Məhkəmə qərarları › İş №3(008)-6534/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-6534/2024

03.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-6534/2024 03.10.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi ilə, Baxşiyev Yavər Qafil oğlunun katibliyi ilə, hüquqi şəxs Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi X6 iştirakı ilə, Hüquqi şəxs Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İnzibati xəta haqqında materialdan görünür ki, Özbəkistan Respublikasında qeydiyyatda olan hüquqi şəxs - “UzAuto Motors” şirkətindən ünvan 1 ünvanında qeydiyyatda olan hüquqi şəxs - "xxxx" MMC-nin ünvanına idxal olunmuş və gömrük rəsmiləşdirilməsi məqsədilə Dövlət Gömrük Komitəsinin “Şirvan” gömrük postuna təyinat alaraq xx.xx.2024-cü il tarixli **********7289 sorğu nömrəli gömrük bəyannaməsi ilə “sərbəst dövriyyə üçün buraxılış” gömrük prosedurunda rəsmiləşdirilmiş, ümumi invoys dəyəri 20475 ABŞ dolları təşkil edən “avtomobil ehtiyyatı hissələri” yükü xx.xx.2024-cü il tarixdə saat 16:05-də 30W820VA/304940AA dövlət nömrə nişanlı yük avtomobilində Dövlət Gömrük Komitəsi Xaçmaz Gömrük İdarəsinin “Samur” gömrük postundan keçirilməklə Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilmişdir. Lakin sözügedən yüklərin “Şirvan” gömrük postunda “şərbət dövriyyə üçün buraxılış” xüsusi gömrük prosedurunda rəsmiləşdirilməsi zamanı bəyannaməçi şirkət olan və ünvan 2 ünvanında qeydiyyatda olan hüquqi şəxs - Şəxs MMC tərəfindən mallar Azərbaycan Respublikasının gömrük ərazisinə gətirildikdən sonra, yəni xx.xx.2024-cü il tarixdə saat 17:00-da mallarla bağlı elektron formada **********5623 sorğu nömrəli qısa idxal bəyannaməsinin verildiyi müəyyən edilmişdir. Məhkəmə iclasında izahatı alınmış X7 hüquqi şəxs - Şəxsndə bəyannaməçi vəzifəsində işlədiyini, nümayəndəsi olduğu Şəxs MMC-nin gömrük brokeri fəaliyyəti ilə məşğul olduğunu, ölkə ərazisinə idxal (ixrac) olunmuş mallarla bağlı qısa idxal və ya gömrük bəyannamələrinin tərtib olunmasından ötrü mal idxal edən və ya ixrac edən xarici iqtisadi fəaliyyət iştirakçıları tərəfindən nümayəndəsi olduğu şirkətə müraciət olunduğunu, həmin müraciət əsasında müraciət edən şirkətlə nümayəndəsi olduğu şirkət arasında gömrük təmsilçiliyi haqqında müqavilənin bağlandığını, bağlanmış müqaviləyə uyğun olaraq müraciət edən şirkət tərəfindən xidmət haqqı məbləği ödənildikdən sonra şirkət tərəfindən təqdim olunmuş mal-müşayiət sənədləri əsasında qısa idxal və ya gömrük bəyannamələrinin tərtibatının həyata keçirildiyini, bu şirkətlərdən birinin də "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti olduğunu, həmin şirkətlə nümayəndəsi olduğu şirkət arasında bağlanmış müqaviləyə əsasən həmin şirkətin ünvanına idxal olunan mallarla bağlı qısa idxal və gömrük bəyannamələrini tərtib etdiklərini, 2024-cü ilin avqust ayında həmin "xxxx" MMC tərəfindən nümayəndəsi olduğu şirkətə müraiciət olunaraq 29 iyul 2024-cü il tarixli AZ-SKD-2024-051/1-2 nömrəli hesab-faktura sənədi, həmçinin həmin sənədə uyğun olaraq yol-nəqliyyat sənədi təqdim olunmaqla qısa idxal bəyannaməsinin tərtib olunmasının xahiş edildiyini, Şəxs ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsi və gömrük təmsilçiyinə dair müqaviləyə əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin idxal etdiyi yüklərlə bağlı qısa idxal bəyannaməsinin təqdim edilməsi öhdəliyinin nümayəndəsi olduğu Şəxs üzərində olduğunu, lakin müraciətin edildiyi tarixdə icraatlarında çoxsaylı müraciətlər mövcud olduğu üçün həmin şirkətin ünvanına 30W820VA/304940AA dövlət nömrə nişanlı yük avtomobilində idxal olunmuş “Chevrolet” markalı nəqliyyat vasitələri üçün ehtiyyat hissələri yükü ilə bağlı qısa idxal bəyannaməsinin sonrakı tarixdə tərtib edildiyini, qısa idxal bəyannaməsinin tərtib edildiyi zaman yüklərin artıq Azərbaycan Respublikasının gömrük sərhədini keçdiyini bildirmişdir. Verilmiş suallara cavab olaraq göstərmişdir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən lazımi məlumatlar onlara vaxtında təqdim edilmiş, lakin onların günahından qısa idxal bəyannaməsi vaxtında tərtib edilməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsinə məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan faktla bağlı izahatı alınmış X9 hüquqi şəxs - "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində kiçik mühasib vəzifəsində çalışdığını, nümayəndəsi olduğu "xxxx" MMC-nin 2018-ci ildə Azərbaycan Respublikasının vergi orqanlarında hüquqi şəxs qismində vergi ödəyicisi kimi qeydiyyata alındığını, şirkətin əsas fəaliyyət istiqamətinin ehtiyat hissələri şəklində “Chevrolet” markalı nəqliyyat vasitələrinin ölkə ərazisinə idxalı, ölkə ərazisində həmin hissələri komplektləşdirməklə avtomobilin istehsalını və ölkə daxilində satışını həyata keçirməkdən ibarət olduğunu, bu məqsədlə Özbəkistan Respublikasından həmin avtomobilin ehtiyyat hissələrini idxal etdiklərini, həmin ölkədə ticarət əlaqəsində olduqları şirkətin “UzAuto Motors” şirkəti olduğunu, həmin şirkətə 29 iyul 2024-cü il tarixli AZ-SKD- 2024-051/1-2 nömrəli hesab-faktura sənədi əsasında “Chevrolet” markalı nəqliyyat vasitəsinin ehtiyat hissələri yükünü sifariş verdiklərini, həmin yüklər ölkə ərazisinə gətirildikdən sonra onları “Şirvan” gömrük postunda müvafiq olaraq **********7289 sorğu nömrəli gömrük bəyannaməsi ilə “sərbəst dövriyyə üçün buraxılış” gömrük prosedurunda rəsmiləşdirdiklərini, yüklərin gömrük rəsmiləşdirilməsi ilə əlaqədar sənədlər ixracatçı şirkət tərəfindən bizə elektron formada göndərildiyini, özləri tərəfindən də də qısa idxal bəyannamələrinin tərtib edilməsi məqsədilə bəyannaməçi şirkət olan Şəxsnə elektron poçt vasitəsilə göndərildiyini, nümayəndəsi olduğu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Şəxs arasında gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsi və gömrük təmsilçiyinə dair müqavilənin mövcud olduğunu, müqavilənin şərtlərinə əsasən idxal etdikləri yüklərlə bağlı qısa idxal bəyannaməsinin təqdim edilməsi öhdəliyinin bəyannaməçi şirkət Şəxs üzərində olduğunu, lakin idxal etdikləri yüklərlə bağlı bəyannaməçi şirkət tərəfindən qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirildikdən sonra elektron formada verildiyini, qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinin səbəbi bundan ibarət olduğunu bildirmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli “gömrük orqanlarının X4 Sistemində və X3 qeydə alınmış məlumatlara baxış keçirilməsi haqqında” protokoldan görünür ki, hüquqi şəxs - "xxxx" MMC-nin ünvanına idxal olunaraq Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin “Şirvan” gömrük postunda xx.xx.2024-cü il tarixli **********7289 sorğu nömrəli gömrük bəyannaməsi ilə “sərbəst dövriyyə üçün buraxılış” gömrük prosedurunda rəsmiləşdirilmiş mallar xx.xx.2024-cü il tarixdə saat 16:05-də 30W820VA/304940AA dövlət nömrə nişanlı yük avtomobilində Dövlət Gömrük Komitəsi Xaçmaz Gömrük İdarəsinin “Samur” gömrük postundan keçirilməklə Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilmişdir. Lakin sözügedən yük avtomobilində idxal olunmuş mallarla bağlı elektron formada qısa idxal bəyannaməsi mallar Azərbaycan Respublikasının gömrük ərazisinə gətirildikdən sonra, yəni xx.xx.2024-cü il tarixdə saat 17:00-da verilmişdir. Təqdim olunmuş qısa idxal bəyannaməsinin sorğu nömrəsi **********5623-dür. İş materiallarında olan xx.xx.2024-cü il tarixli “gömrük orqanlarının X4 Sistemində mövcud olan məlumatlara baxış keçirilməsi haqqında” protokoldan görünür ki, hüquqi şəxs - "xxxx" MMC xx.xx.2018-ci il tarixdə Azərbaycan Respublikasının vergi orqanlarında ********** nömrəli VÖEN əsasında hüquqi şəxs qismində vergi ödəyicisi kimi qeydiyyata alınmışdır, vergi ödəyicisi kimi statusu aktivdir, hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəsi küçəsi, ev 4-dür, rəhbəri X5, rəhbərin daimi yaşayış üçün verilən icazə sənədinin nömrəsi 42608-dir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli “gömrük orqanlarının X4 Sistemində mövcud olan məlumatlara baxış keçirilməsi haqqında” protokoldan görünür ki, hüquqi şəxs - Şəxs MMC xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikasının vergi orqanlarında ********** nömrəli VÖEN əsasında hüquqi şəxs qismində vergi ödəyicisi kimi qeydiyyata alınmışdır, vergi ödəyicisi kimi statusu aktivdir, hüquqi ünvanı ünvan 2-dir, rəhbəri X8r, rəhbərin şəxsiyyət vəsiqəsinin fərdi identifikasiya nömrəsi 2RHU8UG-dir. İş materiallarında olan "xxxx" MMC (sifarişçi) ilə Şəxs MMC (gömrük təmsilçisi) arasında bağlanmış gömrük təmsilçiliyi haqqında xx.xx.2023-cü il tarixli 03/01/23 nömrəli müqavilənin 2.3-cü bəndindən görünür ki, malların gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsinin təqdim edilməsi təmin edilməsi gömrük təmsilçisi - Şəxs MMC-nin üzərindədir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Rəqəmsal İdarəetmə Baş İdarəsinin xx.xx.2024-cü il tarixli 3-33/140/039389 nömrəli xidməti qeydi ilə təqdim olunmuş məlumatlardan görünür ki, xx.xx.2024-xx.xx.2024-cü il tarixlərdə gömrük xidmətinin X1sa idxal və ya gömrük bəyannamələrinin tərtibatı fəaliyyətində texniki nasazlıqlar səbəbindən dayanmalar müşahidə edilməmişdir. Beləliklə, iş üzrə materiallardan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 16:05-də 30W820VA/304940AA dövlət nömrə nişanlı yük avtomobilində Dövlət Gömrük Komitəsi Xaçmaz Gömrük idarəsinin “Samur” gömrük postundan keçirilməklə Azərbaycan Respublikasının gömrük ərazisinə idxal olunaraq Dövlət Gömrük Komitəsinin “Şirvan” gömrük postuna təyinat almış və xx.xx.2024-cü il tarixli **********7289 sorğu nömrəli gömrük bəyannaməsi ilə “sərbəst dövriyyə üçün buraxılış” gömrük prosedurunda rəsmiləşdirilmiş ümumi invoys dəyəri 20475 ABŞ dolları təşkil edən “avtomobil ehtiyyatı hissələri” yükü ilə bağlı bəyannaməçi şirkət olan hüquqi şəxs - Şəxs MMC tərəfindən qısa idxal bəyannaməsi mallar Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməmişdir. Buna görə də Şəxs MMC barəsində 13 sentyabr 2024-cü il tarixli 10000-00086/24 saylı inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu, iş materiallarını araşdıraraq hesab edir ki, hüquqi şəxs Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinin tərkibi vardır. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il tarixli 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanının 5.12-ci maddəsinə əsasən həmin Məcəllənin 231.1, 480-505, 507, 509 və 546-cı maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi baxır. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsinə əsasən fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilir. Qısa idxal bəyannaməsinin verilməməsi bəyannaməçinin inzibati məsuliyyətinə səbəb olur, lakin gömrük rəsmiləşdirilməsinin və malların buraxılışının həyata keçirilməsinə mane olmur. Qısa idxal bəyannaməsinin formasını beynəlxalq standartlar və ticarət təcrübəsi nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. “Malların və nəqliyyat vasitələrinin gömrük sərhəddindən keçirilməsi üçün “Yaşıl dəhliz” və digər buraxılış sistemlərindən istifadə Qaydaları” nın təstiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 920 saylı, 21 may 2016-cı il tarxili fərmanının 2.2ci bəndinə əsasən qısa idxal bəyannaməsində risklərin təhlili, gömrük nəzarətinin düzgün aparılması üçün zəruri olan məlumatlar əks etdirilməli və malların gömrük sərhədini keçməsindən ən azı 1 (bir) saat əvvəl verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 7.3-cü maddəsinə hüquqi şəxslər mülkiyyət formasından, yerləşdiyi yerdən, təşkilati-hüquqi formasından və tabeliyindən asılı olmayaraq inzibati məsuliyyətə cəlb edilirlər. Həmin Məcəllənin 18.1-ci maddəsi ilə hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 18.6-cı maddəsinə əsasən Bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, səlahiyyətli orqanlar (vəzifəli şəxslər) bu Məcəllənin 18.2-ci maddəsində müəyyən edilmiş əsasların olması qənaətinə gəldikdə, inzibati xəta haqqında protokolu baxılmaq üçün məhkəməyə göndərirlər. Məhkəmə hesab edir ki, hüquqi şəxs Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə inzibati xəta törətməsi tam sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 148.1-ci maddəsinə əsasən gömrük sərhədindən keçirən malların və nəqliyyat vasitələrinin sahibi, yaxud onunla bağlanılan müqavilə əsasında gömrük brokeri bəyannaməçi ola bilər. İş üzrə materiallarda olan "xxxx" MMC (sifarişçi) ilə Şəxs MMC (gömrük təmsilçisi) arasında bağlanmış gömrük təmsilçiliyi haqqında xx.xx.2023-cü il tarixli 03/01/23 nömrəli müqavilənin 2.3-cü bəndindən görünür ki, malların gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsinin təqdim edilməsi təmin edilməsi gömrük təmsilçisi - Şəxs MMC-nin üzərindədir. Hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X7 məhkəmə iclasında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən lazımi məlumatlar onlara vaxtında təqdim edilmiş, lakin onların günahından qısa idxal bəyannaməsi vaxtında tərtib edilməmişdir. Beləliklə, Şəxs MMC ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında gömrük təmsilçiliyi haqqında xx.xx.2023-cü il tarixli 03/01/23 nömrəli müqavilənin olmasını, gömrük brokerinin qanunvericiliyə əsasən bəyannaməçi ola bilməsini, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən lazımi məlumatların vaxtında təqdim edilməsinə baxmayaraq Şəxs MMC-nin təqsiri ucbatından vaxtında qısa idxal bəyannaməsinin verilməməsini nəzərə alaraq məhkəmə hesab edir ki, hüquqi şəxs Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə təqsirli bilinməli və barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyirin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakretizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Hüquqi şəxs Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə hüquqi şəxs Şəxs MMC-yə həmin maddənin sanksiyası həddində cərimə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasıİnzibati Xətalar Məcəlləsinin 18.5, 40, 43, 48, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Hüquqi şəxs Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 1500 (min beş yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elnurə Rəcəbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar