Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-6572/2024 17.10.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Samirə Məhəmməd qızının sədrliyi, Axund-zadə Ayşən Elmixan qızının iclas katibliyi ilə, X1 iştirakı ilə, X1 Bakı şəhər X13 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğvi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhər X13 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2024-cü il tarixində saat 08:50 radərlidə ** JU *** dövlət qeydiyyat nişanlı “BMC-Procity” markalı sərnişin avtobusu ilə X6 istiqamətində hərəkətdə olarkən ** TG *** dövlət qeydiyyat nişanlı “Daewo” markalı sərnişin avtobusunun sürücüsü anidən soldan sağa manevr edib, onun idarə etdiyi avtobusun sol yan güzgünü və yandan toxunmaqla ön şüşəni qırmışdır. Hadisədən dərhal sonra sürücü onu görmədiyini, üzürlü saymağını və avtomobilinə dəymiş maddi zərəri ödəyəcəyini deyərək səmimi peşmanlığını bildirmişdir. O da sürücünün səmimi peşmanlığını görüb, maddi ziyana getməməyi üçün hadisə yerinə DYP-ni dəvət etməyi və barəsində inzibati İXM-nin 327.1-ci maddə ilə protokol açıldığı təqdirdə ona dəymiş zərəri ondan yox, İcbari sığortadan alacağını izah etmiş və razılaşmışlar. Nəticədə hadisə yerinə Bakı şəhəri DYPİ-nin polis kapitanı X7 çıxmışdır. Hadisə yerinə baxış keçirmədən qanunsuz olaraq sürücülük və digər sənədlərini alıb, sabah, yəni xx.xx.2024-cü il tarixində Bakı şəhəri DYPİ-nə gəlməyini bildirmişdir. xx.xx.2024-cü il tarixində saat 18:00 radələrində Balu şəhəri DYPİ-nin polis kapitanı X7 onunla telefon əlaqəsi yaratmış və aeroport yolu kimi tanınan H.Əliyev pr-də evə gedən zaman onunla görüşüb heç bir şey demədən sənədlərini özümə qaytarmış və getmişdir. Baş vermiş yol-nəqliyyat hadisəsindən bir neçə gün keçdikdən sonra barəsinddə inzibati protokol tərtib edildiyini öyrənmişdir. Dəfələrlə Bakı şəhər DYP-nə gedib qərarın ona təqdim edilməsini xahiş etsə də, hər dəfə “Azad müəllim burda yoxdur” öz qərannı özü verə bilər” deyib, inzibati tənbeh vermə haqqında qərarı ona təqdim etməmişlər. Belə olan halda qərarın poçtla göndərilməsini xahiş etmiş, lakin qərarı poçtla da göndərmədilər. Beləliklə barəsində tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərar Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən ona rəsmi şəkildə təqdim edilməmişdir. Avtobusun mülkiyyətçisi olan "xxxx" MMC tərəfindən edilən şifahi müraciət əsasında sadəcə, xx.xx.2024-cü il tarixində barəsində tərtib edilmiş ******* saylı İnzibati xəta haqqında protokol təqdim edilmiş və həmin tarixdə Cəmiyyətin mülkiyyət hüquqlarının pozulmaması və avtobusun duracağa qoyulmaması üçün barəsində tərtib edilmiş protokol xəbər edilmədən "xxxx" MMC tərəfindən icra edilmişdir. Lakin həmin tarixdə də İXP ******* əsasında tərtib edilmiş ******* saylı inzibati tənbeh vermə haqqında qərar təqdim edilməmişdir. Cari aym 2-ci günü, yəni xx.xx.2024-cü il tarixində "xxxx" MMC-nin əməkdaşları tərəfindən şifahi telefon müraciət edildikdən sonra TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar təqdim edilmişdi. Azərbaycan Respublikası İXM-nin 126.1. barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. Onun hüquqları Bakı şəhər DYP-nin əməkdaşı polis kapitanı X7 tərəfindən kobud şəkildə pozulmuşdur. Belə ki, hadisə yerinə çıxan əməkdaş nə hadisəni araşdırıb, nə onun izahatını almış, nə qarşı tərəfin izahatlarını almış, nə hadisənin şəkili çəkilmiş, nə də ki hadisənin sxemini çəkib ona təqdim etmişdir. Əvvəldə qeyd etdiyi ki, axşam ona sənədləri sadəcə aeroport yolu kimi tanınan H.Əliyev pr-də gətirib vermiş, heçnə demədən çıxıb getmişdir, inspektor hadisəni əks etdirən videogörüntüyə belə baxış keçirmədən açıq şəkildə onun hüquqlarını tapdalamış qarşı tərəfi haqlı çıxartmışdır. Azərbaycn Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61-ci maddəsinin 61.1.8. inzibati xəta hadisəsinin baş verdiyi yer videomüşahidə vasitələrinin (videokameraların) nəzarəti altındadırsa, hadisənin görüntülərinin elektron daşıyıcıda surətini almaq, 61.1.1. inzibati xəta haqqında iş üzrə bütün materiallarla tanış olmaq; 61.1.5. işə baxılarkən müdafiəçinin hüquqi yardımından istifadə etmək, 61.1.6. inzibati xəta haqqında iş üzrə icraatın təmin edilməsi tədbirlərinin tətbiqindən və iş üzrə qərardan şikayət vermək,61.1.7. ana dilində çıxış etmək və icraatın aparıldığı dildə danışa bilmirsə, tərcüməçinin xidmətlərindən pulsuz istifadə etmək hüququm var. Lakin, Bakı şəhəri DYPİ-nin polis kapitanı X7 tərəfindən hüquqları qəsdən və məqsədli şəkilə pozulub. Bakı şəhər DYPİ-nin polis kapitanı X7 tərəfindən heç bir obyektiv araşdırma aparılmamış, heç bir sübut təqdim edilməmiş, hadisə yerinə baxış keçirilməmiş, avto texniki ekspertiza təyin edilməmiş, onun izahatı alınmamış, üzləşdirmə aparılmamış, şahidlərin ifadələrinə müraciət edilməmiş, avtobusun kameraları vasitəsi qeydə alınan yol-nəqliyyat hadisəsinin görüntülərinə baxış keçirilməmişdir. Xüsusi ilə diqqətinizə çatdırmaq istəyirəm ki, inspektor qərarını verən zaman YHQ-nun 42-ci maddəsinin tələbinə zidd olaraq əks isitiqamətli hərəkət zolağına çıxmadan manevr qaydasını pozduğuna görə Az.Resp. İnzibati Xətlar Məcəlləsiinin 327.1 -ci maddəsinə müvafiq inzibati xəta haqqında protokol tərtib edib. Halbuki, Yol hərəkəti haqqında qanunun 42-ci maddəsində əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə deyə bir anlayış yoxdur. İnspektor bunu 42-ci maddənin hansı bəndində oxuması mənim üçün hələ də məlum deyil. Görünür inspektor nəinki öz fəaliyyətlə məşğul olub, özünü qanunverici orqan kimi qəbul edib, özündən yeni qanun icad edib. Lakin, çətinlik burasındadır ki, həmin qanun Yol hərəkəti haqqında Azərbaycan Respublikasının qanununda yazılı formada öz əksini tapmayıb. Möhtərəm hakim, bütün bunlar birdaha sübut edir ki, inspektor tərəfindən heç bir araşdırma aparılmayıb və onun hüquqları heç bir əsas olmadan ayaqlar altına atılıb tapdalanmışdır. Möhtərəm hakim, Azərbaycan Respublikasının Yol hərəkəti haqqında Qanım 42-ci maddəsinin 1-ci bəndində əsasən, sürücü hərəkətə başlamazdan, yerdəyişməzdən, dönməzdən, ötməzdən va dayanmazdan qabaq müvafiq istiqamətə dönmək üçün xarici işıq siqnallarının köməyi ilə, bunlar olmadıqda və ya nasazlıq yarandıqda isə əl işarələri ilə siqnal verməlidir. Bu zaman manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalıdır. Eyni qanunun 42.5-ci maddəsinə əsasən sürücü yerdəyişmə zamanı hərəkət istiqamətini dəyişmədən eyni səmtə gedən nəqliyyat vasitələrinə yol verməlidir. Eyni səmtə gedən nəqliyyat vasitələri yerdəyişməni eyni vaxtda edirlərsə, onda sürücü özündən sağdakı nəqliyyat vasitəsinə yol verməlidir. Möhtərəm hakim, Azərbaycan Resubplikasının Yol hərəkəti haqqında Azərbaycan Respublikasının Qanununun 42-ci maddəsinə əsasən birmənalı olaraq, baş vermiş yol- nəqliyyat hadisəsi düzgün araşdırılmayıb, hadisəyə düzgün hüquqi qiymət verilməyib və nəticədə barəsində düzgün inzibati icaraat aparılmamışdır. Bakı şəhəri DYPl-nin polis kapitanı X3 hərəkəti haqqında Azərbaycan Respublikasının Qanununu heçə sayaraq, öz fəaliyyətlə məşğul olmuş, heç bir hüquqi əsas olmadan, şəxsi subyektiv fikirləri ilə barəsində № ******* saylı inzibati tənbeh vermə haqqında qəraq qəbul etmişdir. Qanun bir mənalı olaraq deyir ki, yolun sağ çiynində hərəkət edən nəqliyyat vasitəsinə yol verdikdən sonra sağa manevr etməlisən. Soldan sağa anidən manevr edib sağdakı nəqliyyat vasitəsinin önünü kəsib qəza şəraiti yaratmaq bir mənalı şəkildə qadağandır. Azərbaycan Respublikasının inzibati Xətalar Məcəlləsinin təqsirsizlik prezumpsiyası prinsipilərinə əsasən barəsində inzibati xəta haqqmda iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqmda iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmçinin, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Eyni zamanda, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Sübut etmə yüklülüyü olan tərəf sürücü barəsində inzibati icraata başlayan tərəfdir. Yəni, inzibati icraata başlayan məsul şəxs, Bakı şəhəri DYPİ-nin polis kapitanı X5r. Möhtərəm hakim, əməllərində inzibati xəta tərkibi olmadığına görə, Bakı şəhəri DYPİ-nin polis kapitanı X7 tərəfindən tərtib edilmiş TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı tamamilə qanunsuzdur. Göstərilənlərə əsasın həmin qərarın ləğv edilib iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında X2 şikayət ərizəsinin xüsusatlarına uyğun izahat verərək məhkəmədən barəsində Bakı şəhər X13 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə şikayətçinin izahatlarını dinləyib, şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli TP seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X8 xx.xx.2024-cü il tarixində saat 08:55-də Bakı şəhəri, Sabunçu rayonu şossesi “BMC Procity 12M CNG” markalı, **-JU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etməsinə görə barəsində Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi göstərilmiş və barəsində 40 manat məbləğində cərimə tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə-qırx manat məbləğində cərimə edilir. X8 barəsində tərtib olunmuş yuxarıda qeyd olunan inzibati tənbeh vermə haqqında qərarda sürücünün əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etməsinə istinad olunsa da bunun onun hansı hərəkətlərində ifadə olunması qeyd edilməmişdir. Halbuki qanunvericiliyin tələbinə əsasən inzibati xəta haqqında protokolda inzibati xətanın mahiyyəti göstərilməlidir. Bundan başqa Bakı şəhər X13 İdarəsi tərəfindən təqdim olunan video görüntüdən görünür ki, X4 idarə etdiyi avtobus dayanacaqda saxlamış, ** TG *** dövlət qeydiyyat nişanlı “Daewo” markalı sərnişin avtobusu ikinci zolaqda, öz yolunda düzünə hərəkət etdiyi halda, yenicə hərəkətə başlamış onunla yanakı vəziyyətdə olan və həmin yolda düzünə hərəkətdə olan X4 idarə etdiyi avtobusa yol vermədən qəfil onun qarşısına keçməklə həmin avtobusu vurmuşdur. İnzibati xəta haqqında prtokol tərtib edən orqan ** TG *** dövlət qeydiyyat nişanlı “Daewo” markalı sərnişin avtobus sürücüsünün hərəkətlərində “Yol hərəkəti haqqında” AR Qanunun 42.5-ci maddəsinin, yəni sürücü yerdəyişmə zamanı hərəkət istiqamətini dəyişmədən eyni səmtə gedən nəqliyyat vasitələrinə yol verməli olmasına dair tələbini pozub-pozmadığını aydınlaşdırmadan, X4 məhz hansı hərəkətləri ilə manevr qaydasını pozmasını əsaslandırmadan, bunu təsdiq edən sübutlar olmadan sonuncunun AR İXM-nin 327.1-ci madddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi nəticəsinə gəlmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Beləliklə, X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi araşdırılmamış və qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati xəta haqqında qanunvericiliyin tələbləri inzibati xəta haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə, məhkəmə hesab edir ki, X8 oğlunun şikayəti qismən təmin edilməli, Bakı şəhər X13 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün Bakı şəhər X13 İdarəsinə göndərilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutub,məhkəmə QƏRARAALDİ: X4 şikayəti qismən təmin edilsin. X8 oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Bakı şəhər X13 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş yenidən baxılması üçün Bakı şəhər X13 İdarəsinə göndərilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Samirə Məmmədli
Məhkəmə qərarları › İş №3(008)-6572/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-6572/2024
17.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver