Məhkəmə qərarları › İş №3(008)-6575/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-6575/2025

15.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-6575/2025 15.12.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Samirə Məhəmməd qızının sədrliyi, Axund-zadə Ayşən Elimxan qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 13-cü PŞ-nin polis sahə rəisi, polis mayoru X1 iştirakları ilə, xx.xx.1988-ci ildə Naxçıvan MR, Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, kosmetoloq işləyən, Bakı şəhəri, Yasamal rayonu, Məhəmməd Xiyabani küçəsi 192B, M 14, M 6 ünanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Məhkəmə MÜƏYYƏN ETDİ : Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Şöbəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli, MN ******* saylı və MN ******* saylı inzibati xəta haqqında protokollara əsasən Şəxs xx.xx.2025-ci il tarixdə Sabunçu RPİ-nin müstəntiqi, polis mayoru Nicat Nayıbovun qanuni tələblərini qəsdən pozmuş, Sabunçu RPİ-nin müstəntiqi, polis mayoru Nicat Nayıbovu nalayıq ifadələrlə təhqir etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 13-cü PŞ-nin polis sahə rəisi, polis mayoru X4 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək Şəxs AR İXM-nin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinərək barəsində qanuna uyğun qərar qəbul edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahatında göstərmişdir ki, avtonəqliyyat hadisəsi ilə bağlı Sabunçu RPİ-də araşdırılan cinayət işi üzrə zərərçəkmiş şəxsdir. Dəfələrlə müstəntiqlə zəng edərək öz işi ilə maraqlanmağa çalışsa da, onun zənglərinə cavab verməmişdir. Sonuncu dəfə əlaqə saxladıqda onun telefonunu açmadığı zaman tanışı bir xanımın telefon nömrəsindən zəng etmişdir. Bu zaman müstəntiq Nicat Nayıbov həmin zəngə cavab vermişdir. O, işi ilə maraqlandıqda ona şəxsi işləri ilə bağlı işdə olmadığını bildirmişdir. Bundan sonra o, müstəniqin onun işinə laqeyd yanaşması ilə bağlı 102 xidmətinə zəng edib şikayət etmişdir. Bundan sonra müstəntiq onu ekspert rəyi ilə tanış olmaq üçün idarəyə çağırmışdır. Müstəntiqə rəyi qatla bir yerinə sox sözünü deməmişdr. Desə də hesab edir ki, bu söyüş deyil. O, idarəyə gedəndə müstəntiq onunla kobud rəftar etmişdir. Ekspert rəyi ilə tanış olan zaman ona aid olmayan məqamlar olmuş, onların izahını soruşduqda suallarına cavab verməmiş, onunla kobud rəftar etmişdir. Onun saçına əl atmışdır. Həmin vaxt otaqda o, müstəntiq, onun qardaşı olmuşdur. Onun üzərinə gəlmişlər. O, bir dövlət idarəsində ona qarşı bu cür hərəkətə yol verilməsinə görə əsəbiləşmişdir. Ondan sonra otaqdan çölə çıxmışdır. Mübahisə olan zaman otaqda başqa əməkdaşlar olmamışdır. O, heç kimi təhqir etməmiş, tabesizlik göstərməmişdir. Burada zərərçəkən odur. Bununla bağlı aidiyyatı qurumlara da şikayət edəcəkdir. Məhkəmədən qeyd edilənlərin nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 bildirmişdir. ki, xanım onun icraatında olan cinayət işinin iştirakçısıdır. Ekspert rəyi daxil olduqdan sonra xanımla əlaqə saxlayaraq onu rəy ilə tanış olmaq üçün idarəyə dəvət etmişdir. Bu zaman xanım telefonda ona “rəyi qatla bir yerinə sox” ifadəsini işlətmişdir. xx.xx.2025-ci il tarixdə Şəxs idarəyə yaxınlaşmışdır. O, xanıma rəydə anlamadığı məsələlər ilə bağlı izahlar vermişdir. Şəxs onu nalayiq ifadələrlə təhqir etmiş, ondan bu hərəkətlərinə son qoymasını tələb etsə də, xanım öz hərəkətlərinə davam etmişdir. Səs-küyə təhqiqatçı Altay Məmmədov, müstəntiq Xəyyam Bağırzadə və digər əməkdaşlar gəlmiş, xanımı sakitləşdirə bilməmişlər. Bununla da idarənin iş rejimini pozmuşdur. Tərəfindən raport tərtib olunub tədbir görülməsi üçün idarə rəisinə təqdim edilmişdir. Hadisə anının videogörüntüləri onun telefonunda vardır. Həmin görüntülərdən də görünür ki, xanım yuxarıda qeyd etdiyi ifadəni işlətdiyini etiraf edir, onun ünvanına nalayiq ifadələr işlədir, əməkdaşlar onu sakitləşdirə bilmir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 izahatında bildirmişdir ki, , xidməti otağında vətəndaş dindirən zaman səs-küy eşitmiş, çölə çıxarkən digər idarə əməkdaşlarının yuxarıya qalxdığını görümşüdür. O, da yuxarıya qalxmış, Şəxs Nicat Nayıbovun xidməti otağının qarşısında yüksək səslə danışdığını, nalayiq ifadələr işlətdiyini görmüşdür. Onu dəfələrlə nizam-intizama, sakit olmağa dəvət etsələr də xanım öz hərəkətlərini davam etdirmişdir. Bununla Şəxs idarəsinin iş rejimini pozmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 digər şahid X3 oğlu ilə oxşar məzmunda izahat vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 13-cü PŞ-dən daxil olmuş xx.xx.2025ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2025-ci il tarixdə Sabunçu RPİ-nin müstəntiqi, polis mayoru Nicat Nayıbovun qanuni tələblərini qəsdən pozmuşdur. Bu səbəbdən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi ilə bağlı inzibati xəta haqqında protokol tərtib edilmişdir; Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 13-cü PŞ-dən daxil olmuş 15 dekabr 2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2025-ci il tarixdə Sabunçu RPİ-nin müstəntiqi, polis mayoru Nicat Nayıbovu nalayıq ifadələrlə təhqir etmişdir. İş materiallarında olan Sabunçu RPİ-ninn rəisinə Sabunçu RPİ-nin müstəntiqi Nicat Nayıbov tərəfindən ünvanlanmış raportdan görünür ki, 29 oktyabr 2025-ci il tarixdə saat 19.00 radələrində icraatında olan HK/1-648 saylı material üzrə təyin edilmiş məhkəməavtotexniki ekspertizasının rəyi ilə tanış olmaq üçün xidməti otağına gələn vətəndaş Şəxs ekspert rəyi ilə tanış olan zaman “rəyi qatla bir yerinə sox” deyərək onu nalayiq ifadələrlə təhqir etmiş, ondan nalayiq ifadələrinə son qoyulması tələb olunan zaman o, nalayiq ifadələrlə onu yenidən təhqir etməyə davam etmiş, səs-küyə yığışan Sabunçu RPİ-nin Təhqiqat Şöbəsinin təhqiqatçısı Altay Məmmədov, həmin Şöbənin baş təhqiqatçısı Məhəmmədəli Fətəliyevin, İstintaq Şöbəsinin müstəntiqi Xəyyam Bağırzadənin və İdarənin digər əməkdaşlarının onun ictimai qaydanı pozması ilə bağlı qanunsuz hərəkətlərinə son qoyması barədə qanuni tələblərinə qəsdən tabe olmayaraq Polis İdarəsinin iş rejmini pozmuşdur. Odur ki, Şəxs barəsində qanuni tədbir görülməsinə göstəriş verilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər inzibati xəta kimi müəyyən edilmişdir. 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. 31.4-ci maddəsinə əsasən Bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1 - 32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokolu, inzibati materialda olan digər sənədlər, şahidlərin izahatları ilə sübuta yetirilmişdir ki, Şəxs 29 oktyabr 2025-ci il tarixdə polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamış, həmçinin xırda xuliqanlıq etmişdir. Bununla da, Şəxs İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən hal kimi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin ilk dəfə inzibati məsuliyyətə cəlb olunmasını, himayəsində azyaşlı uşağının olmasını, məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alaraq, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsi ilə təqsirli bilinməli, İXM-nin 34.3-cü maddəsinə əsasən İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində həmin maddənin sanksiyasının hədləri daxilində müəyyən məbləğdə cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43- 48, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510, 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinin tələbinə uyğun olaraq İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilinərək 100 (bir yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Saunçu Rayon Məhkəməsinin vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Samirə Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar