Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-6565/2022 15.12.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X6 İmanovanın sədrliyi, Səbinə Pərvin qızı Nəsrullayevanın katibliyi ilə, Bakı Şəhəri Sabunçu rayon icra şöbəsinin icra məmuru X1 iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu rayon icra şöbəsinin icra məmuru X2 tərəfindən tərtib edilmiş 02 dekabr 2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Xətai Rayon Polis İdarəsinin TP ******* nömrəli, 16 aprel 2020-ci il tarixli icra sənədi üzrə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüüvəyə mindiyi gündən 03 ay müddətində qərəzli şəkildə icra etməmişdir. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Sabunçu rayon icra şöbəsinin icra məmuru X2 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək Şəxs barəsində qanunamüvafiq tədbir görülməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Şəxs məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə inzibati işə Şəxs iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Bakı şəhəri Xətai rayon DYPŞ tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” 16 aprel 2022-ci il tarixli, TP ******* saylı qərardan görünür ki, Şəxs AR AR İXM-nin 211-ci maddəsi ilə təqsirli bilinərək barəsində 100 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsi qərara alınmışdır. ”İcraata başlamaq haqqında” 24 noyabr 2020-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Xətai rayon DYPŞ-nin 16 aprel 2022-ci il tarixli, TP ******* saylı icra sənədi üzrə icraata başlanılmış, həmin qərar və “Tələbin könüllü icrası barədə” 24 noyabr 2020-ci il tarixli bildiriş 24 dekabr 2020-ci il tarixdə imzalanmaqla qəbul edilmişdir. 28 oktyabr 2022-ci il tarixli, 203763/2020-4-36-001 saylı xəbərdarlıqdan görünür ki, Şəxs icra sənədini icra etmədiyi təqdirdə məsuliyyətə cəlb olunacağı barədə xəbərdar edilmiş və xəbərdarlıq 28 oktyabr 2022-ci il tarixdə imzalanmaqla qəbul edilmişdir. “İnzibati xəta haqqında” 02 dekabr 2022-ci il tarixli, MN ******* saylı protokoldan görünür ki, Şəxs Xətai Rayon Polis İdarəsinin TP ******* nömrəli, 16 aprel 2020-ci il tarixli icra sənədi üzrə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüüvəyə mindiyi gündən 03 ay müddətində qərəzli şəkildə icra etməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 38.1-ci maddəsinə əsasən, inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. 53.1.6-cı maddəsinə əsasən, bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda başlanmış icraata xitam verilir. 529.1-ci maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların və bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə istisna olmaqla, inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarının qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər tətbiq olunur. Məhkəmə iş materiallarını tədqiq edərək belə qənaətə gəlir ki, hazırki iş üzrə inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, hazırkı iş üzrə cərimənin tətbiq edilməsinə dair inzibati tənbeh vermə haqqında qərar 16 aprel 2020-ci il tarixdə qəbul edilmişdir. Həmin tarixdən hesablanmaqla 10 günlük şikayətvermə müddətinin bitdiyi günün səhəri günü, yəni 27 aprel 2020-ci il tarixdə qərar qanuni qüvvəyə minir. Həmin günün səhəri günündən hesablanmaqla, 3 ay ərzində yəni 28 iyul 2020-ci il tarixədək cərimə qərarı icra edilmədikdə, həmin tarixin səhəri günündən, yəni 29 iyul 2020-ci il tarixdən hesablanmaqla şəxsin əməlində AR İXM-nin 529.1-ci maddəsinin tərkibi yaranır. Şəxs AR İXM-nin 529.1-ci maddəsi ilə 3 ay ərzində inzibati məsuliyyətə cəlb edilə bildiyindən, həmin tarixdən hesablanmaqla 3 aylıq müddət 29 oktyabr 2020-ci il tarixdə bitir. Bununla da AR İXM-nin 529.1-ci maddəsindəki inzibati xətanın baş vermə günündən hesablanmaqla inzibati məsuliyyətə cəlb etmə müddətinin axımının başlanması nəzərə alınaraq, yuxarıda qeyd edilən işin halları və sadalanan normalara əsasən hazırkı iş üzrə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsə münasibətdə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməlin (hərəkət və ya hərəkətsizlik) törədilməsinin baş verdiyi vaxtdan hesablanmaqla, hazırkı vaxtda AR İXM-nin 529.1-ci maddəsinə münasibətdə 03 aylıq inzibati məsuliyyətə cəlb etmə müddəti keçmişdir. Belə ki, AR İXM-in 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci 3 ay keçənədək verilə bilər. Məhkəmə qeyd edir ki, cərimənin tətbiq edilməsinə dair səlahiyyətli orqan tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın qüvvəyə mindiyi vaxtdan 03 aylıq müddətin bitdiyi günün səhəri günü AR İXM-nin 529.1-ci maddəsindəki inzibati xətanın tərkibi yaranır ki, belə olan halda AR İXM-nin 529.1-ci maddəsi ilə nəzərdə tutulmuş protokol həmin səhəri gündən hesablanmaqla növbəti 03 ay müddətində tərtib edilə bilər. Bu isə onu deməyə əsas verir ki, cərimənin tətbiq edilməsinə dair səlahiyyətli orqan tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın qüvvəyə mindiyi vaxtdan 06 ay keçdikdən sonra şəxs AR İXM-nin 38.1-ci maddəsindəki inzibati məsuliyyətə cəlb etmə müddətinin keçməsi ilə əlaqədar inzibati məsuliyyətdən azad edilir, ona görə də şəxsin barəsində AR İXM-nin 529.1-ci maddəsi ilə inzibati iş üzrə icraat başlana bilməz, protokol tərtib edilə bilməz. İXM-in 53.1.6-cı maddəsinə əsasən həmin Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəmə qeyd edir ki, qanunvericiliyin tələbinə əsasən inzibati xəta haqqında protokol inzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra tərtib edilməli olduğu halda icra məmuru qanunvericiliyin tələblərini pozaraq inzibati xətanın törədildiyi gündən 02 ildən artıq müddət keçdikdən sonra inzibati xəta haqqında protokol tərtib etməkdə haqlı olmamışdır. Belə ki, AR İXM-nin 101.1-ci maddəsinə əsasan inzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib edilir. Həmin Məcəllənin 101.2-ci maddəsinə əsasən işin hallarının, eləcə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin şəxsiyyətinin və ya hüquqi şəxs barəsində məlumatların əlavə aydınlaşdırılması tələb olunduğu hallarda, inzibati xəta haqqında protokol inzibati xətanın aşkar edildiyi vaxtdan iki gün müddətində tərtib edilir. Göründüyü kimi hazırkı iş üzrə cərimə qərarının qüvvəyə mindiyi vaxtdan 02 ildən artıq müddət keçməsinə baxmayaraq inzibati məsuliyyətdən azad olunmuş şəxs barəsində AR İXM-nin 529.1-ci maddəsi ilə qanunsuz olaraq protokol tərtib edilərək məhkəməyə material daxil olmuş və göstərilən əsaslar iş məhkəməyə daxil olanadək yaransa da, səlahiyyətli orqan həmin iş üzrə icraata xitam verməli olduğu halda, inzibati məsuliyyətdən azad edilmiş şəxs barədə materialları məhkəməyə göndərmişdir. Halbuki, AR İXM-nin 105.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol və inzibati materialda olan digər sənədlərlə Şəxs tərəfindən AR İXM-nin 529.1-ci maddəsi ilə nəzərdə tutulmuş xətanın törədilməsi iş materialları ilə sübuta yetirilsə də, başlanmış inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 38.1-ci maddəsində nəzərdə tutulmuş müddət keçdiyinə görə xitam verilməlidir. Bununla yanaşı, səlahiyyətli orqanın diqqəti hazırkı qərarda qeyd edilənlərə, yəni şəxs inzibati məsuliyyətdən azad edildiyindən həmin şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün işin məhkəməyə göndərilməsi ilə şəxsin hüquqlarının pozulduğu, buna görə də iş məhkəməyə göndərilənədək şəxsin bu hüququnun təmin edilməsi üçün həmin iş üzrə başlanmış icraata həmin orqanın özü tərəfindən xitam verilməli olduğuna cəlb edilməlidir. Belə ki, inzibati məsuliyyətə cəlb etmə müddəti bitdikdən sonra AR İXM-nin 529.1-ci maddəsi ilə inzibati iş üzrə icraat başlanıla bilməz, başlanmış inzibati xəta haqqında işə protokol tərtib etmiş orqanın özü tərəfindən xitam verilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 105- 109-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Protokol tərtib etmiş səlahiyyətli orqanın diqqəti qərarda qeyd edilənlərə, inzibati məsuliyyətə cəlb etmə müddəti bitdikdən sonra şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraatın başlanıla bilməməsinə, protokol tərtib edilə bilməməsinə cəlb edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Nigar İmanova
Məhkəmə qərarları › İş №3(008)-6565/2022
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-6565/2022
15.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver