Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-6536/2022 15.12.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X8 İmanovanın sədrliyi, Səbinə Pərvin qızı Nəsurullayevanın katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi X7, İnzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi Bakı şəhər Statistika İdarəsinin etibarnamə üzrə nümayəndəsi X1 iştirakları ilə, hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 389-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 389-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi Bakı Şəhər Statistika İdarəsi tərəfindən tərtib edilmiş 28 noyabr 2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokola əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 2022-ci il üzrə (aylıq) 12-ci istehsal (kənd təsərrüfatı) (Məhsulların istehsalı, təqdim edilməsi və xidmətlərin göstərilməsi haqqında) hesabatı oktyabr ayı üzrə noyabr ayının 5-ci iş günü, saat 13:00-dək təqdim edilməmişdir. Bununla da, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti İnzibati Xətalar Məcəlləsinin 389-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak etmiş səlahiyyətli orqanın nümayəndəsi X3 protokolun dəlillərinə uyğun izahat verərək barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs barəsində qanunamüvafiq tədbir görülməsini xahiş etmişdir. Məhkəmə iclasında verilmiş suala cavab olaraq X3 hesabatların müəssisələr tərəfindən hesabatların noyabr ayının 5-ci iş günü, saat 13:00-dək təqdim edilməsi barədə sistemdə məlumat olduğunu və bu barədə müəssisələrinin xəbərinin olduğunu, saat 13:00-da artıq sistem bağlandığından ondan sonra gələn hesabatların qəbul edilməsinin mümkün olmadığını bildirmişdir. Məhkəmə iclasında iştirak etmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi X2 hesabatın elə həmin gün, noyabr ayının 5-ci iş günü, saat 13:00-dən sonra verilməsinə baxmayaraq Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi Bakı şəhər Statistika İdarəsi tərəfindən qəbul edilmədiyini, bu səbəbdən də hesabatın verilməsinin mümkünsüz olduğunu bildirərək MMC barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən hüquqi şəxsin nümayəndəsi X9 MMC tərəfindən hesabatın noyabr ayının 5-ci iş günü, saat 13:00-dən sonra təqdim edilməsinə dair hər hansı sübutlarının olmadığını, bu barədə onlara telefon vasitəsi ilə məlumat verildiyini bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kommersiya qurumlarının dövlət reyestri məlumatları haqqında arayışdan görünür ki, "xxxx" MMC-nin hüquqi ünvanı ünvan 1 ünvanıdır. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi Bakı Şəhər Statistika İdarəsi tərəfindən hüquqi şəxs "xxxx" MMC-nə ünvanlanmış ******* saylı məktubdan görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 2022-ci il üzrə (aylıq) 12-ci istehsal (kənd təsərrüfatı) (Məhsulların istehsalı, təqdim edilməsi və xidmətlərin göstərilməsi haqqında) hesabatı oktyabr ayı üzrə noyabr ayının 5-ci iş günü, saat 13:00-dək təqdim edilmədiyindən müəssisə barəsində inzibati xəta haqqında iş üzrə icraata başlanılmış, hüquqi şəxsə 28 noyabr 2022-ci il tarixə, saat 10:00-a təyin olunmuş icraatda iştirakının təmin edilməsi məqsədi ilə Bakı şəhəri Statistika İdarəsinə dəvət olunması haqqında məktub ünvanlanmış və həmin məktubda hüquqi şəxsin nümayəndəsinin Bakı şəhəri Statistika İdarəsinə gəlmədiyi təqdirdə nümayəndənin iştirakı olmadan hüquqi şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsi ilə bağlı tədbirlərini həyata keçirilməsi bildirilmişdir. Bakı şəhəri Statistika İdarəsinin rəisi X4 tərəfindən tərtib edilmiş 28 noyabr 2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 2022-ci il üzrə (aylıq) 12-ci istehsal (kənd təsərrüfatı) (Məhsulların istehsalı, təqdim edilməsi və xidmətlərin göstərilməsi haqqında) hesabatı oktyabr ayı üzrə noyabr ayının 5-ci iş günü, saat 13:00-dək təqdim edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 389-cu maddəsinə əsasən statistik müşahidələrin aparılması üçün zəruri olan məlumatların təqdim edilməməsinə və ya vaxtında təqdim edilməməsinə, yaxud hesabatların təhrif edilməsinə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. “Rəsmi statistika haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin 4-cü hissəsinə əsasən Azərbaycan Respublikasının ərazisində yerləşən bütün hüquqi şəxslər (onların nümayəndəlik və filialları) və fiziki şəxslər dövlət (region) müşahidələrinin aparılması üçün lazım olan məlumatları müəyyən edilmiş həcmdə və müddətlərdə haqqı ödənilmədən kağız və ya müvafiq qanunvericiliyə uyğun olaraq məlumatların təqdim edilməsi təsdiq oluna bilən elektron sənəd formasında dövlət statistika orqanlarına təqdim etməyə borcludurlar; Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 25 fevral 2014-cü il 15/06 №li qərarı ilə təsdiq edilmiş 4-əmək №-li formaya uyğun olaraq bütün müəssisələr – hüquqi şəxslər və (və ya) onların filial və nümayəndəlikləri hesabatı yerləşdiyi rayonun (şəhərin) statistika orqanına və ya elektron formada (məlumatı) www.stat.gov.az internet səhifəsində real-vaxt rejimində təqdim etməlidir: - kiçik sahibkarlıq subyekti olmayanlar aylıq dövriliklə, hesabat ayından sonrakı ayın 15-dək; -kiçik sahibkarlıq subyektləri rüblük dövriliklə, hesabat rübündən sonrakı ayın 18-dək. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 2022-ci il üzrə (aylıq) 12-ci istehsal (kənd təsərrüfatı) (Məhsulların istehsalı, təqdim edilməsi və xidmətlərin göstərilməsi haqqında) hesabatı oktyabr ayı üzrə noyabr ayının 5-ci iş günü, saat 13:00-dək təqdim edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin : 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə araşdırması zamanı hüquqi şəxs hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti İnzibati Xətalar Məcəlləsinin 389-cu maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası həddində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 4851, 114-117, 128-130 və 389-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 389-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 300 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Hakim Nigar İmanova
Məhkəmə qərarları › İş №3(008)-6536/2022
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-6536/2022
15.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver