Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-6590/2025 22.01.2026 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Samirə Məhəmməd qızının sədrliyi, Axund-zadə Ayşən Elimxan qızının katibliyi, X1 və vəkili “Alibi” Vəkil Bürosunun vəkili Vəkil iştirakı ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin nümayəndəsi X6 iştirakları ilə, X4 barəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə şikayətinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Məhkəmə müəyyənetdi: X7 barəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidməti tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN seriyalı, №1870825 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair şikayət ərizəsi ilə Sabunçu Rayon Məhkəməsinə müraciət etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, X13 Xidmətinin Bakı şəhər İdarəsinin rəis müavini X15 tərəfindən qəbul edilmiş MN № ******* saylı, 03 iyul 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ilə o, əmək müqaviləsi hüquqi qüvvəyə minmədən iki nəfər fiziki çəxsi işlərin yerinə yetirilməsinə cəlb etməyinin əsası ilə AR İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 3500 manat məbləğində tənbeh növü tətbiq edilmişdir. Həmin qərar qanunsuz və əsassızdır, aşağıda göstərilən əsaslara görə qərar ləğv edilərək inzibati xəta haqqında icraata xitam verilməlidir. Onun tərəfindən qərarda qeyd edilən iki nəfər şəxs heç bir işə cəlb edilməmişdir, o həmin şəxsləri tanımır. Bu səbəbdən onun tərəfindən AR İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilməmiş və qərarda qeyd edilən inzibati xəta hadisəsi olmamışdır, bu səbəbdən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Bundan əlavə barəsində qəbul edilmiş inzibati qərar səlahiyyətli orqanlar tərəfindən inzibati xəta haqqında iş üzrə nömrələnmiş blankda tərtib edilmişdir və 24 saat müddətində onun elektron kabinetinə yerləşdirilməmişdir, bu səbəbdən AR İXM-nin 38.6-cı maddəsinə əsasən o, inzibati məsuliyyətə cəlb edilməməlidir. Bununla da DƏMX-nin Bakı şəhər İdarəsi tərəfindən onun barəsində qeyri-obyektiv və birtərəfli icraat aparılaraq qanunsuz və əsassız qərar qəbul edilmişdir. Əlavə olaraq bildirir ki, o, xx.xx.2025-ci il tarixdə DƏMX-nin Bakı şəhər İdarəsinə gedərək qəbzi imzalayaraq qərarın surətini götürmüşdür. Bundan sonra xx.xx.2025-ci il tarixdə DƏMX-nin Bakı Şəhər İdarəsinə təkrar gedərək iş materialı ilə tanış olmaq istəmiş, lakin onun iş materialı ilə tanış olmağına və sənədlərin surətini götürməyinə imkan verilməmişdir. Göstərilənlərə əsasən X13 Xidmətinin Bakı şəhər İdarəsinin rəis müavini X15 tərəfindən qəbul edilmiş MN № ******* saylı, 03 iyul 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək inzibati xəta haqqında icraata xitam verilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında şikayət verən şəxs bildirmişdir ki, o, tikinti materiallarının satışı ilə məşğuldur, hər hansı müştəri mal aldığı zamanı ətrafda taksi fəaliyyəti ilə məşğul olan insanlarla yaxınlaşaraq yüklərinin daşınmasını təmin edirlər. O, qərarda adları qeyd edilən şəxsləri hər hansı işlərin yerinə yetirməsinə cəlb etməmişdir. Həmin şəxslərdən Şahid1 olaraq qeyd edilən şəxsin fotoşəklinə baxan zaman Sədi olaraq tanıdığı şəxs olduğunu görmüşdür. Onu da işə cəlb etməmişdir. Onun mağazası olan ərazidə çoxsaylı yük maşınları dayanır, o da həmin şəxslərdən biridir. Qərarda adı qeyd edilən digər şəxsi ümüumiyyətlə tanımır.Belə olan halda həmin şəxsi necə işlərin görülməsinə cəlb edə bilər. Barəsində qəbul edilmiş qərar qanunsuz və əsassız olduğundan ləğv edilərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında X1 vəkili “Alibi” Vəkil Bürosunun vəkili Vəkil bildirmişdir ki, inzibati orqanın gəldiyi nəticələr işin faktiki hallarına uyğun deyildir. Belə ki, X13 Xidmətinin 03 iyul 2025-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarında hansı tarixli və nömrəli materiala yaxud protokola baxılıb inzibati xəta tərkibinin müəyyən edilməsi anlaşılan deyil. Belə ki, həmin hissədə alt-alta müxtəlif tarixlər və nömrələr yazılmışdır (13, 13,17,17 iyun və 25-1- 2-2/230-0002-2. 25-1-2-2/230-0001-2. 25-1-2-2/230- 0004-2, 25-1-2-2/230-0004-2). Qərarın “müəyyən edildi" hissəsində vəzifəli şəxs X7 tərəfindən guya Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 49-ctı maddəsinin tələblərini pozaraq adlarının tam oxuması mümkün olmayan iki nəfər şəxsin ( təxminən X16 və Şahid1 kimi oxunur) əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi qeyd olunmuşdur. Əslində isə X7 həmin şəxsləri tanımır və həmin şəxsləri heç vaxt hər hansı işlərin yerinə yetirilməsinə cəlb edilib-edilməməsi barədə izahatını almamış və həmin faktın doğru olub-olmamasının yoxlanması üçün heç bir sübut toplamamışdır. X13 Xidmətinin gəldiyi bu nəticə işin faktiki hallarına uyğun deyildir. 03 iyul 2025-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın vəzifəli şəxs X5 çatdırılması qanunla müəyyən olunmuş qaydada təmin olunmamışdır və başqa sözlə, X7 lıəınin inzibati tənbeh vermə haqqında qərardan xəbərsiz olmuşdur. Həmin qərarın əldə olunması üçün dəfələrlə X13 Xidmətinə müraciət etdikdən sonra qərarın surətini əldə etmiş və qərardan məhkəməyə şikayət vermişdir. Həmin tənbeh qərarının əsaslandığı İXM-in 192. l~ci maddəsi Hə olan müvafiq protokol, qərar və yaxud da digər materialın surəti X3 çatdırılmamış, mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar tam hərtərəfli araşdırılmamış, inzibati xəta tərkibinin mövcudluğunun siibut olunması üçün lıeç bir siiluıt toplanmamışdır Sözügedən inzibati tənbeh vermə haqqında qərarla tanış olarkən müəyyən olunmuşdur ki. qərarda inzibati orqanın qeyd etdiyi “inzibati xəta əməlinin” “törədildiyi yer” göstərilməmişdir. Sual olunur, əgər inzibati xəta törədilmişdirsə, harada törədilmişdir?. İnzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri İXM-də nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu. inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Beləliklə, inzibati orqanın gəldiyi nəticələr işin faktiki hallarına uyğun deyildir. İnzibati orqan tərəfindən toplanmış inzibati xəta haqqında materiala baxılaraq gəlinmiş nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış, iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilməmişdir. Belə ki, X7 heç kəsi, o cümlədən də müvafiq qərarda qeyd olunan iki nəfər şəxsi heç bir işə cəlb etməmiş, həmin şəxsləri tanımır və hansı əsasla həmin qərarın qəbul edildiyi iş materiallarından görünmür. Odur ki. inzibati orqan X13 Xidməti həmin hissədə iş üçün mühüm əhəmiyyət kəsb edən həmin faktiki halları araşdırmamış, iş üçün əhəmiyyətli olan halları sübuta yetirməmişdir. Göstərilənlərə əsasən məhkəmədən inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 izahatında göstərmişdir ki, prokurorluqda onun adından qeyd edilən izahatı o, yazmamışdır. Həmin izahatı prokurorluğun əməkdaşı yazıb, o, isə oxumadan qol çəkmişdir. O, sürücü kimi fəaliyyət göstərmişdir. Lakin Adıgözəl adlı şəxs onun müdiri olmamışdır, onun tapşırığı ilə hər hansı işləri yerinə yetirməmiş, ondan əmək haqqı almamışdır. Yalnız ona müraciət edən müştərilərin yükünü maşını ilə dedikləri ünvana aparmışdır. O, 600 manat maşının icarəsinə görə dostuna pul ödəmişdir. Çünki həmin maşın dostunun olmuş, icarəyə götürüb onu idarə etmişdir. Şahid2 rayonda olduğu üçün məhkə iclasında iştirak edə bilməyəciyini bildirmiş, məhkəmə iclasında telefon vasitəsilə onunla əlaqə saxlanılan zaman bildirmişdir ki, o fəhlə kimi işləmiş, Quliyev Adıgözəl adlı şəxsi tanımır, onun işçisi olmamış, ondan əmək haqqı almamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında 13 iyun 2025-ci il qərardan görünür ki, vəzifəli şəxs X7 barəsində AR İXM-nin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanması qərara alınmış, qərar və toplanmış material şəxsin barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədilə baxılması üçün AR ƏƏSMN yanında DƏMX-nə göndərilmişdir. AR ƏƏSMN yanında DƏMX-nin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş MN № ******* saylı, 03 iyul 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X8 xx.xx.2025-ci il tarixdə iş vaxtı xəsarət alması ilə nəticələnmiş bədbəxt hadisə barədə işəgötürən X7 tərəfindən DƏMX-nə hadisə baş verən gün məlumat verilməmişdir. Eyni zamanda vəzifəli şəxs X7 AR ƏMnin 49-cu maddəsinin 1-ci hissəsinin tələblərini pozmaqla X12 və Şahid1 əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb etmişdir. X2 tərəfindən AR İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmiş və buna görə barəsində 3500 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir; 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə-fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməli, X4 barəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, yuxarıda qeyd olunan maddənin dispozisiyasından göründüyü kimi əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin yerinə yetirilməsinə cəlb etməyə görə, hüquqi şəxslərin, vəzifəli şəxslərin və fiziki şəxslərin inzibati məsuliyyətə cəlb edilməsi nəzərdə tutulmuşdur. Məhkəmə iclasında Şahid1, Şahid2 əmək müqaviləsi hüquqi qüvvəyə minmədən X7 tərəfindən işlərin görülməsinə cəlb edilmələrləri, tərəflər arasında faktiki əmək münasibətlərinin mövcudluğu müəyyən edilməmişdir. Vəzifəli şəxs barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edən orqan tərəfindən bunu təsdiq edən kifayət qədər mötəbər sübut təqdim edilməmişdir. Məhkəmə iclasında dindirilən Şahid1, Baxışov X9 Adıgözəl adlı şəxsin onların müdiri olmadıqlarını, onları hər hansı işə cəlb etmədiyini, həmin şəxsdən əmək haqqı almadıqlarını bildirmişlər. İnzibati tənbeh vermə haqqında qərarda yuxarıda qeyd edilən şəxslərin harada, hansı işlərin görülməsinə cəlb olunması qeyd edilməmişdir. Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsində Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslərin, vəzifəli şəxslərin və hüquqi şəxslərin inzibati məsuliyyəti nəzərdə tutulmuşdur. Həmin maddə ilə şəxsi inzibati məsuliyyətə cəlb etmək üçün mütləq qaydada onun tərəfindən fiziki şəxslərin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi faktı müəyyən olunmalı və mötəbər sübutlarla təsdiq edilməlidir. Bunu sübut etmək vəzifəsi isə nə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, nə də məhkəmənin üzərinə düşür. Məhkəmə ehtimallar əsasında qərar qəbul edə bilməz. Əgər bu ehtimalları aradan qaldıracaq kifayət qədər mötəbər sübutlar təqdim olunmayıbsa, məhkəmə bütün şübhələri şəxsin xeyrinə həll edərək qərar qəbul etməlidir. Beləliklə məhkəmə iclasında inzibati tənbeh vermə haqqında qərarda qeyd edilən şəxslərin-Şahid1, Şahid2 X7 tərəfindən işlərin görülməsinə cəlb edilməsi müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. AR İnzibati Xətalar Məcəlləsinin 134.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Həmin Məcəllənin 135.1.5-1-cı maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması əsasdır. Həmin Məcəllənin 53.1.1-53.1.2-ci maddələrinə əsasən inzibati xəta hadisəsi və ya inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, X4 barəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməli və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 53, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, Məhkəmə q ə r a r a a l d ı: Şikayət təmin edilsin. X7 barəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidməti tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN seriyalı, №1870825 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Samirə Məmmədli
Məhkəmə qərarları › İş №3(008)-6590/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-6590/2025
22.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver