq haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, həmin qərar əsasında iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu Şəxs göndərilmişdir; Tələbin könüllü icrası haqqında xx.xx.2025-ci il tarixli bildirişin surətindən görünür ki, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(008)-3076/2025 nömrəli icra sənədini könüllü icra etməsi xahiş olunmuşdur; Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(008)-2990/2025 nömrəli icra sənədinə əsasən Playstation 5 SLİM 1TB yaddaşa malik texnika cavabdeh Şəxs alınaraq, iddiaçı X5 verilməsi, əmlak olmadığı təqdirdə dəyəri 1721.94 manat cavabdeh Şəxs tutularaq, iddiaçı X5 ödənilməsi, 38 manat dövlət rüsumu cavabdehdən tutularaq, iddiaçıya qaytarılması nəzərdə tutulmuşdur; İcraata başlamaq haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, həmin qərar əsasında iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu Şəxs göndərilmişdir; Tələbin könüllü icrası haqqında xx.xx.2025-ci il tarixli bildirişin surətindən görünür ki, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(008)-2990/2025 nömrəli icra sənədini könüllü icra etməsi xahiş olunmuşdur; Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2(008)- 3487/2025 nömrəli icra sənədinə əsasən cavabdeh Şəxs iddiaçı "xxxx" KB ASC-nin xeyrinə 62.50 manat əsas, 13.16 manat faiz, 5.37 manat cərimə borcu olmaqla, cəmi 81.03 manat məbləğində borc və 30 manat məbəğində dövlət rüsumunun tutulması nəzərdə tutulmuşdur; İcraata başlamaq haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, həmin qərar əsasında iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu Şəxs göndərilmişdir; Tələbin könüllü icrası haqqında xx.xx.2025-ci il tarixli bildirişin surətindən görünür ki, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2(008)-3487/2025 nömrəli icra sənədini könüllü icra etməsi xahiş olunmuşdur; Borclunun axtarışı haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, borclu xx.xx.1972-ci il təvəllüdlü ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində axtarış elan edilməsi nəzərdə tutulmuşdur. Bir neçə icra sənədinin bir icraatda birləşdirilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2990/2025-012 nömrəli xx.xx.2025-cü il tarixli, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)- 3076/2025-010 nömrəli xx.xx.2025-cü il tarixli, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3075/2025-010 nömrəli xx.xx.2025-cü il tarixli, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-3154/2025-007 nömrəli xx.xx.2025- cü il tarixli, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-3487/2025-008 nömrəli xx.xx.2025-cü il tarixli icra sənədləri ümumi icraatda birləşdirilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ və İİ hissələrinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Məhkəmə qərarlarının icrasının məcburiliyi “Məhkəmələr və hakimlər haqqında” qanunun 5-ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə əsasən məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində göstərildiyi kimi, «Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar». Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. «İcra məmurları haqqında» Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən icra məmurlarının öz səlahiyyətləri hüdudunda irəli sürdükləri tələblər Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər üçün məcburidir. İcra məmurlarının qanuni tələblərini yerinə yetirməyən, ona həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. “Mülki və siyasi hüquqlar haqqında” Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən 16 dekabr 1966-cı il tarixdə qəbul edilmiş Beynəlxalq Paktın 11-ci maddəsinə və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 4 saylı Protokolunun 1-ci maddəsinə əsasən, heç kəs hər hansı bir müqavilə öhdəliyini ödəmək iqtidarında olmadığına görə azadlıqdan məhrum edilə bilməz. Şəxs məhkəmə iclasında hazırki icra sənədi üzrə borcu ödəyə bilməməsini göstərmiş, oğlunun şəhid olduğunu, məhkəmə işi yekunlaşdıqdan sonra sığorta vasitəsilə bütün borcları ödəyəcəyini, hazırda səhhəti ilə bağlı problemlər olduğu üçün işləyə bilmədiyindən eyni zamanda maddi imkanı olmadığından icra sənədləri üzrə qeyd edilən borclarını ödəyə bilmədiyini göstərmişdir. Məhkəmə qeyd edir ki, göstərilən səbəb icra sənədinin icra edilməməsinə əsas ola bilməz. Borclu bunu bilərəkdən və maliyyə imkanlarını "minimallaşdıraraq" öhdəlikdən qismən yayınırsa, bu, qərəzli və məqsədli yayınma kimi hüquqi qiymət ala bilər. Borclunun qəsdən yüksək əmək haqqı olan rəsmi işə düzəlməməsi, alternativ iş imkanları axtarmağa dair sübut təqdim etməməsi bütün bu hallar İXM-nin 528.1-ci maddəsinə əsasən "üzrsüz səbəbdən icra sənədinin tələblərini yerinə yetirməmək" kimi qiymətləndirilə bilər və qərəzli yayınma faktını sübut edir. Məhkəmə onu da xüsusi olaraq vurğulayır ki, Şəxs Dövlət adından çıxarılmış məhkəmə qətnaməsinə etinasız yanaşmasının ictimai təhlükəliliyi ondan ibarətdir ki, bu hərəkətlərə yol verməklə o, məhkəmə orqanlarını nüfuzdan salır və bununla da, vətəndaşların məhkəmə sisteminə inamını azaldır. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, icra məmurunun, zərərçəkmiş şəxsin və barəsində inzibati iş üzrə icraat aparılan şəxsin çıxışları, həmçinin inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, barəsində protokol tərtib etmiş şəxs Şəxs məhkəmə qətnaməsi ilə üzərinə qoyulmuş öhdəliyini üzrsüz səbəbdən yerinə yetirməyərək icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədinin icrasını təmin etməmişdir. Şəxs icra sənədində qeyd olunan pul məbləğinin ödənilməsi tələbi qoyulsa da, o, məhkəmə qərarında göstərildiyi qaydada icranı təmin etməmiş, icra sənədinin icrasına laqeydlik göstərmiş və səhlənkar yanaşmışdır. Bu isə öz növbəsində keçən müddət ərzində icrası məcburi olan Azərbaycan Respublikası adından qəbul edilmiş məhkəmə aktına vətəndaşın səthi və etinasız yanaşmasına dəlalət edir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini, habelə iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinməli və ona adıçəkilən maddənin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 500 (beş yüz) manat məbləğində cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elnurə Rəcəbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar