Məhkəmə qərarları › İş №3(008)-6569/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №3(008)-6569/2023

02.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(008)-6569/2023 02.11.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Rəcəbova Elnurə Hüseyn qızı, Bakı şəhər DYPİ-nin inzibati xəta haqqında xx.xx.2023-cü il tarixli, İXP seriyalı ******* nömrəli protokoldan X3 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X3 şikayətlə məhkəməyə müraciət edərək, inzibati xəta haqqında xx.xx.2023-cü il tarixli, İXP seriyalı ******* nömrəli protokolun araşdırılmasını xahiş etmişdir. İnzibati tənbeh vermə haqqında protokol və qərardan X3 tərəfindən verilmiş şikayət və ona əlavə edilmiş sənədləri araşdırıb belə qənaətə gəlirəm ki, şikayət və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə düzgün verilməmişdir. Ona görə də toplanmış material baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X1 dairəsində xx.xx.2023-cü il tarixdə edərkən xüsusi səs, qırmızı və ya göy sayrışan işiq siqnalı verən nəqliyyat vasitələrinə yol verilməməsinə görə Azərbaycan Respublikası İXM-nin 331-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində Bakı şəhər DYPİ-i tərəfindən 100 (yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 109.1.7-ci maddəsinə əsasən, hakim inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı əgər bu məsələnin baxılması onun səlahiyyətinə aid deyildirsə, inzibati xəta haqqında protokolun və ya digər materialların baxılması üçün aidiyyəti üzrə göndərilməsi barədə qərardad qəbul edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 04 noyabr 2020ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. Səlahiyyətli orqanın qərarından məhkəməyə verilən şikayətin inzibati xətanın törədildiyi yer üzrə rayon (şəhər) məhkəməsinə verildiyini və ehtimal olunan inzibati xətanın Səbail rayonu ərazisində baş verdiyini, barəsində qərar çıxarılmış şəxsin yaşadığı yer üzrə şikayətə baxılması barədə vəsatətinin olmadığıı nəzərə alaraq hesab edirəm ki, inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayət baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 109 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayəti ona əlavə olunmuş sənədlərlə birlikdə aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilsin. Sədrlik edən: Elnurə Rəcəbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar