Məhkəmə qərarları › İş №3(008)-6607/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-6607/2025

16.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-6607/2025 16.12.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, məhkəmə iclasının katibi Şirinova Nuray ilqar qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhəri Sabunçu Rayon İcra Şöbəsinin icra məmuru X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs zərərçəkmiş şəxs X1 iştirakları ilə, xx.xx.1988-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu Rayon İcra Şöbəsindən daxil olmuş 16 dekabr 2025-ci il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-2349 saylı xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən bir uşağa görə hər ay sabit pul məbləğində aliment Şahverənzadə Laləyə ödənilməlidir. Hazırda Şəxs icra sənədi üzrə yaranmış 12341 manat aliment borcunu ödəməmişdir. Bununla da o, İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Bakı şəhəri Sabunçu Rayon İcra şöbəsinin icra məmuru X4 tərtib etdiyi inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilərək borcluya tələbin icrası üçün bildiriş göndərilmişdir. Bundan sonra, dəfələrlə borclu Şəxs qətnamənin icrası tələb olunmuşdur. Borclu, Şəxs Azərbaycan Respublikası adından qəbul edilmiş və icrası bütün şəxslər üçün məcburi olan məhkəmə qərarının icrasını təmin etməmiş, icra sənədinin icrasından qərəzli olaraq yayınmış, icra məmuru İ dərəcəli ədliyyə qulluqçusunun qanuni tələblərini yerinə yetirməmişdir. Göstərilənlərə əsasən borclu şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-2349 saylı xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən bir uşağa görə hər ay sabit pul məbləğində aliment ondan tutularaq Şahverənzadə Laləyə ödənilməlidir. Sənədləri ilə bağlı problem olduğundan və heç bir yerdə qeydiyyatı olmadığından işləyə bilməmiş lakin gündəlik olaraq 5-10 manat məbləğində ödənişlər etmişdir. Cəmi 2000 manat ödəniş etmişdir. Həmçinin vətən müharibəsi iştirakçısı olduğundan ona ayrılmış təqaüd aliment üçün tutulmuşdur. İyul ayında sənədləri düzəldikdən sonra xx.xx.2025-ci il tarixdə Bakı şəhəri Sabunçu rayonu üzrə qeydiyyata alınmışdır. Hazırda zərərçəkmiş şəxslə hər ay 400 manat məbləğində ödəniş edilməsi ilə bağlı razılığa gəlmişdirlər. Yuxarıda qeyd edilən halların nəzərə alınmasını və iş üzrə icraata xitam verilməsini xahiş edir. Verilmiş suallara cavab olaraq göstərmişdir ki, şəxsiyyət vəsiqəsini yeni düzəltdirə bilmişdir, 80 manat Vətən müharibəsi iştirakçısı kimi müavinat alır, onun 70 manatı alimentin ödənilməsi üçün tutulur. Məhkəmə iclasında zərərçəkmiş şəxs X5 izahat verərək bildirmişdir ki, gündəlik olaraq 5-10 manat məbləğində ödənişlər etmişdir. Cəmi 2000 manat ödəniş etmişdir. Həmçinin vətən müharibəsi iştirakçısı olduğundan ona ayrılmış təqaüd aliment üçün tutulmuşdur. Şəxs icra sənədi üzrə yaranmış 12341 manat aliment borcunu ödəməmişdir. Hazırda Şəxs ilə hər ay 400 manat məbləğində ödəniş edilməsi ilə bağlı razılığa gəlmişdirlər. Odur ki, Şəxs barəsində tərtib edilmiş inzibati xta haqqında protokola xitam verilməsini xahiş edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Abşeron Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(012)-2349/2018 saylı icra sənədinə əsasən tərəflərin birgə nikahından anadan olmuş xx.xx.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 154 manat sabit pul məbləğində aliment Şəxs tutularaq iddiaçı X3 ödənilməsi nəzərdə tutulmuşdur; İcraata başlamaq haqqında xx.xx.2018-ci il tarixli qərardan görünür ki, həmin qərar əsasında iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu Şəxs göndərilmişdir; Tələbin könüllü icrası haqqında xx.xx.2018-ci il tarixli bildirişin surətindən görünür ki, xx.xx.2018-ci il tarixli 2(012)-2349/2018 saylı icra sənədini könüllü icra etməsi xahiş olunmuşdur; Borclunun axtarışı haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, borclu xx.xx.1995-ci il təvəllüdlü Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Şəhər şossesi, döngə 5 ünvanında qeydiyyatda olan Şəxs barəsində axtarış elan edilməsi nəzərdə tutulmuşdur; Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş çıxarışdan görünür ki, Şəxs vətən müharibəsi iştirakçısı olduğu üçün ona 80 manat məbləğində Azərbaycan Respublikası Prezidentinin təqaüdü təyin edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 110.1-ci maddəsinə əasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər; 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. İnzibati xəta haqqında protokolu, icra məmuru İ dərəcəli ədliyyə qulluqçusunun və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin izahatlarını, eləcədə inzibati materialda olan sənədləri nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında öz təsdiqini tapmamışdır. İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru İ dərəcəli ədliyyə qulluqçusu tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmuru İ dərəcəli ədliyyə qulluqçusunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir; Məhkəmə baxışında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, Sənədləri ilə bağlı problem olduğundan və heç bir yerdə qeydiyyatı olmadığından işləyə bilməmiş lakin gündəlik olaraq 5-10 manat məbləğində ödənişlər etmişdir. Cəmi 2000 manat ödəniş etmişdir. Həmçinin vətən müharibəsi iştirakçısı olduğundan ona ayrılmış təqaüd aliment üçün tutulmuşdur. İyul ayında sənədləri düzəldikdən sonra xx.xx.2025-ci il tarixdə Bakı şəhəri Sabunçu rayonu üzrə qeydiyyata alınmışdır. Hazırda zərərçəkmiş şəxslə hər ay 400 manat məbləğində ödəniş edilməsi ilə bağlı razılığa gəlmişdirlər, məhkəmədən barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola xitam verilməsini xahiş edir. Şəxs izahatında göstərdiyi xüsusatlar zərərçəkmiş şəxs X1 izahatı ilə də öz təsdiqini tapmışdır. Yuxarıda qeyd edilən hallardan aydın olur ki, Şəxs qərəzli olaraq aliment borcundan yayınmamış, sənədləri ilə bağlı problem olduğundan, heç bir yerdə qeydiyyatda olmadığından işləyə bilməmiş buna baxmayaraq hər gün 5-10 manat məbləğində ödənişlər etmiş, uşağının ehtiyaclarını qarşılamaq üçün ödəyə bildiyi məbləğdə ödənişlər etmişdir. Həmçinin, məhkəmə qeyd edir ki, ona verilən 80 manat müavinatın 70 manatı hər ay alimentin ödənilməsinə yönəlmişdir. Məhkəmə qeyd edir ki, aliment məbləği uşaqların saxlanması üçün nəzərdə tutulduğundan, həmin vəzifə Şəxs tərəfindən yerinə yetirildiyindən, eyni zamanda o, aliment borcunu ödəməkdən yayınmadığını, yeni işə girdiyini, hər ay aliment borcunu ödəyəcəyini bildirdiyindən üzrsüz səbəbdən icra vərəqəsinin icra edilməməsi halı müəyyən edilmir. Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasına əsasən icra məmuru İ dərəcəli ədliyyə qulluqçusunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra vərəqəsinin üzrsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyətə səbəb olduğundan, hazırkı halda isə borclu Şəxs tərəfindən bu halların mövcudluğu istisna olunduğundan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata barəsində inzibati icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elnurə Rəcəbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar