Məhkəmə qərarları › İş №3(008)-6533/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-6533/2025

09.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-6533/2025 09.12.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Samirə Məhəmməd qızının sədrliyi, Axund-zadə Ayşən Elimxan qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhəri Sabunçu Rayon İcra Şöbəsinin icra məmuru X9, Zərərçəkmiş şəxs X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1983-ci il tarixdə Saatlı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Babək küçəsi, ev 1, A/Yda qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsi barədə Bakı şəhəri Sabunçu rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, Məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu Rayon İcra Şöbəsindən daxil olmuş 09 dekabr 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Sabunçu Rayon Məhkəməsinin 2(008)-1773/2025 nömrəli xx.xx.2025 tarixli icra vərəqəsi üzrə borclu Şəxs 7900 (yeddi min doqquz yüz) manat məbləğində borc və 99 (doxsan doqquz) manat məbləğində dövlət rüsumunun tutularaq X2 ödənilməsinə dair məhkəmə qətnaməsi icra olunmamışdır. Bununla da o, AR İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Bakı şəhəri Sabunçu rayon İcra şöbəsinin icra məmuru X10 inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat verərək əlavə olaraq bildirmişdir ki, Sabunçu Rayon Məhkəməsinin 2(008)-1773/2025 nömrəli xx.xx.2025 tarixli icra sənədi üzrə borclu Şəxs 7900 (yeddi min doqquz yüz) manat məbləğində borc və 99 (doxsan doqquz) manat məbləğində dövlət rüsumunu ümumilikdə 7999 (yeddi min doqquz yüz doxsan doqquz) manat borcdan heç bir ödəniş borclu tərəfindən həyata keçirilməmişdir. Tələbkar pulunun tam şəkildə ödənilməsini tələb edir. Tərəfindən inzibati xəta haqqında protokol tərtib olunaraq məhkəməyə təqdim olunmuşdur. Məhkəmədən Şəxs barəsində qanunauyğun tədbir görülməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X4 bildirmişdir ki, cavabdeh Şəxs indiyə kimi heç bir ödəniş etməmişdir. O, ilk əvvəl polisə müraciət etmişdir. Polis onu çağıran zaman 300 manat ödəniş etmişdir. Ondan sonra heç bir ödəniş etməmiş, telefonlarına zəng çatmamışdır. Bunun üzərindən 1 ildən çıx vaxt keçmişdir. Daha sonra o, məhkməyə mülki qaydada müraciət etmişdir. Məhkəmə onun iddiasını təmin etmişdir. Lakin bu günə qədər borclu heç bir ödəniş etməmişdir. Onun səhhətində problemlər var, o hər dəfə icra şöbəsinə gəlib getdikdə təzyiqi qalxır, halı pisləşir. O borcunun tam şəkildə ödənilməsini tələb edir. Əks halda borclu barəsində ciddi tədbir görülməsini tələb edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, öz ayağı sınmış, övladı xəstə olmuşdur. Ona görə ödənişlər edə bilməmişdir. Məhkəmə qərarının icraya yönəldilməsindən məlumatı olmuşdur. Lakin yuxarıda qeyd edilən səbəblərdən o,ödəniş edə bilməmişdir. Övladının xəstəliyinin müalicəsi ilə bağlı o, Naxçıvana Duzdağa getmişdir. Ona görə icra məmuru çağırdıqda gedə bilməmişdir. Övladı astma xəstəliyindən əziyyət çəkir. Ona başı qarışdığı üçün tələbkarla əlaqə saxlaya bilməmiş, onun borcundan ödəniş edə bilməmişdir. O, borcu tam şəkildə ödəyə bilmir. Ayda 300 manat ödəniş edə bilər. Məhkəmədən qeyd edilənlərin nəzərə alınmasını xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Sabunçu Rayon Məhkəməsinin 2(008)-1773/2025 nömrəli xx.xx.2025 tarixli, 31 iyul 2025-ci il tarixdə verilmiş icra vərəqəsindən görünür ki, X5 ilə Şəxs arasında xx.xx.2018-ci il tarixdə bağlanaraq, Bakı şəhəri 24 saylı notariat kontorunun xüsusi notariusu tərəfindən təsdiqlənmiş və reyestrdə 3M-236 nömrə ilə qeyd edilmiş “Kredit müqaviləsi” üzrə cavabdeh Şəxs 7900 manat məbləğində borcun və 99 manat məbləğində dövlət rüsumunun tutularaq X3 ödənilməsi qət edilmişdir. İcraata başlamaq haqqında xx.xx.2025 cü il tarixli qərarın surətindən görünür ki, Sabunçu Rayon Məhkəməsinin 2(008)-1773/2025 nömrəli xx.xx.2025 tarixli icra sənədi üzrə icraata başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu Şəxs göndərilmişdir. Borclunun axtarışı haqqında 21 avqust 2025-ci il tarixli qərardan görünür ki, borclu xx.xx.1983-cü il təvəllüdlü Şəxs barəsində axtarış elan edilmişdir. Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsi və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsi inzibati xəta kimi müəyyən edilmişdir. Həmin xətaya görə inzibati cərimə və ya inzibati həbs nəzərdə tutulmuşdur. Şəxs həmin inzibati xətanı törətməsi barəsində tərtib olunmuş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokol, icra vərəqəsi, bildiriş və işdə olan digər sənədlər ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, iş üzrə sübutları qiymətləndirərək, törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, ilk dəfə inzibati məsuliyyətə cəlb olunmasını, himayəsində yetkinlik yaşına çatmayan uşaqlarının olmasını, məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək ona həmin maddənin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Həmçinin məhkəmə inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırır ki, İXM-nin 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 500 (beş yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Samirə Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar