Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(008)-6568/2023 16.11.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Anar Zahid oğlunun sədrliyi Əziz-zadə Məlikəhməd Mahir oğlunun katibliyi ilə Şəxs barəsində Bakı şəhəri Sabunçu Rayon Polis idarəsindən daxil olmuş inzibati xəta haqqında materialları nəzərdən keçirib, M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Sabunçu RPİ-nin DYPŞ-nin baş inspektoru polis kapitanı Sahib Mirzəyev tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli MN ******* saylı protokoldan görünür ki, vətəndaş Şəxs sürücülük hüququ olmadan avtomobili idarə etmiş, sola-geriyə dönərkən, onunla eyni istiqamətdə hərəkət edən “Honda CRV” **-KP-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Şəxs əməli Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsi ilə protokollaşdırılıb, baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmədə həmin inzibati xəta haqqında protokolu və əlavə olunmuş materialları nəzərdən keçirərək geri qaytarılmalıdır. Çünki Azərbaycan Respublikası İXM-nin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması zamanı qərardad qəbul edilir. Bunlara əsasən, məhkəmə Şəxs barəsində olan inzibati xəta haqqında protokolun və digər sənədlərin düzgün tərtib olunmadığını, təqdim edilmiş materialların natamam olduğunu və inzibati xəta haaqında protokol ilə inzibati material arasında uyğunsuzluq və anlaşılmazlıq olduğunu, həmçinin Şəxs inzibati xəta haqqında protokolu imza etməməsini nəzərə alaraq hesab edir ki, həmin protokolları işə baxılarkən tamamlamaq mümkün olmadığından inzibati xətalar haqqında protokollar əlavə olunmuş sənədlərlə birlikdə Bakı şəhər Sabunçu Rayon Polis İdarəsinə geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Аzərbaycan Respublikası İXM-nin 109, 118-ci maddələrini rəhbər tutub, Q Ə R A R A A L D İ: Bakı şəhəri Sabunçu RPİ-nin DYPŞ-nin Şəxs barəsində Azərbaycan Respublikası 332.4-cü maddəsi ilə daxil olmuş inzibati xəta haqqında xx.xx.2023-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol əlavə olunmuş sənədlərlə birlikdə Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinə geri qaytarılsın. Hakim:Anar Rzayev
Məhkəmə qərarları › İş №3(008)-6568/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №3(008)-6568/2023
16.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver