Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-6566/2025 02.03.2026 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, X22 qızının katibliyi, Azərbaycan Avtomobil Yolları X10 Yollarının Mühafizə Xidmətinin nümayəndəsi Nümayəndə2, Hüquqi şəxs Şəxs nümayəndəsi X6 iştirakları ilə, Hüquqi şəxs Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinın 354.0.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Azərbaycan Avtomobil Yolları X10 Yollarının Mühafizə Xidmətinin bölgə rəisi X7 tərəfindən hüquqi şəxs Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 354.0.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair 26 noyabr 2025-ci il tarixli inzibati xəta haqqında protokol qəbul edilərək baxılması üçün aidiyyəti üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilmişdir. 26 noyabr 2025-ci il tarixdə tərtib edilmiş MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs MMC 19 noyabr 2025-ci il tarixdə ünvan 1 ilə S.Qocayev 75A küçəsi ilə kəsişməsində müvafiq icazə almadan qeyri-yaşayış sahəsinə giriş-çıxış yaratmaqla yol hərəkəti təhlükəsizliyi qaydalarını pozmuşdur. Məhkəmə iclasında Şəxs nümayəndəsi X16 protokola etiraz edərək bildirmişdir ki, qeyd olunan inzibati xəta şirkətləri tərəfindən törədilməmişdir. Sözügedən yol hərəkəti təhlükəsizliyi qaydalarının pozulması iddiaları, təmir-tikinti işləri, hasarların sökülməsi yalnız sifarişçi X8 tərəfindən təşəbbüs olunmuş və onun öz çağırdığı texnika vasitəsi ilə həyata keçirilmişdir. Şəxs yalnız sifarişçinin yazılı və ya şifahi göstərişi əsasında təmirtikinti işlərini icra edir. Şirkətlərinin fəaliyyət dairəsinə daxil olan işlər yalnız sifarişçinin tələblərinə uyğun olaraq aparılır və işlərin qanuni icrası üçün tələb olunan bütün icazə və sənədlərin təmin olunması sifarişçinin öz məsuliyyətindədir. Protokolda qeyd olunan "qeyri-yaşayış sahəsinə giriş-çıxış yaratmaq” halları və digər işlər şirkətləri tərəfindən həyata keçirilməmiş, bu işlərin təşkili və icrası tamamilə sifarişçinin göstərişi və texnika təminatı ilə aparılmışdır. Bu səbəbdən, inzibati məsuliyyət şirkət üzərinə yüklənə bilməz. Əlavə olaraq xx.xx.2025-ci il tarixli 11/2025 nömrəli müqavilə Şəxs ilə "xxxx" MMC arasında bağlanmışdır və bu müqavilə yalnız su və kanalizasiya sisteminin qurulması, sayğac üçün materialların təmin edilməsi, yağış sularının və kanalizasiya çıxışlarının yenilənməsi və təmiri üzrə işləri əhatə edir. Müqavilənin bağlanma tarixi, baş vermiş inzibati xəta hadisəsindən sonra olmuşdur və protokolun səbəb-nəticə əlaqəsi ilə heç bir hüquqi əlaqəsi yoxdur. Həmçinin iş materiallarına əlavə edilmiş 01 dekabr 2024-cü il tarixli podrat müqavilsində də qeyd edilən hallar öz təsdiqini tapmışdır. Odur ki, Şəxs barəsində tərtib edilmiş inzibati xəta protokola xitam verilməsini məhkəmədən xahiş edir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, X1 nümayəndəsi olduğu üçün sözügedən söküntünün aparılması ilə bağlı müvafiq orqana onun tərəfindən müracitə edilmişdir. Müraciətlər sentyabr ayından başlayaraq göndərilmiş və müraciətlərdə abadlıq işlərinin aparılması üçün müraciət edilmişdir. Lakin müraciətə heç bir cavab gəlməmiş və sifarişçi isə qarşılığında özünün sökəcəyini özünə məxsus hasar olduğunu bildirmişdir. Hasar söküldüyü zaman yerdə bir iki bardur var idi və həmin bardurlar artıq istifadəyə yararsız və qırılmış halda idilər. Həmçinin onlar həmin bardurları çıxarmaqla onları yenisi ilə əvəz edərək daha əlverişli hala gətirə biləcəkləri barədə müraciətdən qabaq da bildirmişdirlər. Deyildiyi şəkildə də tətbiq etmişdirlər. Hazırda bardular yenisi ilə əvəz edilmiş, həmin ərazini əlverişli hala gətirmişdirlər. Həmin zaman X14 bir neçə qanunsuz hərəkətlər etmiş bu barədə dəfələrlə həmin qurumun özünə bildirilmiş və müraciətlər edilmişdir. Lakin bu barədə heç bir tədbir görülməmiş, hətta qeyd edilən işi görməkləri üçün müvafiq şəhərsalma və digər qurumların icazəsi ilə, tikinti normativlərindən heç bir kənarlaşma aparılmadan, onlarda müvafiq sənədlər olmasına baxmayaraq tərəflərindən qeyd edilən işin icrasının dayandırılması üçün tədbirlər görülmüşdür. Protokol tərtib edilməmişdən öncə bardurlar düzəldilmişdir. Bardurun bərpa edilməsindən 20 gün sonra Azərbaycan Avtomobil Yolları X10 Yollarının Mühafizə Xidməti tərəfindən MMC-nin barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Qeyd edir ki, Azərbaycan Avtomobil Yolları X10 Yollarının Mühafizə Xidmətinin tələbi söküntü ilə bağlıdır, lakin onlar tərəfindən abadlaşdırma aparılmışdır. Tikinti normativlərindən heç bir kənarlaşdırma aparılmadan tikinti həyata keçirilmişdir. Daha sonra həmin tikinti normalarına uyğun olaraq tərəflərindən hasar söküldükdən sonra ön sıra bərpa edilmişdir. Bundan sonra onlara piyada keçidinin təmin edilməli olduğu bildirilmiş, onlarda piyada keçidinin necə olacağı barədə də tərəflərindən aidiyyəti qurumlara məktub göndərilmiş və sonra da piyada keçidi tərəflərindən təmin edilmişdir. Tərəflərindən tikinti işlərinin aparılması qanuni şəkildə həyata keçirilmiş bunun üçün sərəncam alınmışdır. Lakin prossesual qanunvericiliyin normalarına uyğun olaraq qurumların hamısına məlumat göndərilmiş, məsələylə bağlı cavab verilməsi üçün dəfələrlə müraciət edilmişdir. Lakin bununla bağlı heç bir cavab verilməmişdir. Daha sonra İlqar Məmmədov həmin əraziyə gəlmiş və onların icazəsi olmadan tikinti işlərinin aparılmasının qadağan olduğunu bildirmişdir. Bu zaman tərəflərindən qeyd edilən işi görməkləri üçün müvafiq şəhərsalma və digər qurumların icazəsi ilə, sərəncam vasitəsilə, tikinti normativlərindən heç bir kənarlaşma aparılmadan, onlarda müvafiq sənədlər olmasını qeyd etməklərinə baxmayaraq qeyd edilən işin icrasının dayandırılması tələb edilmişdir. Sonradan onun tərəfindən aidiyyəti qurumlara İlqar Məmmədov barəsində şikayət göndərilmiş və onun qanunsuz hərəkətlərini təsdiq edən sənədlər təqdim edilmişdir. Bundan sonra İlqar Məmmədov onlarla əlaqə saxlayaraq tikinti işləri ilə bağlı icazə verdiyini və heç bir problem yaratmayacaqlarını bildirmişdir. Tikinti və abadlıq işlərinə başladıqdan sonra yenidən onlar sözügedən əraziyə gələrək tikintinin dayandırılmasını bildirmişdirlər. Sözügedən ərazinin Tamara Şükürovaya məxsus olduğunu, həmin ərazinin onun şəxsi mülkiyyəti olduğunu bildirmişdirlər. Onların müracitələrinə də bu məsələ ilə bağlı cavab göndərmişdirlər. Azərbaycan Avtomobil Yolları X10 Yollarının Mühafizə Xidməti tərəfindən Şəxsnə söküntü etdiklərindən barələrində araşdırma aparılması barədə müraciət ünvanlanmışdır. Qarşılığında da Şəxs tərəfindən Azərbaycan Avtomobil Yolları X10 Yollarının Mühafizə Xidmətinə cavab məktubu ünvanlanaraq həmin söküntünün sifarişçinin özü – Tamara Şükürova tərəfindən həyata keçirildiyi və aidiyyəti üzrə həmin şəxsin özü ilə əlaqə saxlanılması xahiş edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X17 işçilərin bəzilərini tanıdığını, işçilərdən birinin Elnur olduğunu qəbul etmişdir. Elnur adlı işçi Şirvani Şükürov tərəfindən gətirilmiş işçidir. Azərbaycan Avtomobil Yolları X10 Yollarının Mühafizə Xidmətinin nümayəndəsi Nümayəndə2 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək bildirmişdir ki, bardurların sökülməsi, həmin bardurların yola paralel birləşdirilməsi və digər yol qurğularının uyğunlaşdırlması Şəxs tərəfindən həyata keçirilmişdir. Tələbləri Şəxs tərəfindən qanunsuz giriş-çıxış yolunun yaradılması ilə bağlıdır. Şəxs MMC-nin nümayəndəsi X16 inzibati xəta haqqında protokolda qeyd edilən inzibati xətanı törətdiyini öz izahatında etiraf edir. 19 noyabr 2025-ci il tarixdə sözügedən ünvanda avtomobil yoluna giriş-çıxış yerinin yaradılması faktı müəyyən edilmişdir bu da iş materiallarına əlavə edilmiş foto şəkillərdə öz təsdiqini tapmışdır. Şəxs MMC-nə işin tam şəkildə araşdırılması üçün həm poçt həm də elektron qaydada bildiriş göndərilmişdir. Araşdırma 26 noyabr 2025-ci il tarixə saat 16:00-a təyin edilmiş, Şəxs MMC iştirak etməsə də X16 telefon vasitəsilə əlaqə saxlamış və onlara müqavilə göndərərək, işi "xxxx" MMC tərəfindən həyata keçirildiyini bildirmişdir. Müqavilə Şəxs MMC ilə “RENAİSSANCE GROUP» MMC arasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin 14 noyabr 2025-il tarixli 383İ nömrəli texniki şərtinin tələblərinə uyğun olaraq sözügedən ərazidə komunikasiya xətlərinin çəkilməsinə dair bağlanılmışdır. Tərəflərindən müəyyənləşdirilmişdir ki, həmin müqavilə komunikasiya xətlərinin çəkilməsinə aiddir, giriş-çıxış yerinin yaradılması ilə əlaqəsi yoxdur. Beləliklə də Şəxs MMC-nin barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş və MMC-nin ünvanına həm də vergi kabinetinə yerləşdirilmişdir. X15 tərəfindən Azərbaycan Avtomobil Yolları X10 Yollarının Mühafizə Xidmətinə sözügedən ünvanda işlərin Şəxs MMC tərəfindən həyata keçiriləcəyi barədə məktub ünvanlanmışdır. X16 “Azərbaycan Avtomobil Yolları X10 Yollarının Mühafizə Xidməti tərəfindən Şəxsnə söküntü etdiklərindən barələrində araşdırma aparılması barədə müraciət ünvanlanmışdır. Qarşılığında da Şəxs tərəfindən Azərbaycan Avtomobil Yolları X10 Yollarının Mühafizə Xidmətinə cavab məktubu ünvanlanaraq həmin söküntünün sifarişçinin özü – Tamara Şükürova tərəfindən həyata keçirildiyi və aidiyyəti üzrə həmin şəxsin özü ilə əlaqə saxlanılması xahiş edilmişdir.” barədə izahat versə də qeyd etdiyi hadisə inzibati xəta haqqında protokol tərtib edildikdən sonra yəni 04 dekabr 2025-ci il tarixdə olmuşdur. Şəxs MMC-nə həmin ərazidə tikinti işlərinin aparılması ilə bağlı müvafiq icazə verilməsindən imtina edilmiş, səbəbi isə Şəxs MMC tərəfindən obyektin sənədlərinin tam təqdim edilməməsi olmuşdur. Nümayəndənin təqdim etdiyi sərəncamın işə heç bir aidiyyəti yoxdur. Hüquqi şəxslərə söz haqqı tanınması və onlara inzibati araşdırmanın aparılması üçün bildirişin ünvanlanması səbəbindən hüquqi şəxslərə dair məhkəmələrin onlara edilmiş göstərişinə əsasən qeyd edilən inzibati xəta 19 noyabr 2025-ci il tarixdə aşkar edilməsinə baxmayaraq inzibati xəta haqqında protokol 26 noyabr 2025-ci il tarixdə tərtib edilmişdir. Şəxs MMC inzibati xəta törətdiyinə görə həmin hüquqi şəxs inzibati məsuliyyətə cəlb olunmalıdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X17 izahatında bildirmişdir ki, səhər saatlarında sözügedən əraziyə getdikdə həmin ərazidə qazıntı işlərinin olduğunu görmüşdür. İşçilərdən kimin tərəfindən qazıntı işlərinin aparılmasını soruşduqda işçilərdə onlar tərəfindən həyata keçirildiyini bildirmişdirlər. İşçi həmin ərazinin rəhbərliyin göstərişi ilə sökdürüldüyünü, lakin hansı şirkət tərəfindən göstəriş verildiyini deməmiş, ancaq həmin söküntü işləri obyektin qarşısında aparıldığından həmin göstərişin obyekt tərəfindən həyata keçirildiyini düşünmüşdür. Verilmiş suallara cavab verərək bildirmişdir ki, söküntünün səhəri günü həmin işlərin görüldüyünə şahid olmuşdur. İşçilərin bəzilərini tanıyırdı. İşçilərdən birinin adı Elnur idi. 19 noyabr 2025-ci il tarixdə həmin əraziyə getdikdə Rövşən və Məmməd müəllim orada yox idilər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 izahatında bildirmişdir ki, 19 noyabr 2025-ci il tarixdə inzibati xətanın törədildiyi ünvana getdikdə, bir qrup şəxsin orada işlədiyini, giriş-çıxış üçün səkinin dağıdıldığını görmüşdür. Soruşduqda obyektin işçiləri olduqlarını və səkinin həmin obyektin göstərişi əsasında tərəflərindən dağıdıldığını bildirmişdirlər. Şəxs MMC tərəfindən verilən işin icrasını həyata keçirdiklərini bildirmişlər. İnzibati xətanı aşkar etdikləri gün bunun barəsində akt tərtib edərək idarəyə məlumat vermişdirlər. Məhkəmə iclasında X1 etibarnamə üzrə nümayəndəsi şahid qismində dindirilmiş X12 izahatında bildirmişdir ki, qeyd edilən obyekt anası X1 adınadır, anası yaşlı qadındır, Naxçıvanda yaşayır, lakin obyekt onun tərəfindən idarə edilir. Sözügedən ərazinin sökülməsi ilə bağlı o özü iki fəhlə təşkil etmişdir. İcazəni özü yox Rövşən müəllim onun adından müraicət etmişdir. Söküntü, tikinti, giriş-çıxış yerinin açılması özləri tərəfindən aparılmışdır. O, Şəxs MMC-nə həvalə etsə də,bunun üçün icazə istənilməsinə baxmayaraq müvafiq cavab verilmədiyindən, işlərin gecikməməsi üçün özü tərəfindən yük maşını və fəhlə gətirilərək bardürün sökülməsini həyata keçirmişdir. İş materiallarında ola və məhkəmə iclası zamanı tədqiq edilmiş: Azərbaycan Avtomobil Yolları X3 Yollarının Mühafizə Xidməti PHŞ-nin bölmə rəisi, X14, baş mütəxəssislər X9, X17 tərəfindən tərtib edilmiş 19..11.2025-ci il tarixli aktdan görünür ki, xx.xx.2025-ci il tarixdə ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış ofisi binasının ön hissəsindən (40 metr) səki daşlarını götürməklə avtomobil yoluna yol birləşməsi, giriş-çıxış yerinin yaradılması faktı aşkar edilmişdir. Araşdırma aparıldığı zaman sözü gedən işlərin Şəxs MMC tərəfindən aparıldığı müəyyən edilmişdir. Akta 3 ədəd fotoşəkil əlavə edilmişdir; Şəxs MMC ilə X8 arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 001/24 saylı podrat müqaviləsindən görünür ki, müqavilınin qüvvədə olduğu müddət ərzində podratçı Şəxs MMC-nin (xidmətlər, işlər) görməyə öhdəsinə götürür, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öz öhdəsinə götürmüşdür;Müqavilənin 2.2.3-cü bəndinə əsasən söküntü işləri, qazıntı işləri, abadlaşdırma işləri, o cümlədən, yol kommunal və digər dövlət və qeyri-dövlət qurumları ilə əlaqədar olaraq tələb olunan hər cür qazıntı, söküntü və bərpa işləri, habelə mühəndis-kommunikasiya xəttlərinə müdaxilə ilə bağlı bütün tədbirlər, Transformatorun yerinin dəyişdirilməsi, müvafiq icazələrin alınması, layihələndirmə, icra və istismara verilmə ilə bağlı bütün işlər, Zərurət yarandığı hallarda ağacların köçürülməsi, kəsilməsi, bərpası, ekoloji rüsumların ödənilməsi və bununla bağlı bütün hüquqi və faktiki tədbirlər yarandığı təqdirdə, sözügedən işlərin təşkili, icrası, maliyyələşdirilməsi, icazələrin alınması və nəticələrinə görə tam, bölünməz və müstəsna məsuliyyət mülkiyyətçi X4 məxsusdur.2.2.4-cü bəndinə əsasən qeyd olunan işlərin Şəxs MMC-nə həvalə edilməsi yalnız tərəflər arasında ayrıca yazılı razılaşma və əlavə müqavilə əsasında mümkündür. X1 nümayəndəsi X16 tərəfindən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ünvanlanmış xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, xüsusi mülkiyyətində olan və aidiyyatı qurumların icazəsi ilə tikintisi Şəxs MMC şirkəti tərəfindən icra olunan Bakı şəhəri, Sabunçu rayonu, ünvan 2 və Sakit Qocayev küçəsi 75A ünvanında yerləşən qeyriyaşayış ofis binasının tikintisi başa çatmışdır. Bildirmək istəyirəm ki, binanın ön hissəsində avtomobil giriş yoluna, əvvəlcədən "xxxx" QSC tərəfindən piyada keçidi üçün bordürlər düzülüb və bu da hazırda binanın ön girişinə girişi məhdudlaşdırır. Şəxs MMC tərəfindən binanın ön girişinin abadlaşdırılması və piyada keçidinin qanuna uyğun formada yenidən qurulması ilə bağlı təcili işin icrası olunmalıdır. Odur ki, abadlıq və yenidən qurma işlərinin yol bordürləri tərəfimizdən çıxarılmaqla yenilənməsini və piyada keçid zolağının qanuna uyğun qaydada çəkilməklə bərpa olunması üçün şərait yaradılmasına aidiyyatı göstəriş verilməsi xahiş edilmişdir; Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən X11 Xidməti Publik Hüquqi şəxsinə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə Bakı şəhəri, Sabunçu rayonu, ünvan 2 və Sakit Qocayev küçəsi 75A ünvanlarında yerləşən qeyri-yaşayış obyektinə giriş-çıxış yolunun tikintisinə texniki şərt verilməsi ilə bağlı vətəndaş X16 tərəfindən ünvanlanmış məktubun surəti göndərilməklə sözügedən qeyri-yaşayış obyektinin təyinatı barədə və tikilməsi nəzərdə tutulmuş giriş-çıxış yolunun tikinti norma və qaydalarına uyğun olubolmaması barədə (cizgidə situasiya planının ölçüləri göstərilməklə və ərazinin fotoşəkilləri əlavə olunmaqla) rəy bildirilməsi tapşırılmışdır; Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən X13 ünvanlanmış su və kanalizasiya xəttinin çəkilməsi məqsədilə qazıntı işlərinin aparılması barədə məktubdan görünür ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə Bakı şəhəri, Sabunçu rayonu, ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış obyektinə su və kanalizasiya xəttinin çəkilməsi üçün Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “iri şəhərlərin birləşmiş su təchizatı xidməti” publik hüquqi şəxs tərəfindən verilmiş 20 noyabr 2025-ci il tarixli, Q-01/97 nömrəli texniki şərt əsasında Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sakit Qocayev küçəsində asfalt-beton örtüyün uzunluğu 31 p/m və Şamil Kamilov küçəsi boyu uzunluğu 36 p/m, eni 1,50 m məsafədə olmaqla (Şamil Kamilov küçəsində bir yerdə su xətti L=1p/m, eni 1,50 m və bir yerdə kanalizasiya quyusunun 1x1 inşası) asfalt-beton örtüyün qazılmasına razılıq verilməsi barədə ünvanlanmış xx.xx.2025-ci il tarixli müraciətinizə aidiyyəti üzrə baxılmışdır. Qazıntı-bərpa işlərini yerinə yetirəcək təşkilat, su və kanalizasiya xətlərinin mülkiyyətçisi üçün icrası məcburi olan texniki şərt təqdim edilərək, verilmiş texniki şərtlərdən hər hansı biri pozularsa, texniki şərtin öz hüquqi qüvvəsini itirmiş hesab olunacağı qeyd edilmişdir; 21 noyabr 2025-ci il tarixli xidmət müqaviləsindən görünür ki, sifarişçi Şəxs MMC ilə icraçı "xxxx" MMC arasında müqavilə bağlanaraq Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Şamil Kamilov küçəsində yerləşən qeyri-yaşayış obyektinə su və kanalizasiya sisteminin qurulması, sayğac üçün materiallar, yağış sularının və kanalizasiya çıxışlarının ötürücü xətti qurulması, təmiri və ya yenilənməsi üzrə işlərin yerinə yetirilməsi icraçıya həvalə olunmuşdur; Elektron məhkəmə informasiya sistemindən əldə olunmuş vergi ödəyicisinin məlumatına dair çıxarışdan görünür ki, Şəxs MMC xx.xx.2024-cü il tarixdə qeydiyyata alınmış, VÖEN-i **********, hüquqi ünvanı AZ 1118, ünvan 4mə qeyd edir ki, hazırki iş üzrə Bakı şəhəri Sabunçu rayonu məhkəməsinin 30 dekabr 2025-ci il tarixli qərarına əsasən Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 354.0.3-cü maddəsi ilə təqsirli bilinərək barəsində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2026-cı il tarixli qərarına əsasən Bakı şəhəri Sabunçu rayonu məhkəməsinin 30 dekabr 2025-ci il tarixli qərarı ləöv edilərək iş yenidən baxılması üçün Bakı şəhəri Sabunçu rayon məhkəməsinə qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2026-cı il tarixli qərarında qoyulmuş göstərişlərə əməl edilərək iş üzrə şahidlər dindirilmiş, tərəflərin gətirdiyi arqumentlər işdə olan sənədlərlə qarşılıqlı şəkildə təhlil edilmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, 26 noyabr 2025-ci il tarixdə tərtib edilmiş MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs MMC 19 noyabr 2025-ci il tarixdə ünvan 1 ilə S.Qocayev 75A küçəsi ilə kəsişməsində müvafiq icazə almadan qeyri-yaşayış sahəsinə giriş-çıxış yaratmaqla yol hərəkəti təhlükəsizliyi qaydalarını pozmuşdur. Protokolun tərtib edilməsinin əsası kimi Azərbaycan Avtomobil Yolları X3 Yollarının Mühafizə Xidməti PHŞ-nin bölmə rəisi, X14, baş mütəxəssislər X9, X17 tərəfindən tərtib edilmiş 19..11.2025-ci il tarixli akt və ona əlavə edilmiş şəkillər əsas gətirilmişdir. Həmin aktda göstərilmişdir ki, xx.xx.2025-ci il tarixdə ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış ofisi binasının ön hissəsindən (40 metr) səki daşlarını götürməklə avtomobil yoluna yol birləşməsi, giriş-çıxış yerinin yaradılması faktı aşkar edilmişdir. Araşdırma aparıldığı zaman sözü gedən işlərin Şəxs MMC tərəfindən aparıldığı müəyyən edilmişdir. Akta 3 ədəd fotoşəkil əlavə edilmişdir. Məhkəmə iclasında Şəxs nümayəndəsi X16 protokola etiraz edərək qeyd olunan inzibati xətanın şirkətləri tərəfindən törədilmədiyini, sözügedən yol hərəkəti təhlükəsizliyi qaydalarının pozulması iddiaları, təmir-tikinti işləri, hasarların sökülməsi yalnız sifarişçi X8 tərəfindən təşəbbüs olunduğunu və onun öz çağırdığı texnika vasitəsi ilə həyata keçirildiyini bildirmişdir. Məhkəmə iclasında X1 etibarnamə üzrə nümayəndəsi şahid qismində dindirilmiş X12 izahatında X6 izahatında göstərdiyi xüsusatları təsdiq edərək bildirmişdir ki, qeyd edilən obyekt anası X1 adınadır, anası yaşlı qadındır, Naxçıvanda yaşayır, lakin obyekt onun tərəfindən idarə edilir. Sözügedən ərazinin sökülməsi ilə bağlı o özü iki fəhlə təşkil etmişdir. İcazəni özü yox Rövşən müəllim onun adından müraicət etmişdir. Söküntü, tikinti, giriş-çıxış yerinin açılması özləri tərəfindən aparılmışdır. O, Şəxs MMC-nə həvalə etsə də,bunun üçün icazə istənilməsinə baxmayaraq müvafiq cavab verilmədiyindən, işlərin gecikməməsi üçün özü tərəfindən yük maşını və fəhlə gətirilərək bardürün sökülməsini həyata keçirmişdir. Məhkəmə X5 izahatına münasibətdə qeyd edir ki, onun izahatında göstərdiyi bu xüsusat hər hansı əsaslı sübutla təkzib olunmamış, ünvan 1 ünvanında yerləşən qeyriyaşayış ofisi binasının ön hissəsindən (40 metr) səki daşlarını götürməklə avtomobil yoluna yol birləşməsi, giriş-çıxış yerinin yaradılması faktını aktla rəsmiləşdirilmiş şəxslər belə konkret olara həmin faktın Şəxs MMC tərəfindən həyata keçirildiyini əsaslandıra bilməmişlər. Aktı tərtib etmiş şəxslərin məhkəmə iclasında şahid qismində izahatı alınmış, şahid qismində dindirilmiş X17 və X9 izahatlarından belə aydın olmuşdur ki, onlar artıq əraziyə gələrkən söküntü işlərinin başa çatdığını göstərmişlər, hər hansı şəxsin ərazidə bardürların sökdüyünü bilavasitə gördüklərini göstərməmişlər. X2 ərazidəki işçilərdən soruşarkən söküntü işlərinin hansı şirkət tərəfindən aparılmasını, göstərişin kim tərəfindən verilməsini demədiklərini, söküntünün obyektin qarşısında aparıldığını nəzərə alıb obyekt tərəfindən həyata keçirildiyini düşündüyünü qeyd etmiş, ümumiyyətlə Şəxs MMC-nin adını belə bildirməmiş, yalnız əraziyə gələrkən söküntünün şahidi olduğunu göstərmişdir. Digər şahid X9 da artıq ora gələrkən səkinin dağıdıldığını göstərmiş, yəni, bilavasitə söküntünün kim tərəfindən aparıldığını görməmişdir. Soruşduqda orada olan şəxslərin obyektin işçiləri olduqlarını və səkinin həmin obyektin göstərişi əsasında tərəflərindən dağıdıldığını bildirmişdirlər. Şəxs MMC tərəfindən verilən işin icrasını həyata keçirdiklərini bildirmişlər. Göründüyü kimi, X9 da həmin bardürların kim tərəfindən dağıdıldığını görməmiş, yalnız orada təmir işlərini yerinə yetirən şəxslərin Şəxs MMC tərəfindən verilən işin icrasını həyata keçirdiklərini göstərməklə, faktiki olaraq söküntü yox təmir işlərinin MMC tərəfindən yerinə yetirilməsini təsdiq etmiş olmuşdur. Bundan başqa, məhkəmə iclasında tədqiq edilmiş Şəxs MMC ilə X8 arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 001/24 saylı podrat müqaviləsindən müəyyən edilmişdir ki, müqavilənin qüvvədə olduğu müddət ərzində podratçı Şəxs MMC-nin (xidmətlər, işlər) görməyə öhdəsinə götürür, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öz öhdəsinə götürmüşdür; Müqavilənin 2.2.3-cü bəndinə əsasən söküntü işləri, qazıntı işləri, abadlaşdırma işləri, o cümlədən, yol kommunal və digər dövlət və qeyri-dövlət qurumları ilə əlaqədar olaraq tələb olunan hər cür qazıntı, söküntü və bərpa işləri, habelə mühəndis-kommunikasiya xəttlərinə müdaxilə ilə bağlı bütün tədbirlər, Transformatorun yerinin dəyişdirilməsi, müvafiq icazələrin alınması, layihələndirmə, icra və istismara verilmə ilə bağlı bütün işlər, Zərurət yarandığı hallarda ağacların köçürülməsi, kəsilməsi, bərpası, ekoloji rüsumların ödənilməsi və bununla bağlı bütün hüquqi və faktiki tədbirlər yarandığı təqdirdə, sözügedən işlərin təşkili, icrası, maliyyələşdirilməsi, icazələrin alınması və nəticələrinə görə tam, bölünməz və müstəsna məsuliyyət mülkiyyətçi X4 məxsusdur.2.2.4-cü bəndinə əsasən qeyd olunan işlərin Şəxs MMC-nə həvalə edilməsi yalnız tərəflər arasında ayrıca yazılı razılaşma və əlavə müqavilə əsasında mümkündür. Göründüyü kimi, Şəxs MMC ilə X8 arasında podrat müqaviləsi mövcud olmuş və həmin müqavilənin qeyd edilən şərtinə əsasən söküntü, qazıntı, abadlaşdırma işləri, eləcə də müvafiq icazələrin alınmasına görə məsuliyyət podratçı şirkətin deyil, X1 məsuliyyət daşıdığı müqavilənin göstərilən bəndində bir başa qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Göründüyü kimi, Şəxs MMC sadəcə olaraq iş icraçısı olmuş, sifarişçinin müqaviləyə əsasən göstərdiyi işləri icra etmiş, müvafiq icazələrin alınmasına görə məsuliyyəti isə podratçı olaraq MMC deyil, sifarişçi daşımışdır. Bundan başqa, məhkəmə qeyd edir ki, X16, X1 nümayəndəsi kimi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə protokol tərtib edilməzdən 2 ay əvvəl ərizə ünvanladığını qeyd etmiş, bu barədə ərizəni məhkəməyə təqdim etmiş, həmin ərizəyə bugünədək cavab verilmədiyini göstərmişdir. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin nümayəndəsi həmin ərizəyə cavab verildiyini əsas gətirsə də, cavab məktubu məhkəməyə təqdim edilməmiş, həmin məktubun ərizəçiyə göndərilməsini təsdiq edən sübut məhkəməyə təqdim edilməmiş, texniki şərtlərə əməl edilməklə icazə verildiyi bildirilmiş, hazırda həmin ərazidə aparılan təmir bərpa işlərinin hansı texniki şərtləri pozmaqla aparıldığı barədə arqument gətirilməmişdir. Göründüyü kimi, 2 ay müddətində müvafiq icazənin alınması üçün müraciət edilməsinə baxmayaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin həmin müraciəti cavabsız qoyması məhkəmədə haqlı şübhələr doğurmuşdur. Odur ki, inzibati xəta haqqında işin materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin və inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın səlahiyyətli nümayəndəsinin, şahidlərin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək məhkəmə hesab edir ki, Şəxs MMC barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 354.0.3-cü maddəsinə əsasən müvafiq icazə almadan və ya alınmış icazənin şərtlərinə əməl etmədən avtomobil yollarında, prospektlərdə, küçələrdə, təhkim və mühafizə zolağında yol hərəkəti təhlükəsizliyi qaydalarının pozulmasına, yəni, daimi və müvəqqəti giriş-çıxış yerlərinin, başqa yollarla birləşmələrin və kəsişmələrin yaradılmasına görə fiziki şəxslər səksən manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər dörd yüz manatdan beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir. Beləliklə, inzibati xəta haqqında protokolu tərtib etmiş orqan tərəfindən 26 noyabr 2025-ci il tarixdə tərtib edilmiş MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda hüquqi şəxs Şəxs MMC tərəfindən protokolda 19 noyabr 2025-ci il tarixdə ünvan 1 ilə S.Qocayev 75A küçəsi ilə kəsişməsində müvafiq icazə almadan qeyri-yaşayış sahəsinə giriş-çıxış yaratmaqla yol hərəkəti təhlükəsizliyi qaydalarını pozduğu göstərilsə də, araşdırma natamam şəkildə aparılmış, kifayət qədər sübutlar əldə edilmədən, yalnız tərtib edilmiş natamam akta istinad edilməklə Şəxs MMC-nin İXM-nin 354.0.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı protokol tərtib edilmişdir. Azərbaycan Respublikası İXM-nin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinın bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. 84-cü maddəsinə əsasən İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 105.1-ci maddəsinə görə həmin Məcəllənın 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, hüquqi şəxs Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 354.0.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirliliyi sübuta yetirilmədiyindən onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 53.2, 105.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Hüquqi şəxs Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 354.0.3-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata İXM-nin 53.2-ci maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədiyindən xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elnurə Rəcəbova
Məhkəmə qərarları › İş №3(008)-6566/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-6566/2025
02.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver