Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-6520/2025 04.12.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Samirə Məhəmməd qızının sədrliyi, Axund-zadə Ayşən Elimxan qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhəri Sabunçu Rayon İcra Şöbəsinin icra məmuru X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1985-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair Bakı şəhər Sabunçu Rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, Məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu Rayon İcra Şöbəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs Ucar Rayon Məhkəməsinin 2(063)-630/2025 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədini icra etməyərək ümumilikdə icra sənədi üzrə 540 manat aliment borcunu ödəməməklə AR İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Bakı şəhəri Sabunçu Rayon İcra şöbəsinin icra məmuru X7 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək əlavə olaraq bildirmişdir ki, tərəfindən aparılmış hesablama nəticəsində müəyyən olunmuşdur ki, Ucar Rayon Məhkəməsinin 2(063)-630/2025-nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədi üzrə Şəxs aliment borcu 540 manat təşkil etmişdir. Bu gün də valideyni tərəfindən 250 manat da ödəniş edilmişdir. Tələbkarın bildirməsinə əsasən 100 manat da bir dəfə ödəniş olunmuşdur. Bu günə olan borc məbləği 190 manat təşkil edir. Tələbkar borcunun tam şəkildə ödənilməsini tələb edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq olunmasını xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, alimenti davamlı şəkildə ödəmişdir. Yığılıb qalan hissə alimentin hesablandığı vaxtdan irəli gələn aliment borcudur ki, ondan məlumatı olmamışdır. Məlumatı olduğu vaxtdan ona deyilən 180 manat aliment ödənişini həyata keçirmişdir. Hazırda səhhətində müəyyən problem vardır. Ailə həyatında baş verənlərdən dolayı sarsıntı keçirmişdir. Ona görə işləmir. Onun aliment borcu 190 manat təşkil edir. Onu da ödəyəcəkdir. Məhkəmədən qeyd edilənlərin nəzərə alınmasını xahiş etmişdir. Zərərçəkmiş şəxs X3 ilə telefon vasitəsilə əlaqə saxlanılan zaman sonuncu bildirmişdir ki, borclunun bü günə olan aliment borcu 190 manat təşkil edir. Borclu alimenti yalnız onun icra məmuruna məlumat verməsindən, barəsində məcburi gətirilmə tətbiq edilməsindən sonra ödəyir. Borclu könüllü olaraq alimenti ödəmir. Onun istəyi də alimenti cəm şəkildə almaqdır. Borclu az-az ödənişlər edir ki, onunla da uşağın tələbatlarını qarşılaya bilmir. Uşağın alergiyası var, boğazında artıq əti vardır, əməliyyat olunmalıdır. Bunları təkbaşına qarşılamaqda çətinlik çəkir. Borclunun isə çox yaxşı imkanı var, lakin maddi baxımdan köməklik etmir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Ucar Rayon Məhkəməsinin 2(063)-630/2025 saylı, xx.xx.2025 saylı icra vərəqəsindən görünür ki, xx.xx.2017-ci il təəvllüdlü X5 yetkinlik yaşına çatana qədər saxlanılması üçün 15 aprel 2025-ci il tarixdən başlayaraq, cavabdeh Şəxs Ramin oğlundan iddiaçı X1 xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,45 misli həddində aliment tutulması qət edilmişdir. İcraata başlamaq haqqında xx.xx.2025-ci il tarixli qərarın surətindən görünür ki, Ucar Rayon Məhkəməsinin 2(063)-630/2025 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədi üzrə icraata başlanılmış və borcluya icranı könüllü olaraq təmin etməsi, əks halda borclu barəsində məcburi icra tədbirlərinin görüləcəyi bildirilmişdir. Tələbin könüllü icrası haqqında xx.xx.2025-ci il tarixli bildirişdən görünür ki, Ucar Rayon Məhkəməsinin 2(063)-630/2025 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədində göstərilən tələbin könüllü icra edilməsi xahiş olunmuş, tələb üzrsüz səbəbdən icra edilmədiyi halda icranın məcburi qaydada təmin ediləcəyi qeyd edilmişdir. Ödəniş qəbzlərinin surətindən görünür ki, müxtəlif vaxtlarda Şəxs tərəfindən X2 xx.xx.2025-ci il tarixdə 320 manat, xx.xx.2025-ci il tarixdə isə 250 manat ödəniş edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. İnzibati xəta haqqında protokolu, icra məmurunun və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını, eləcə də inzibati materialda olan sənədləri nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Belə ki, məhkəmə iclasında barəsində inzibati qaydada icraat aparılan şəxsin, icra məmurunun izahatları əsasında, o cümlədən, məhkəməyə təqdim edilmiş icra işində olan sənədlərlə, ödəniş qəbzləri ilə Şəxs məhkəmə qətnaməsi ilə müəyyən edilmiş pul məbləğini ödəməkdən qərəzli olaraq yayınması öz təsdiqini tapmamışdır. Məhkəmə Şəxs tam şəkildə ödənilməsə də müxtəlif vaxtlarda davamlı olaraq hər ay ödənişlər etməsini, bu günə olan aliment borcunun 190 manat təşkil etməsini nəzərə alaraq hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə qətnaməsini üzürsüz səbəbdən icra etməməsi müəyyən olunmamışdır. Şəxs aliment üzrə borc məbləğini tam ödəyə bilməməsinə baxmayaraq hissə-hissə də olsa ödənişlər edərək məhkəmə qətnaməsinin icrası istiqamətində addımlar atmışdır. Borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olmasına baxmayaraq məhkəmə qərarını icra etməməsi icra sənədinin icrasından üzrsüz səbəbdən yayınma kimi qiymətləndirilə bilər. Hazırki halda isə icra məmuru tərəfindən tərtib olunan inzibati xəta haqqında protokolda və ona əlavə olunmuş sənədlərdə borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanın olmasını təsdiq edən hər hansı sübuta rast gəlinməmişdir. Yuxarıda sadalanan qanunun tələbləri və işin halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasına əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsi və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsi inzibati məsuliyyətə səbəb olduğundan, hazırkı halda isə borclu Şəxs tərəfindən bu halların mövcudluğu istisna olunduğundan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Samirə Məmmədli
Məhkəmə qərarları › İş №3(008)-6520/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-6520/2025
04.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver