Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-6540/2025 10.12.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, məhkəmə iclasının katibi Şirinova Nuray ilqar qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhəri Sabunçu Rayon İcra Şöbəsinin icra məmuru İ dərəcəli ədliyyə qulluqçusu X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1986-cı il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Bakı şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu Rayon İcra Şöbəsindən daxil olmuş 10 dekabr 2025-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-6648/2015 nömrəli xx.xx.2015-ci il tarixli icra vərəqəsinə əsasən Şəxs tutularaq iki azyaşlı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 240 manat məbləğində sabit pul X3 xeyrinə ödənilməlidir. Hazırda Şəxs icra sənədi üzrə yaranmış 23800 manat aliment borcunu ödəməmişdir. Bununla da o, İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Bakı şəhəri Sabunçu Rayon İcra şöbəsinin icra məmuru İ dərəcəli ədliyyə qulluqçusu X2 tərtib etdiyi inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilərək borcluya tələbin icrası üçün bildiriş göndərilmişdir. Bundan sonra, dəfələrlə borclu Şəxs qətnamənin icrası tələb olunmuşdur. Borclu, Şəxs Azərbaycan Respublikası adından qəbul edilmiş və icrası bütün şəxslər üçün məcburi olan məhkəmə qərarının icrasını təmin etməmiş, icra sənədinin icrasından qərəzli olaraq yayınmış, icra məmuru İ dərəcəli ədliyyə qulluqçusunun qanuni tələblərini yerinə yetirməmişdir. Göstərilənlərə əsasən borclu şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 6648/2015 nömrəli xx.xx.2015-ci il tarixli icra vərəqəsinə əsasən ondan tutularaq iki azyaşlı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 240 manat məbləğində sabit pul X3 xeyrinə ödənilməsi nəzərdə tutulmuşdur. Əvvəl birlikdə normal bir ailə kimi yaşamışdırlar, uşaqlarının bütün ehtiyaclarını qarşılamışdır. Aralarında razılıq olduğundan zərərçəkmiş şəxs ondan aliment tələb etməmişdir. Hazırda isə birlikdə qalmadıqlarından ondan aliment tələb edir. 2021-ci ildən əlilliyə görə sosial müavinəti dayandırılmışdır. Səhhəti ilə bağlı problemlər olduğundan işləyə bilmir. Valideynləri sayəsində 100-200 manat məbləğində ödənişlər edə bilir. Hazırda çalışır ki, yenidən əlilliyə görə sosial müvanət ala bilsin. Eyni zamanda hazırda zərərçəkmiş şəxs X7 ilə aralarında razılığa gələrək hər ay icra sənədində qeyd edilən məbləğdə ödənişlər edəcəkdir. Odur ki, barəsində tərtib edilmiş inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X7 iştirak etmədiyindən onunla məhkəmə iclasında telefon vasitəsi ilə əlaqə yaradılmış, o, Şəxs tərəfindən hər ay icra sənədində qeyd edilən məbləğdə ödənişlər etməsi ilə bağlı onunla razılığa gəldiklərini, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 11 aprel 2016-cı il tarixli 2(005)- 6648/2015 saylı icra sənədinə əsasən Şəxs 16 avqust 2013-cü il təvəllüdlü X4 və 11 oktyabr 2014-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 120 manat sabit pul məbləğində aliment olmaqla, ümumilikdə 240 manat tutulub X5 verilməsi nəzərdə tutulmuşdur; İcraata başlamaq haqqında xx.xx.2018-ci il tarixli qərardan görünür ki, həmin qərar əsasında iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu Şəxs göndərilmişdir; Tələbin könüllü icrası haqqında xx.xx.2018-ci il tarixli bildirişin surətindən görünür ki, 11 aprel 2016-cı il tarixli 2(005)-6648/2015 saylı icra sənədini könüllü icra etməsi xahiş olunmuşdur; Tələbin könüllü icrası haqqında xx.xx.2018-ci il tarixli bildirişin surətindən görünür ki, Şəxs tələbin könüllü icrası haqqında xx.xx.2018-ci il tarixli bildirişi həmin tarixdə qəbul etmişdir; X3 xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, Şəxs ilə qarşılıqlı razılığa gəlmişdir, axtarış işinə xitam verilməsinə və məcburi icra tədbirlərinin görülməsinin dayandırlmasına və icra sənədinin məhkəməyə qaytarılmamasını xahiş edir. Şəxs ilə qarşılıqlı razılığa gələrək hər ay nəzərdə tutulan 240.00 (iki yüz qırx) manat aliment məbləğinin onun bank hesabına ödəyəcəyinə sair söz vermişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 110.1-ci maddəsinə əasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər; 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. İnzibati xəta haqqında protokolu, icra məmuru İ dərəcəli ədliyyə qulluqçusunun və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin izahatlarını, eləcədə inzibati materialda olan sənədləri nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında öz təsdiqini tapmamışdır. İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru İ dərəcəli ədliyyə qulluqçusu tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmuru İ dərəcəli ədliyyə qulluqçusunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir; Məhkəmə baxışında müəyyən edilmişdir ki, əvvəl birlikdə normal bir ailə kimi yaşamışdırlar, uşaqlarının bütün ehtiyaclarını qarşılamışdır. Aralarında razılıq olduğundan zərərçəkmiş şəxs ondan aliment tələb etməmişdir. Hazırda isə birlikdə qalmadıqlarından ondan aliment tələb edir. 2021-ci ildən əlilliyə görə sosial müavinəti dayandırılmışdır. Səhhəti ilə bağlı problemlər olduğundan işləyə bilmir. Valideynləri sayəsində 100-200 manat məbləğində ödənişlər edə bilir. Hazırda çalışır ki, yenidən əlilliyə görə sosial müvanət ala bilsin. Eyni zamanda hazırda zərərçəkmiş şəxs X7 ilə aralarında razılığa gələrək hər ay icra sənədində qeyd edilən məbləğdə ödənişlər edəcəkdir. Bu səbəbdən o, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Həmçinin, məhkəmə qeyd edir ki, Şəxs izahatından, X3 xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, X1 Elvin İlham oğlu ilə qarşılıqlı razılığa gəlmişdir, axtarış işinə xitam verilməsinə və məcburi icra tədbirlərinin görülməsinin dayandırlmasına və icra sənədinin məhkəməyə qaytarılmamasını xahiş edir. Şəxs ilə qarşılıqlı razılığa gələrək hər ay nəzərdə tutulan 240.00 (iki yüz qırx) manat aliment məbləğinin onun bank hesabına ödəyəcəyinə dair söz vermişdir. Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasına əsasən icra məmuru İ dərəcəli ədliyyə qulluqçusunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra vərəqəsinin üzrsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyətə səbəb olduğundan, hazırkı halda isə borclu Şəxs tərəfindən bu halların mövcudluğu istisna olunduğundan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata barəsində inzibati icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elnurə Rəcəbova
Məhkəmə qərarları › İş №3(008)-6540/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-6540/2025
10.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver