Məhkəmə qərarları › İş №3(008)-6562/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-6562/2025

15.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-6562/2025 15.12.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, Məhkəmə iclas katibi X3, X2 iştirakları ilə, X4 Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli EQ seriyalı 32080922 nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: X6 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli EQ seriyalı 32080922 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, mülkiyyətində olan “Hyundai Grandeur” markalı **-NJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini təhlükəsizlik kəmərini bağlamadan idarə etdiyi əsas gətirilməklə yol hərəkəti qaydalarının pozulması ilə bağlı (İXM-in 329.l-ci maddəsi) barəsində inzibati xəta üzrə qərarın qəbul edilməsinə dair “SMSRadar” mobil tətbiqlndəki hesabıma bildiriş (EQ/32080922 nömrəli protokol üzrə) gəlmişdir. Həmin bildirişdən görsənir ki, sözügedən inzibati xəta xx.xx.2025-ci il tarixdə Sabunçu rayonu, Qala Ramana 2-ci sahə ərazisində hərəkətdə olarkən törədilmişdir. “Hyundai Grandeur” markalı **-NJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin bütün salonu və təhlükəsizlik kəməri qara rəngdədir. Həmin gün o bəzi hissələri ağ rəngdə naxışlar olan qara rəngli köynək geyinmişdir və təhükəsizlik kəmərini bağlamışdır. Protokolun tərtib edilməsi üçün əsas göstərilən fotoşəkillərdə təhlükəsizlik kəmərinin bağlı olması qeyd etdiyim hissələrdən aydın şəkildə görünür. Buna baxmayaraq, bəlkə də kamera görüntüsünün keyfiyyətinin az olması səbəbindən, texniki səhvə yol verilərək onun kəməri bağmadağı qənaətinə gəlinmişdir. Halbuki fotoşəkillərə diqqətlə baxdıqda aydın formada görsənir ki, təhlükəsizlik kəmərini bağlamışdır. Protokol barədə bildiriş gəldiyi zaman bu qanunsuz protokol üzrə qərarın ləğv edilməsi ilə bağlı dərhal tərəfindən Baş Dövlət Yol Polis İdarəsinə müraciət ünvanlanmışdır və müraciət hələ də qurum tərəfindən cavablandırılmamışdır. Eyni zamanda protokolun qanunsuz olduğunu nəzərə alaraq cərimə məbləği tərəfindən ödənilməmişdir. Həmçinin protokol tərtib olunan zaman geyindiyi köynəklə "Hyundai Grandeur” markalı **-NJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsində təhlükəsizlik kəməri taxılı vəziyyətdə tərəfindən təkrar fotoşəkillər çəkilmişdir (əlavə edilmişdir). Təhlükəsizlik kəmərinin, nəqliyyat vasitəsinin salonunun və köynəyin qara rəngdə olması səbəbindən şəkillərə yalnız diqqətlə baxdıqda kəmərin bağlı olması müəyyən edilə bilər. Həmçinin, bildirmişdir ki, bu zamanadək o təhlükəsizlik kəməri bağlamadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə cərimə edilməmişdir. Hər zaman təhlükəsizlik kəmərini bağlayır. Bütün yuxarıda sadalanan hallar və fotoşəkillər sübut edir ki, EQ/32080922 nömrəli protokol əsasında İXM-nin 329.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi mövcud olan əməl törədilməmişdir. Odur ki, Azərbaycan Respublikası Baş X10 idarəsi tərəfindən İXM-in 329.1-ci maddəsinə əsasən EQ/32080922 nömrəli protokol əsasında barəsində qəbul edilmiş qərarın ləğv edəilməsini xahiş edir. Məhkəmə iclasında X6 şikayət ərizəsini müdafiə edərək Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli EQ seriyalı 32080922 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinin səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəmə Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli EQ seriyalı 32080922 nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X6 xx.xx.2025-ci il tarixdə saat 22:44-də Sabunçu rayonu, Qala Ramana 2-ci sahə ərazisində “X5 minik” markalı **-NJ-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə təhlükəsizlik kəməri bağlamadan nəqliyyat vasitəsini idarə etməyə görə İXMnin 329.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi müəyyən edilmiş və barəsində 40 (qırx) manat məbləğində cərimə tənbeh növü tətbiq edilmişdir.; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1-ci maddəsinə əsasən təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etməyə görə qırx manat məbləğində cərimə edilir; Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, xx.xx.2025-ci il tarixli EQ seriyalı 32080922 saylı inzibati tənbeh vermə haqqında qərarla X6 xx.xx.2025-ci il tarixdə saat 22:44-də “X5” minik markalı, **-NJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən təhlükəsizlik kəməri bağlamadan nəqliyyat vasitəsini idarə etməyə görə Azərbaycan Respublikası İXM-nin 329.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətməsi göstərilmiş və barəsində 40 manat məbləğində cərimə tətbiq edilmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, inzibati orqan xətanı təsdiq edən məhkəməyə sübut kimi təqdim etdiyi foto-şəkildə xətanın törədilməsi aydın görünmədiyindən və inzibati xətanın törədilməsini sübut edən hər hansı material məhkəməyə təqdim etmədiyindən, xx.xx.2025-ci il tarixli EQ seriyalı 32080922 saylı qərarda inzibati xətanının törədilməsini təsdiq edən heç bir sübut göstərilmədiyindən şikayət əsaslıdır. Belə ki, məhkəmə ilk növbədə qeyd edir ki, təqdim edilmiş materiallardan aydın olmuşdur ki, X6 barəsində İXM-nin 329.1-ci maddələri ilə təqsirləndirilməsinə dair xx.xx.2025-ci il tarixli EQ seriyalı 32080922 nömrəli protokol tərtib edilmiş, lakin buna əsas olmuş hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Məhkəmə qeyd edir ki, X1 inzibati xətanı törətməsinin müəyyən edilməsi üçün hadisənin baş verdiyi ərazidəki təhlükəsizlik şəhər kamerasında olan videogörüntülərə baxış keçirilməli, bunun əsasında şəxsin inzibatə xətanı törədib törətməməsi müəyyən edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 126.2-ci maddəsinə əsasən yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) inzibati xəta haqqında iş üzrə qərardan şikayət verildikdə, yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) videomüşahidə vasitələrinin qeydə aldığı videoyazıya baxış keçirməklə və araşdırma aparmaqla qərarın ləğv edilməsi üçün əsaslar müəyyən etdikdə, inzibati xəta haqqında iş üzrə qərarı ləğv edir, belə əsaslar müəyyən olunmadıqda isə inzibati xəta haqqında iş üzrə qərarın dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır; 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə belə hesab edir ki, X4 şikayəti qismən təmin edilməli, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli EQ seriyalı 32080922 saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün Bakı şəhər Baş Polis İdarəsi X10 İdarəsinə göndərilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutub, məhkəmə QƏRARAALDİ: X4 şikayəti qismən təmin edilsin. X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327-ci maddələrilə inzibati xəta törətməsinə dair Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli EQ seriyalı 32080922 saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş yenidən baxılması üçün Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinə göndərilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Hakim: Elnurə Rəcəbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar