Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-6570/2025 12.12.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi, Mamedova Ləman Rizvan qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Sabunçu rayon İcra Şöbəsinin icra məmuru X1, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs, zərərçəkmiş şəxs X3 iştirakları ilə, xx.xx.1983-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs (FİN xxxxxxx) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Bakı şəhəri Sabunçu rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu rayon İcra Şöbəsindən daxil olmuş MN ******* nömrəli, 12 dekabr 2025-ci il tarixli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlərdən görünür ki, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-4322/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra vərəqəsinə əsasən Şəxs 2 azyaşlı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 350 manat sabit pul məbləğində aliment tutularaq X6 ödənilməlidir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Sabunçu rayon İcra Şöbəsinin icra məmuru X4 protokolun məzmununa uyğun izahat verərək bildirmişdir ki, vətəndaş şöbəyə dəfələrlə çağrılıb, izahatı alınıb, yaranmış borcun ödənilməsi tələb edilib. Hər ayın 10-u ödəniş edəcəyini desə də, ancaq ödəniş etməmişdir. Barəsində avqust ayında inzibati protokol tərtib edilmiş və 500 manat cərimə olunmuşdur. Sonradan ödəniş edəcəyini desə də, bu günə kimi ödəniş etməmişdir. Bir dəfə sentyabr ayında 150 manat ödəniş etmişdir. Hazırkı borc onun işdən çıxarıldıqdan sonra yaranmış borcudur. İndi işləmədiyindən maaşdan tutulma aparılmır. Hər dəfə gücü çatan qədər ödəniş etməsi deyilsə də, ən sonda məhkəmədən çıxan zaman ödəməyəcəyini bildirmişdir. Şəxs avqust ayında inzibati tənbeh almışdır. 3500 manat borcundan sentyabr ayında etdiyi 150 manatı çıxıldıqdan sonra hazırda 3350 manat borcu qalmışdır. Məhkəmə iclasında iştirak edən Şəxs izahatında bildirmişdir ki, hazırda işsizdir, alimenti ödəməyəcəyini deməmişdir, çünki onlar öz uşaqlarıdır, hər ayın 20-25-ində ödəniş edəcəkdir. İcra məmuru dediyi kimi təxminən 3350 manat borcu qalmaqdadır. Ödəməməsinin səbəbi xəstə olmasıdır, başının yarısı plastikdir, onu işə götürmürlər. Qəza keçirmişdir, 1 il 2 ay yataqda yatmışdır. Sonra aldığı pulla borcunu ödəmişdir. Deyilən borc mart ayından bu vaxtacan olan borcdur. 10 martdan işdən azad olunmuşdur. Başa düşür ki, uşaqlar onundur, amma vəziyyəti pisdir, 350 manat maaş alır, 150 manat ona verir, 100 manat ona qalır. Rəsmi iş yeri yoxdur, ona əlillik vermədilər. Telefonu da son vaxtlar işləmir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X8 izahatında bildirmişdir ki, nikah pozulduqdan sonra, Xalid “Lukoil”-da işlədiyi vaxtda da ödəmirdi, məcburi maaşına yönəldilirdi. Artıq 3-cü prosesdir ki, ödəmədiyi üçün məcburi çağrılıb gətirilir. 2 uşaqdır, saxlaya bilmir. Hər ayın 5-i və ya 10-u ödəyəcəyini desə də, heç vaxt ödəmir. Gülarə xanım bildirdiyi kimi sonuncu məhkəmədən gedəndə də ödəməyəcəyini demişdi. 500 manat cərimə olunsa da, nə onu icra edir, nə də alimenti ödəyir. 350 manat maaş aldığını desə də yalandır, hamı ən azı 400 manat maaş alır. Özü işləyirdi, ancaq iyul ayından bu vaxta isə işi dayanıb. Məhkəmə araşdırması zamanı Şəxs istinad olunan inzibati xətanın törədilməsində təqsiri iş materialları və özünün etirafedici izahatı ilə tam sübuta yetirilmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Sabunçu rayon İcra Şöbəsindən daxil olmuş MN ******* nömrəli, 12 dekabr 2025-ci il tarixli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlərdən görünür ki, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin e- 2(008)-4322/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra vərəqəsinə əsasən Şəxs 2 azyaşlı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 350 manat sabit pul məbləğində aliment tutularaq X6 ödənilməlidir. İş materiallarında olan Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)- 4322/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra vərəqəsindən görünür ki, birgə nikahdan doğulmuş xx.xx.2013-cü il təvəllüdlü X7 və xx.xx.2014-cü il təvəllüdlü X9 anası Rüstəmova (Bəşirova) Şöhrət Rövşən qızının himayəsində saxlanılması, Şəxs Rüstəmova (Bəşirova) Şöhrət Rövşən qızının xeyrinə, xx.xx.2013-cü il təvəllüdlü X2 və xx.xx.2014-cü il təvllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün 20 may 2021-ci tarixdən başlayaraq hər ay hər uşağa görə 175 manat olmaqla, cəmi 350 manat sabit pul məbləğində aliment tutulmalıdır. İş materiallarında olan icraata başlamaq haqqında xx.xx.2021-ci il tarixli qərardan görünür ki, həmin qərar əsasında iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün bildirişlə borclu Şəxs göndərilmişdir. İş materiallarında olan Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 3(008)-5229/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Şəxs Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-4322/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra vərəqəsi üzrə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş və barəsində 500 (beş yüz) manat məbləğində cərimə tənbeh tədbiri tətbiq edilməsi qərara alınmışdır. İş materiallarında olan Bakı şəhəri Sabunçu rayon İcra Şöbəsinin borclunun axtarışı haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, borclu Şəxs barəsində axtarış elan edilmişdir. İş materiallarında olan Şəxs tərəfindən verilmiş izahatlarda icra sənədindən xəbərdar olduğu, işsiz olduğu və gəlirləri olmadığından hazırda borcunu ödəyə bilməyəcəyi bildirilmişdir. Məhkəmə, inzibati xəta haqqında materialları araşdırıb, inzibati protokolu tərtib etmiş şəxsin, barəsində inzibati protokol tərtib edilmiş şəxsin və zərərçəkmiş izahatlarını dinləyib hesab edir ki, Şəxs İXM-nin 528.1-1-ci maddəsinin sanksiyası çərçivəsində inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, o, 528.1-ci maddədə nəzərdə tutulmuş xətanı inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törətmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 528.1. İcra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. 528.1-1. Bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbulu və icra edilməsi, həmin vaxt qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması mərhələsində hakim, inzibati xəta haqqında protokolun və işin digər materialların Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə müvafiq olaraq tərtib edilməsi məsələsini həll edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, Şəxs əməlini səmimi etiraf etməsini məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Onun barəsində məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 25.1-ci maddəsinə əsasən inzibati cərimə bu Məcəllədə nəzərdə tutulmuş hallarda hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən təyin edilən və təqsirkar şəxsdən dövlətin xeyrinə tutulan pul məbləğidir. Məhkəmə, Şəxs əməlini səmimi etiraf etməsini, borcdan qismən ödəniş edilməsini, şəxsiyyətini, törədilmiş inzibati xətanın xarakterini və iş üzrə digər halları nəzərə alaraq ona Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsinin sankisiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 57, 106, 128-130-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 1000 (min) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apellyasiya instansiyası məhkəməsinə inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Hakim: Şəbnur Qədirova
Məhkəmə qərarları › İş №3(008)-6570/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-6570/2025
12.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver