Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(008)-6550/2025 12.12.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, X6 iclas katibliyi, X1 iştirakı ilə, X4 Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən qəbul edilmiş 22 yanvar 2025-ci il tarixli, EP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayət verilməsi üçün müəyyən olunmuş prosessual müddətin bərpa olunması dair vəsatətə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Mərkəzi Bankının 22 yanvar 2025-ci il tarixli, EP seriyalı ******* nömrəli qərarı ilə X8 Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində inzibati xətanın bilavasitə obyekti olmuş 36037.78 ABŞ dolları valyuta vəsaiti məbləğinin 10 faizi miqdarında, yəni 3,603.78 ABŞ dolları məbləğində cərimə tənbeh növü tətbiq edilmişdir. X2 Azərbaycan Respublikasının Mərkəzi Bankının 22 yanvar 2025-ci il tarixli, EP seriyalı ******* nömrəli qərarından şikayəti verilməsi üçün müəyyən olunmuş müddətin bərpasına dair vəsatət vermişdir. Vəsatəti onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən barəmdə Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsi üzrə 08 yanvar 2025-ci il tarixli, EP seriyalı, ******* nömrəli İnzibati Xəta haqqında Protokol tərtib olunmuşdur. Həmin protokolda qeyd olunmuşdur ki, o 36037.78 ABŞ dolları məbləğində vəsaiti 24 noyabr 2022-ci il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 36037.78 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmişdir. Xətanın 25 noyabr 2025-ci il tarixdə onun qeydiyyatda olduğu ünvanda törədildiyi göstərilmişdir. Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən barəsində Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsi üzrə 08 yanvar 2025-ci il tarixli, EP seriyalı, ******* nömrəli İnzibati Xəta haqqında Protokol tərtib olunmuşdur. Həmin protokolda qeyd olunmuşdur ki, o 36037.78 ABŞ dolları məbləğində vəsaiti 24 noyabr 2022-ci il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 36037.78 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmişdir. Xətanın 25 noyabr 2025-ci il tarixdə mənim qeydiyyatda olduğum ünvanda törədilyi göstərilmişdir. Onun Azərbaycan Respublikası Mərkəzi Bankının “İnzibati tənbeh vermə haqqında” xx.xx.2025-ci il tarixli qərarından, tətbiq olunan inzibati cərimədən yalnız icra mərhələsində məlumatı olmuşdur. Belə ki, Sabunçu rayon İcra Şöbəsinin əməkdaşları tərəfindən məlumat verilmiş, yalnız həmin vaxt inzibati tənbeh növündə cərimələndiyinə dair məlumat əldə etmişdir. Onun Azərbaycan Respublikası Mərkəzi Bankının “İnzibati tənbeh vermə haqqında” xx.xx.2025ci il tarixli qərarından, tətbiq olunan inzibati cərimədən yalnız icra mərhələsində məlumatı olmuşdur. Belə ki, Sabunçu rayon İcra Şöbəsinin əməkdaşları tərəfindən məlumat verilmiş, yalnız həmin vaxt inzibati tənbeh növündə cərimələndiyinə dair məlumat əldə etmişdir. Məhkəmədən heç bir məlumat gəlmədiyi üçün Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə yaxınlaşıb, xx.xx.2025-ci il tarixdə həmin məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadını almışdır. Məhkəmənin qeyd olunan qərardadını əldə etdikdən sonra hər bir inzibati tənbeh vermə haqqında qərardan ayrılıqda şikayət yazmışdır. Odur ki, qeyd olunanları, onun haqsız yerə cərimə olunmağını nəzərə alaraq, Azərbaycan Respublikası Mərkəzi Bankının xx.xx.2025-ci il tarixli, EP seriyalı, ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarından şikayət vermək üçün nəzərdə tutulmuş müddəti ötürülməmiş hesab edərək, müddəti bərpa edilsin. Məhkəmə iclasında X8 izahat verərək bildirmişdir ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tərtib edilmiş inzibati tənbeh vermə haqqında protokollar ona göndərildikdən sonra sənədlərdəki yalnışlıqları düzəltməyə başı qarışdığından həmin qərarlardan prossesual müddəti ötürərək məhkəməyə şikayət vermişdir. Onun Azərbaycan Respublikası Mərkəzi Bankının “İnzibati tənbeh vermə haqqında” xx.xx.2025-ci il tarixli qərarından, tətbiq olunan inzibati cərimədən yalnız icra mərhələsində məlumatı olmuşdur. Belə ki, Sabunçu rayon İcra Şöbəsinin əməkdaşları tərəfindən məlumat verilmiş, yalnız həmin vaxt inzibati tənbeh növündə cərimələndiyinə dair məlumat əldə etmişdir. Məhkəmədən heç bir məlumat gəlmədiyi üçün Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə yaxınlaşıb, xx.xx.2025-ci il tarixdə həmin məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadını almışdır. Məhkəmənin qeyd olunan qərardadını əldə etdikdən sonra hər bir inzibati tənbeh vermə haqqında qərardan ayrılıqda şikayət yazmışdır. Odur ki, qeyd olunanları, onun haqsız yerə cərimə olunmağını nəzərə alaraq, Azərbaycan Respublikası Mərkəzi Bankının xx.xx.2025-ci il tarixli, EP seriyalı, ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarından şikayət vermək nəzərdə tutulmuş müddəti ötürülməmiş hesab edərək, müddətin bərpasına dair qərar qəbul edilməsini xahiş edir. Məhkəmə şikayət ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, qanunvericilikdə qərardan şikayət verilməsi üçün nəzərdə tutulmuş prosessual müddət üzrsüz səbəbdən buraxıldığından şikayətçi tərəfindən verilmiş buraxılmış müddətin bərpa olunmasına dair vəsatət təmin edilməməlidir. Belə ki, şikayətə əlavə edilmiş inzibati tənbeh vermə haqqında 22 yanvar 2025-ci il tarixli, EP seriyalı ******* nömrəli elektron qərardan görünür ki, X8 36037.78 ABŞ dolları məbləğində vəsaiti xx.xx.2022-ci il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 36037.78 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. X3 Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində inzibati xətanın bilavasitə obyekti olmuş 36037.78 ABŞ dolları valyuta vəsaiti məbləğinin 10 faizi miqdarında, yəni 3,603.78 ABŞ dolları məbləğində cərimə tənbeh növü tətbiq edilmişdir. Şikayətçi vermiş olduğu şikayət ərizəsində 22 yanvar 2025-ci il tarixli, EP seriyalı ******* nömrəli elektron qərardan icra mərhələsində məlumatı olduğunu göstərmişdir. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3(008)-4081/2025 saylı qərardadından görünür ki, X4 barəsində tərtib edilmiş xx.xx.2024-cü il tarixli və xx.xx.2025-ci il tarixli qərarların ləğv olunmasına dair şikayəti hər iki qərardan birgə şikayət verildiyindən X5 geri qaytarılmışdır. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 3(008)-4081/2025 saylı materialından görünür ki, X8 həmin qərarlardan şikayət verərkən sözügedən qərarların surətini vermiş olduğu şikayət ərizəsinə əlavə etmişdir. Bu da onu təsdiq edir ki, artıq ən geci xx.xx.2025-ci il tarixdə X8 hazırda şikayət verdiyi qərarı əldə etmişdir. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli reyestrindən görünür ki, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3(008)- 4081/2025 saylı qərardadı 11 iyul 2025-ci il tarixdə poçt vasitəsilə göndərilmişdir; SS929667705AZ saylı xəbərnamə əsasında poçt göndərişlərinin izlənməsi haqqında çıxarışdan görünür k, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3(008)-4081/2025 saylı qərardadı xx.xx.2025-ci il tarixdə alıcıya çatdırılmışdır. Lakin, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3(008)- 4081/2025 saylı qərardadı xx.xx.2025-ci il tarixdə alıcıya yəni X5 çatdırılmasına baxmayaraq, şikayət ərizəsi ilə məhkəməyə qərardadın qəbul edildiyi tarixdən xeyli müddət keçdikdən sonra, xx.xx.2025-ci il tarixdə müraciət olunmuş, xx.xx.2025-ci il tarixdə şikayət ərizəsi məhkəmənin icraatına daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən, Bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. 130.2-ci maddəsində göstərilir ki, bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəblər nəticəsində buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilə bilər. 130.3-cü maddəsinə əsasən buraxılmış müddətin bərpası qeyri-mümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. Şikayətçi vermiş olduğu vəsatətdə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3(008)-4081/2025 saylı qərardadından məlumatlı olmadığını, məhkəmədən heç bir məlumat gəlmədiyi üçün Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə yaxınlaşıb, xx.xx.2025-ci il tarixdə həmin məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadını aldığını bildirmişdir. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli reyestrindən görünür ki, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3(008)- 4081/2025 saylı qərardadı 11 iyul 2025-ci il tarixdə poçt vasitəsilə göndərilmişdir; SS929667705AZ saylı xəbərnamə əsasında poçt göndərişlərinin izlənməsi haqqında çıxarışdan görünür k, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3(008)-4081/2025 saylı qərardadı xx.xx.2025-ci il tarixdə alıcıya çatdırılmışdır. Məhkəmə bununla bağlı qeyd edir ki, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli reyestri və SS929667705AZ saylı xəbərnamə əsasında poçt göndərişlərinin izlənməsi haqqında çıxarışı vasitəsilə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3(008)-4081/2025 saylı qərardadının şikayətçiyə xx.xx.2025-ci il tarixdə çatdırılması təsdiq edilir. Göründüyü kimi, həmin müddətdən 04 aydan artıq müddət keçdikdən sonra X8 tərəfindən Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən qəbul edilmiş 22 yanvar 2025-ci il tarixli, EP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayətçi tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş müddət buraxıldıqdan sonra Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə şikayət verilmişdir. Qanunvericiliyə əsasən müddət üzrlü səbəbdən buraxıldıqda bərpa edilə bilər ki, verilmiş vəsatətdə müddətin üzrlü səbəbdən buraxılmasını təsdiq edən hər hansısa səbəbə rast gəlinməmişdir. Beləliklə məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən qəbul edilmiş 22 yanvar 2025-ci il tarixli, EP seriyalı ******* nömrəli qərardan şikayət üçün Azərbaycan Respublikası İXM-nin 130.1-ci maddəsində nəzərdə tutulmuş şikayət vermə müddəti üzrlü səbəb olmadan buraxıldığından, həmin müddətin üzrlü səbəbdən buraxılmasını təsdiq edən heç bir sübut məhkəməyə təqdim olunmadığından və buraxılmış müddətin bərpası qeyri-mümkün hesab edildiyindən şikayətçi tərəfindən verilmiş vəsatət təmin olunmamalı, qərardan verilmiş şikayət və ona əlavə olunmuş sənədlər X5 geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 57,130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X4 Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən qəbul edilmiş 22 yanvar 2025-ci il tarixli, EP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayət vermək üçün buraxılmış müddətin bərpasına dair vəsatəti təmin edilməsin. Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən qəbul edilmiş 22 yanvar 2025ci il tarixli, EP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayət və ona əlavə olunmuş sənədlər X5 geri qaytarılsın. Qərardaddan, onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elnurə Rəcəbova
Məhkəmə qərarları › İş №3(008)-6550/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №3(008)-6550/2025
12.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver