Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-6531/2025 08.12.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Samirə Məhəmməd qızının sədrliyi, Axund-zadə Ayşən Elimxan qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və müdafiəçisi X1 inzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 12-ci PŞ-nin polis sahə inspektoru, polis baş leytenantı X3 iştirakları ilə, xx.xx.1996-cı ildə Tovuz rayonu, K.Əlibəyli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fəhlə işləyən, Tovuz rayonu, K.Əlibəyli kəndində qeydiyyatda olan, Bakı şəhəri, Sabunçu rayonu, Qala Ramana qəsəbəsi, A.A.Bakıxanov küçəsi 25, nömrəsiz evdə yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Məhkəmə MÜƏYYƏN ETDİ : Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli, MN ******* saylı və MN ******* saylı inzibati xəta haqqında protokollara əsasən Şəxs xx.xx.2025-ci il tarixdə Ramana qəsəbəsi, A.ünvan 1 ünvanında yaşayan Şəxs polis əməkdaşlarına tabe olmayaraq müqavimət göstərmiş və polis əməkdaşlarının çağırışına məhəl qoymayaraq onları təhqir etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin polis sahə inspektoru, polis baş leytenantı X5 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək Şəxs AR İXM-nin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinərək barəsində qanuna uyğun qərar qəbul edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahatında göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə yaşadığı ünvana polis əməkdaşları yaxınlaşmış, o və ailə üzvləri polis əməkdaşlarının evə yaxınlaşmasından qorxduqları üçün aralarında bir qədər mübahisə baş vermişdir. Daha sonra polis əməkdaşları onu bölməyə aparmışlar. Onların qonşuluğuna yeni köçmüş bir xanımı bir neçə dəfə bir oğlanla maşının içərisində darvazasının qarşısında görmüşdür. Axrıncı dəfə təxminən 1 ay əvvəl onları görmüşdür. Həmin oğlana yaxınlaşıb burada nə işlə məşğul olmalarını soruşmuşdur. Qonşusu Ehtiram da onunla birlikdə olmuşdur. Həmin oğlan xanımın nişanlısı olduğunu bildirmişdir. Bundan sonra onlar həmin xanımın evinə gedib onun bacısından həqiqətən həmin oğlanın bacısının nişanlı olub-olmamasını soruşmuşlar. Həyəy çıxdıqda həmin oğlan ondan maşından telefonu götürməyə icazə verməsini istəmiş, o razılaşmışdır. O maşına minib oradan qaçmağa çalışmışdır. Bu vaxt arxada olan kamaza dəymişdir. Ola bilsin həmin vaxt xəsarət almışdır. Lakin o və Ehtiram həmin oğlanı döyməmişlər. Sadəcə polis çağıracaqlarını bildirmişlər. Polis əməkdaşı bir dəfə onun izahatını almış, ikinci dəfə çağıranda isə o, işdə olduğu üçün gedə bilməmişdir. xx.xx.2025-ci il tarixdə polislər evə gələndə bir qədər onlarla kobud danışaraq bir dəfə artıq izahat verdiyini, ikinci dəfə onu niyə çağırdıqlarını soruşmuşdur. Bu zəmində aralarında mübahisə baş vermişdir. Valideyni və digər ailə üzvləri onun həbs olunacağından qorxduqları üçün onun getməməsini istəməmiş, bir qədər səs-küy salmışlar. Sonra polislər onu maşına mindirib bölməyə aparmışlar. O, polisləri söyüb, təhqir etməmişdir. Əməlindən peşmandır, himayəsində azyaşlı uşaqları vardır. Ailənin yeganə qazanc gətirənidir. Məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında müdafiəçi X2 bildirmişdir ki, Şəxs polisə müqavimət göstərmək niyyəti olmamışdır. Sadəcə qorxduğu üçün polis şöbəsinə getməkdən imtina etmişdir. O, polis əməkdaşlarını söyməmiş, onları təhqir etməmişdir. Ona görə hesab edir ki, Şəxs əməlində ona istinad edilən inzibati xətaların tərkibi yoxdur. Eyni zamanda Şəxs ilk dəfə məsuliyyətə cəlb olunur, himayəsində 7 aylıq uşağı vardır, ailənin yeganə qazanc gətirənidir. Məhkəmədən bütün bunların nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 bildirmişdir. ki, Şəxs təhqiqat zərurəti ilə bağlı polis şöbəsinə dəfələrlə çağırsalar da, həmin şəxs polis şöbəsinə gəlməmişdir. Müxtəlif bəhanələr gətirərək təhqiqat orqanından yayınmışdır. Əvvəl də həmin iş üzrə çağırmşlar, o zaman da gəlmədiyindən gedib evindən gətirmişlər. İzahatını aldıqdan sonra onu sərbəst buraxmışlar. Bu dəfə də telefon vasitəsilə çağıranda gəlməmiş, xx.xx.2025-ci il tarixdə yaşadığı Sabunçu rayonu, Ramana qəsəbəsi, A.ünvan 1 ünvanına günün birinci yarısı getmişlər, lakin evdə olmadığını bildirmişlər. Daha sonra yenidən yaxınlaşdıqda kobud, aqresiv danışaraq polis şöbəsinə gəlməkdən boyun qaçırmışdır. Ailə üzvləri də səs-küy yaradaraq polis şöbəsinə getməsinə maneə yaratmışlar. Eyni zamanda ünvansız küçə söyüşləri işlədərək onlarla mübahisə etməyə başlamışdır. Ətrafda yaşayan qonşular səs-küyə oraya yığışmışdır. Daha sonra onu polis şöbəsinə təmin etmişlər. Orada da səs-küy yaradaraq NH-nin iş rejimini pozmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 digər şahid X6 ilə oxşar məzmunda izahat vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 12-cü PŞ-dən daxil olmuş xx.xx.2025ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə Ramana qəsəbəsi, A.ünvan 1 ünvanında polis əməkdaşlarına qarşı tabesizlik göstərək onlara müqavimət göstərmişdir. Bu səbəbdən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi ilə bağlı inzibati xəta haqqında protokol tərtib edilmişdir; Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 12-ci PŞ-dən daxil olmuş 08 dekabr 2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2025-ci il tarixdə saat 19:30 radələrində Ramana qəsəbəsi, A.ünvan 1 ünvanında yaşayan Şəxs polis əməkdaşlarının çağırışına məhəl qoymayaraq onları təhqir etmişdir İş materiallarında olan Sabunçu RPİ-nin 12-cü PŞ-nin rəisinə ünvanlanmış raportdan görünür ki, Şəxs təhqiqat zərurəti ilə əlaqədar olaraq dəfələrlə polis şöbəsinə çağırılıb, lakin o müxtəlif bəhanələr gətirərək təhqiqat orqanından yayınmışdır. Bu səbəblə 12-ci PŞ-nin təhqiqatçısı, polis kapitanı X7 ilə birlikdə vətəndaş Şəxs yaşadığı Sabunçu rayonu, Ramana qəsəbəsi, A.ünvan 3 ünvanında olan zaman vətəndaşı yenidən Polis şöbəsinə dəvət etsələr də, vətəndaş onlarla aqresiv və kobud danışıqlara yol verərək Polis Şöbəsinə gəlməkdən imtina etmiş, eyni zamanda vətəndaş ünvansız küçə söyüşləri işlədərək polislə mübahisə etməyə başlamışdır. Bu zaman polis əməkdaşları tərəfindən vətəndaş Şəxs nizam-intizama dəvət edilərək təmkinli olunması tələb etsələr də, o, söhbətə məhəl qoymayaraq öz əməlinə davam etmişdir. Bundan sonra onlar Şəxs Polis şöbəsinə təmin etmişlər. Həmin şəxs Növbətçi Hissənin iş rejimini pozaraq səs-küy yaratmışdır. İnzibati qaydada tutma haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 21:00-da inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər inzibati xəta kimi müəyyən edilmişdir. 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. 31.4-ci maddəsinə əsasən Bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1 - 32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokolu, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs 07 dekabr 2025-ci il tarixdə polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamış, həmçinin xırda xuliqanlıq etmişdir. Bununla da, Məmmədov X4 Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən hal kimi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin səmimi peşmançılığını, ilk dəfə inzibati məsuliyyətə cəlb olunmasını, himayəsində azyaşlı uşağının olmasını, məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alaraq, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Məmmədov X4 Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsi ilə təqsirli bilinməli, İXM-nin 34.3-cü maddəsinə əsasən İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində həmin maddənin sanksiyasının hədləri daxilində İXM-nin 31.4 və 31.4-1-ci maddələrinin tələbləri nəzərə alınaraq müəyyən məbləğdə cərimə növündə inzibati tənbeh tətbiq edilməli və o, məhkəmə iclas zalından dərhal azad olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43- 48, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510, 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinin tələbinə uyğun olaraq İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilinərək 100 (bir yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Şəxs məhkəmə iclas zalından dərhal azad olunsun. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Saunçu Rayon Məhkəməsinin vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Samirə Məmmədli
Məhkəmə qərarları › İş №3(008)-6531/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-6531/2025
08.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver