Məhkəmə qərarları › İş №3(008)-6597/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-6597/2025

18.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-6597/2025 18.12.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, X3 qızının katibliyi ilə, xx.xx.1985-ci il tarixdə Laçın rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, ünvan 1 kəndi ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə Bakı şəhər Sabunçu Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu DYPŞ tərəfindən tərtib edilmiş 04 dekabr 2025-ci il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixində saat 23:00 radələrində idarə etdiyi “SHACMAN SX331 YÜK” markalı **-CA-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bilgəh-Pirşağı şossesində hərəkətdə olarkən xx.xx.1996-cı il təvllüdlü Zərərçəkmiş şəxs sağlamlığına yüngül bədən xəsarəti və maddi zərər yetirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə protokolu tərtib etmiş orqana, barəsində protokol tərtib edilmiş şəxsə və zərərçəkmiş şəxsə məlumat verilsə də, onlar məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbi barədə hər hansı məlumat verməmişlər. Bununla da məhkəmə proses iştirakçılarının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs və Zərərçəkmiş şəxs ilə telefon vasitəsilə əlaqə saxlanılmış, tərəflərindən bildirilmişdir ki, Şəxs və Zərərçəkmiş şəxs barışmışdırlar, Zərərçəkmiş şəxs Şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X1 xx.xx.2025-ci il tarixli 1878 saylı ekspert rəyinin surətindən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs sol diz oynağı nahiyəsinin dərialtı hematoması; sol burun nahiyəsinin əzilmiş səthi yarası; sol təpə, çənəaltı nahiyələrin, sol dirsək, sağ diz oynağı və sol aşağı baldır oynağı nahiyələrinin, sol baldırın sıyrıqları müəyyən edildi. Xəsarətlər bərk küt əşya (əşyalar) təsirindən törənmişdir, yol-nəqliyyat hadisəsi nəticəsində törənə bilər, yetirilmə müddəti qərarın təsviri hissəsində göstərilən xx.xx.2025-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aiddir; Azərbaycan Respublikası Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin baş müstəntiqi, polis mayoru X2 «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərarının surətindən məlum olur ki, Zərərçəkmiş şəxs yol-nəqliyyat hadisəsi zamanı sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığına yüngül zərərvurmaya aid xəsarətlər aldıqlarından, yol-nəqliyyat hadisəsi zamanı xəsarət almaları faktı ilə əlaqədar şikayətlərinin olmadığından toplanmış material üzrə Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinin əlamətlərinin olmasını nəzərə alaraq barəsində inzibati protokol tərtib edilərək inzibati tədbir görülməsi məqsədilə rədd materialının surəti Sabunçu RPİ-nin DYPŞ-nin vasitəsilə Sabunçu rayon məhkəməsinə göndərilmiş və barəsində cinayət işinin başlanması rədd edilmişdir; Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs 16 avqust 2025-ci il tarixli izahatından görünür ki, o, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Cəsur pioner düşərgəsində ailəsilə birlikdə yaşayır. Mahiyyəzti üzrə bildirmişdir ki, “Shacman” markalı **-CA-*** dövlət qeydiyyat nişanlı yük avtomobilini etibarnamə ilə BB 432182 seriyalı “BC” kateqoriyalı sürücülük vəsiqəsi əsasında idarə etmişdir. 14 avqust 2025-ci il tarixdə saat təxminən 23 radələrində qeyd etdiyi yük avtomobili ilə Sabunçu rayonu, Nardaran qəsəbəsi, Bilgəh-Pirşağı şossesi ilə üzü Pirşağı qəsəbəsi istiqamətində saatda təxminən 50-55 km/saat sürətlə hərəkətdə olduğu zaman mobil telefona başı qarışdığı üçün anidən yola baxarkən “Kamaz” markalı yük avtomobilini görmüş, idarə etdiyi avtomobilin ön hissəsi ilə həmin “Kamaz”m arxa sağ hissəsindən vuran zaman “Kamaz” sol hissəsi üstə aşmışdır. Baş vermiş yol nəqliyyat hadisəsi zamanı hər iki ayağından xəsarət almışdır. Hadisə Sabunçu rayonu, Nardaran qəsəbəsi, Bilgəh-Pirşağı şossesində baş vermişdir, hadisə zamanı o avtomobildə tək olmuşdur. Bildirmişdir ki, hərəkətdə olduğu zaman başı telefona qarışdığı üçün həmin avtomobili anidən görmüş, hadisə anidən baş verdiyi üçün qarşısını almaq imkanı olmamışdır. Hadisə zamanı ayıq olmuşdur. Zərərçəkmiş şəxs 15 avqust 2025-ci il tarixli izahatından görünür ki, o, “Kamaz 5511” markalı **-RX-*** dövlət qeydiyyat nişanlı yük avtomobili BC 903056 saylı “BC” dərəcəli sürücülük vəsiqəsi əsasında idarə edir. 14 avqyst 2025-ci il tarixdə saat təxminən 23 radələrində qeyd etdiyi yük avtomobillə Sabunçu rayonu, Nardaran qəsəbəsi, Bilgəh- Pirşağı şossesi ilə hərkətdə olarkən yolun sağ hissəsində yerləşən “Sea Breeze” istiqamətində sağa doğru dönmə işığını işə salaraq sağa doğru hərəkət edərkən anidən yük avtomobilinin arxa hissəsindən “Shacman” markalı **-CA-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ön hissəsi ilə idarə etdiyi yük avtomobilinin arxa hissəsindən vuran zaman avtomobili sola doğru aşmışdır. Baş vermiş hadisə zamanı sol ayağından və baş nahiyyəsindən xəsarət almışdır. Həmin vaxt avtomobildə tək olmuşdur, hadisə Sabunçu rayonu, Nardaran qəsəbəsi, Bilgəh-Pirşağı şossesində baş vermişdir.Qeyd etdiyi yolda üzü dalan istiqamətinə doğru hərəkət etmişdir, həmin yük avtomobili ön hissəsi ilə idarə etdiyi yük avtomobilini arxa hissəsindən vuraraq yol-nəqliyyat hadisəsi baş vermişdir, hadisə anidən baş verdiyi üçün qarşısını almaq imkanı olmamışdır. İdarə etdiyi “Kamaz 5511” markalı **-RX-*** dövlət qeydiyyat nişanlı yük avtomobili texniki cəhətdən saz vəziyyətdə olmuşdur, hadisə zamanı ayıq olmuşdur. Bakı şəhəri Sabunçu rayon DYPŞ-nin 04 dekabr 2025-ci il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolundan məlum olur ki, Şəxs törətdiyi əməldə İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin tərkib əlamətləri olduğundan onun barəsində həmin maddə ilə nəzərdə tutulmuş protokol tərtib edilmişdir; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal kimi hesab edilir; 32.1.7-ci maddəsinə əsasən törədilmiş inzibati xətanın zərərli nəticələrinin inzibati xəta törətmiş şəxs tərəfindən aradan qaldırılması və ya vurulmuş zərərin əvəzinin könüllü surətdə ödənilməsi inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal kimi hesab edilir; 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1 - 32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər; 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin izahatı və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hal kimi səmimi peşmançılığını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini və ağırlaşdıran halların olmamasını nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Elnurə Rəcəbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar