Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-6576/2025 15.12.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Samirə Məhəmməd qızının sədrliyi, Axund-zadə Ayşən Elimxan qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhəri Sabunçu Rayon İcra Şöbəsinin icra məmuru X1, Zərərçəkmiş şəxs X3, X11, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X5 iştirakları ilə, xx.xx.1964-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan. X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsi barədə Bakı şəhəri Sabunçu rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, Məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu Rayon İcra Şöbəsindən daxil olmuş 15 dekabr 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Sabunçu Rayon Məhkəməsinin 2(008)-732/2020 nömrəli xx.xx.2020-ci il tarixli icra vərəqəsi üzrə tələbi icra etməməmişdir. Bununla da o, AR İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Bakı şəhəri Sabunçu rayon İcra şöbəsinin icra məmuru X2 inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat verərək əlavə olaraq bildirmişdir ki, Sabunçu Rayon Məhkəməsinin 2(008)-732/2020 nömrəli xx.xx.2020 tarixli icra sənədi üzrə borclu X4 1000 (bir min) manat məbləğində pul, dəymiş zərərin əvəzi 700 manat olmaqla, cəmi 1700 manat məbləğində pul və 30 manat məbləğində dövlət rüsumu alınıb tələbkarlar X8 və X12 verilməlidir. Borclu işləmədiyindən ödəniş etmədiyini bildirir. Tələbkar pulunun ödənilməsini tələb edir. Borclunu tapa bilmədiklərindən 2020-ci ildən barəsində axtarış verilmişdir. Bu gün axtarışın nəticəsində borclu icra şöbəsinə təmin olunmuşdur. Tərəfindən inzibati xəta haqqında protokol tərtib olunaraq məhkəməyə təqdim olunmuşdur. Məhkəmədən X10 barəsində qanunauyğun tədbir görülməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X8 bildirmişdir ki, cavabdeh X10 indiyə kimi heç bir ödəniş etməmişdir. O borcunun tam şəkildə ödənilməsini tələb edir. Əks halda borclu barəsində ciddi tədbir görülməsini tələb edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X14 bildirmişdir ki, cavabdeh X10 indiyə kimi heç bir ödəniş etməmişdir. O borcunun tam şəkildə ödənilməsini tələb edir. Əks halda borclu barəsində ciddi tədbir görülməsini tələb edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X10 izahat verərək bildirmişdir ki, maddi imkanı olmadığından icra sənədi üzrə göstərilən məbləği ödəyə bilmir. Hazırda restoranda xadimə işləyir. Məhkəmə qərarı üzrə müəyyən olunmuş məbləği ödəməyə maddi imkanı yoxdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Sabunçu Rayon Məhkəməsinin 2(008)-732/2020 nömrəli xx.xx.2020 tarixli, xx.xx.2020-ci il tarixdə verilmiş icra vərəqəsindən görünür ki, cavabdeh X4 1000 (bir min) manat məbləğində pul, dəymiş zərərin əvəzi 700 manat olmaqla, cəmi 1700 manat məbləğində pul və 30 manat məbləğində dövlət rüsumunun alınıb iddiaçılar X6 və X12 verilməsi qət edilmişdir. İcraata başlamaq haqqında xx.xx.2020-ci il tarixli qərarın surətindən görünür ki, Sabunçu Rayon Məhkəməsinin 2(008)-732/2020 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədi üzrə icraata başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu X7 göndərilmişdir. Borclunun axtarışı haqqında 01 iyun 2020-ci il tarixli qərardan görünür ki, borclu xx.xx.1964-cü il təvəllüdlü X10 barəsində axtarış elan edilmişdir. Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsi və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsi inzibati xəta kimi müəyyən edilmişdir. Həmin xətaya görə inzibati cərimə və ya inzibati həbs nəzərdə tutulmuşdur. X10 həmin inzibati xətanı törətməsi barəsində tərtib olunmuş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokol, icra vərəqəsi, bildiriş və işdə olan digər sənədlər ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, iş üzrə sübutları qiymətləndirərək, törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, X10 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək ona həmin maddənin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Həmçinin məhkəmə inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırır ki, İXM-nin 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: X10 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 500 (beş yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Samirə Məmmədli
Məhkəmə qərarları › İş №3(008)-6576/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-6576/2025
15.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver